Azərbaycanda pul siyasəti dəyişir

Azərbaycanda pul siyasəti dəyişirAzərbaycan Mərkəzi Bankı ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" rəhbər tutulmaqla pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi istiqamətində işləri intensivləşdirib.

Qurumdan verilən məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin cari ilin avqust ayında qəbul etdiyi müvafiq qərarlarla 1 sentyabr 2022-ci il tarixindən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılıb.

Belə ki, daimi imkanlar (bankların təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) alətləri işə salınmış və açıq bazar əməliyyatlarının (Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) çeşidi genişləndirilib. Pul siyasətinin əməliyyat çərçivəsi üzrə edilmiş dəyişikliklər beynəlxalq təcrübənin və ölkənin yerli xüsusiyyətlərinin təhlili əsasında həyata keçirilib.

Daimi imkan alətləri olaraq sterilizasiya məqsədilə bir günlük depozit əməliyyatlarının, likvidliyin verilməsi məqsədilə isə bir günlük əks-repo əməliyyatlarının aparılmasına başlanılıb. Sterilizasiya məqsədilə bir günlük depozit əməliyyatları üzrə faiz dərəcəsi faiz dəhlizinin aşağı həddinə, likvidliyin verilməsi məqsədilə bir günlük əks-repo əməliyyatları üzrə faiz dərəcəsi isə faiz dəhlizinin yuxarı həddinə bərabərdir.

Açıq bazar əməliyyatlarının təkmilləşdirilməsi çərçivəsində sterilizasiya məqsədilə zəruri halda bir, üç, altı və doqquz aylıq notlarla yanaşı, yeddi günlük repo hərraclarının keçirilməsi nəzərdə tutulur. Likvidliyin verilməsi yönümlü açıq bazar əməliyyatları olaraq zəruri hallarda yeddi günlük əks-repo hərraclarının keçirilməsi planlaşdırılır. Yeddi günlük repo əməliyyatları üzrə faizlərin faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasındakı intervalda tənzimlənməsi nəzərdə tutulur. Yeddi günlük əks-repo əməliyyatlarına görə faizlər uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi arasındakı intervalda müəyyənləşəcəkdir. Bir, üç, altı və doqquz aylıq notların gəlirliliyi isə bazarda tələb-təklif nisbətindən asılı olaraq formalaşacaq. Pul bazarı, xüsusilə də banklararası bazardakı vəziyyətdən asılı olaraq digər açıq bazar əməliyyatları da tətbiq oluna bilər.

Pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi faiz dəhlizi parametrlərinə də baxmağı zəruri edib. Qiymətləndirmələr göstərib ki, faiz dəhlizi parametrlərinə dəyişiklik etmədən yeni alətlərin tətbiqi pul bazarındakı faizlərdə kəskin dəyişkənliyə səbəb ola bilər. Bank sektorunda mövcud olan struktur profisiti şəraitində banklararası bazarda qısamüddətli faizlər, eləcə də bəzi müddətlər üzrə notlar və dövlət qiymətli kağızlarının gəlirliliyi Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddindən əhəmiyyətli dərəcədə aşağıdır. Ona görə də pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və banklararası pul bazarının aktivləşdirilməsinin ilkin mərhələsində Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddinin 1 sentyabr 2022-ci il tarixindən 4% səviyyəsində müəyyən edilməsi qərara alınmışdır. Bu bank sektorundakı izafi likvidliyin əlverişli şərtlərlə sterilizasiyası və banklararası pul bazarında tarazlı faizlərin formalaşması imkanlarının yaranması baxımından məqsədəuyğun sayılıb.

Mərkəzi Bank qısamüddətli pul bazarının müxtəlif seqmentlərində faizlərin kəskin dəyişkənliyinə yol vermədən banklararası faizləri mərhələlərlə faiz dəhlizinə yaxınlaşdırmaq hədəfini qarşıya qoyub. Makroiqtisadi durum və banklararası bazardakı vəziyyətdən, eləcə də yeni alətlərin tətbiqinin maliyyə bazarının müxtəlif seqmentlərinə təsirlərindən asılı olaraq Mərkəzi Bankın faiz dəhlizinin eni daraldılacaq.

Yeni alət arsenalının tətbiqi sterilizasiya əməliyyatlarının aktivləşməsilə müşayət olunacaq ki, bu da pul bazarında faizlərin Mərkəzi Bankın uçot dərəcəsinə yaxınlaşmasına və beləliklə faiz dəhlizinin pul bazarının müxtəlif seqmentlərində faizlərə transmissiya effektinin yüksəlməsinə gətirib çıxaracaq. Eyni zamanda sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi inflyasiya təzyiqlərinin artması şəraitində kredit qoyuluşlarının balanslı artımının təmin edilməsi və ortamüddətli perspektivdə ölkədə makroiqtisadi sabitliyin qorunması, o cümlədən valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından vacibdir.

