Mikayıl Cabbarov: "Azərbaycanın regionda qabaqcıl İT dövlətinə çevrilmək üçün kifayət qədər potensialı var"

Mikayıl Cabbarov: "Azərbaycanın regionda qabaqcıl İT dövlətinə çevrilmək üçün kifayət qədər potensialı var"Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovun "Report" İnformasiya Agentliyinə müsahibəsini təqdim edirik

- Cənab nazir, xəbər verildiyi kimi, Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi "İT Akademiya" adlı layihəyə start verir (https://it-academy.az/). Layihə və onun məqsədləri barədə məlumat verməyinizi xahiş edirik.

- "İT Akademiya" İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin informasiya texnologiyaları sahəsində yeni peşəyə yiyələnmək istəyənlər üçün birgə təhsil layihəsidir. Layihə dünyanın 55 ölkəsində, o cümlədən Azərbaycanda fəaliyyət göstərən "Alqoritmika" beynəlxalq proqramlaşdırma məktəbinin iştirakı ilə həyata keçirilir. Bu məktəb artıq 5 ildir ki, Elm və Təhsil Nazirliyi və ölkənin universitetləri ilə birgə İT sahəsində böyük təhsil proqramlarını uğurla həyata keçirir.

İnanırıq ki, keyfiyyətli təhsil ölkənin rəqəmsal iqtisadiyyatda imkanlarının artırılması üçün vacib amildir. Rəqəmsal iqtisadiyyat isə, öz növbəsində, Azərbaycanın iqtisadi inkişafı üçün möhkəm təməl formalaşdırılmasına imkan yaradacaq. Buna görə də "İT Akademiya"nın məqsədi informasiya texnologiyaları sahəsində peşəkar kadrlar hazırlamaq, ölkənin İT bazarının inkişafına yardım göstərmək və təhsil sistemində informasiya texnologiyalarını modernləşdirməkdir.

Yeni layihə çərçivəsində tələbələr qısa müddət ərzində İT sahəsi üzrə əmək bazarında ən çox tələb olunan veb-həllər, testləşmə və sistem inzibatçılığı kimi ixtisasları sıfırdan öyrənəcəklər. Layihənin işə salınmasından 2-3 il sonra azı, 3000 vətəndaşın İT sahəsində ixtisas alacağını və rəqəmsal iqtisadiyyatın inkişafına ciddi təkan verəcəyini gözləyirik. Burada təhsilin mümkün qədər əlçatan olması üçün əlimizdən gələni edirik. Belə ki, "İT-Akademiya"nın tələbələri təhsil haqlarının cəmi 10%-ni ödəyəcəklər.

- Cənab nazir, rəqəmsal iqtisadiyyatın potensialını qeyd etdiniz. Rəqəmsallaşmanın Azərbaycan iqtisadiyyatının inkişafına necə töhfə verə biləcəyi barədə fikirlərinizi öyrənmək istərdik.

- Bütün dünyada rəqəmsallaşma sosial-iqtisadi inkişafın əsas hərəkətverici amillərindən biridir. Prezident İlham Əliyevin bu yaxınlarda təsdiq etdiyi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" da rəqəmsallaşmanın ölkəmiz üçün əhəmiyyətini vurğulayır. Azərbaycanın regionda qabaqcıl İT dövləti olmaq və postsovet məkanının İT bazarında mühüm oyunçuya çevrilməklə perspektivdə Avropa ölkələrinə tədricən çıxış əldə etmək üçün kifayət qədər potensialı var.

Bu məqsədlərə çatmaq üçün lazımi addımlar atılacaq. Amma lazımi sayda mütəxəssis olmasa, yeni İT şirkətləri yaranmayacaq, mövcud şirkətlər isə kadr çatışmazlığı ilə üzləşəcək. Demək, kifayət sayda şirkətlər və müvafiq olaraq, iş yerləri olmasa, yeni mütəxəssislər də meydana çıxmayacaq. Başa düşürük ki, dövlətin iştirakı olmadan ixtisaslı kadrların sürətli və səmərəli şəkildə hazırlanması mümkün deyil. Odur ki, yeni peşəyə yiyələnməyə hazır olan, bu sahəyə maraq göstərən insanlar üçün tələb olunan İT ixtisasları üzrə təlimlərə başlanılması qərara alınıb.

Azərbaycan artıq rəqəmsal iqtisadiyyatın qurulması istiqamətində vacib addımlar atıb. Buraya məktəblərdə rəqəmsal bacarıqların öyrədilməsi, elektron hökumətə keçid, zəruri İT infrastrukturunun yaradılması və modernləşdirilməsi daxildir. Amma başa düşmək lazımdır ki, bunların həyata keçirilməsindən nəticəni uzunmüddətli perspektivdə əldə edəcəyik