Yeni əməliyyat çərçivəsinin effektiv tətbiqinə şərait yaratmaq üçün banklararası pul bazarının aktivləşdirilməsi istiqamətində də işlər görülüb. Banklararası pul bazarının aktivləşməsi məqsədilə alternativ əməliyyat platforması təklif olunub. Belə ki, manatla banklararası təminatsız kredit əməliyyatlarının "Blumberq" ticarət sistemi vasitəsilə bağlanmasına dair yeni kollektiv saziş qüvvəyə minib.

Banklararası bazarın inkişafı istiqamətində digər mühüm tədbir istinad faizi indekslərinin hesablanması metodologiyasının tətbiqidir. Pul bazarındakı əməliyyatlar üzrə reprezentativ faiz indeksinin hesablanması və açıqlanması pul siyasətinin əməliyyat hədəflərinə nail olunmasının effektivliyini monitorinq etməyə imkan verəcək. Eyni zamanda banklararası pul bazarındakı əməliyyatlar üzrə reprezentativ faiz indeksləri kreditlər, istiqrazlar və törəmə alətlər kimi maliyyə alətlərinin tətbiqində istinad faiz rolunu oynayacaq.

Mərkəzi Bank tərəfindən pul siyasəti üzrə yeni alət konfiqurasiyasının tətbiqi və banklararası bazarda əməliyyatların aktivləşməsi imkan verəcək ki, banklar zərurət yarandığı təqdirdə qısamüddətli dövrə vəsait cəlb etsinlər. Bu da eyni zamanda banklarda hesablaşmaların fasiləsizliyini və dayanıqlılığını dəstəkləməklə onlarda müxtəlif likvidlik normativlərinin vaxtlı-vaxtında təmin olunmasına şərait yaradacaq.

Yeni əməliyyat çərçivəsinin tətbiqi istiqamətində görülən tədbirlər pul siyasətinin alternativ lövbərinin formalaşmasına, pul siyasətinin transmissiyasında faiz kanalının gücləndirilməsinə xidmət edir. Yeni əməliyyat çərçivəsi perspektivdə inflyasiya proseslərinin və məzənnə risklərinin faiz dərəcələri vasitəsilə effektiv idarə edilməsinə imkan verəcək./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 5743   Tarix: 31 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA

Vergi dəyişikliklərinə əsasən, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 2027-ci ildən 5 faiz, 2028-ci ildən 7 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər. Bəs, 2027-ci ildən fiziki şəxslərin gəlir vergisi dərəcələrinin dəyişməsi vətəndaşların real gəlirlərinə və aylıq qazancına necə təsi

23 sentyabr
.

Aİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA

Rusiyada neft emalı müəssisələrində yaranan problemlər və yanacaq istehsalının azalması regionun yanacaq bazarına da təsir göstərə biləcək amillərdən biridir. Bəs, Rusiyada neft emalı və yanacaq istehsalında yaranan problemlər Azərbaycanda benzin qiymətlərinə hansı formada təsir göstərə bilər və xüsusil

29 sentyabr
.

Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac olunan xam neftin dəyəri 581 milyo

21 sentyabr
.

Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA

Azərbaycanda ət qiymətlərinin yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata çatacağı ilə bağlı iddialar səslənir. Bəs, bu proqnoz nə dərəcədə əsaslıdır, Azərbaycanda ət qiymətlərinin bu səviyyəyə yüksəlməsi real risk hesab oluna bilərmi və hazırkı bahalaşma fonunda belə iddialar nə dərəcədə əsaslıdır?

29 sentyabr
.

Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba

1 oktyabr
.

Azərbaycan buğda idxalına çəkdiyi xərci 13 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 185 milyon 174 min ABŞ dolları dəyərində 841 min 677,9 ton buğda idxal edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən buğdanın dəyəri 21,6 milyon ABŞ dolları və ya 13,2 %, həcm

24 sentyabr
.

Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,

1 oktyabr
.

Qızılın son qiymətləri bəlli oldu

30 sentyabr 2026-cı il tarixi üçün daxili bazarda qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 015,3050 manat, standart 1 qram qızıl isə 225,55 manat təşkil edir. Mənşəyi və əyyarından asılı olaraq 1 qram qızılın satış qiyməti 99 əyyar təmiz qızıl üçün 225,5

30 sentyabr
.

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə

17 sentyabr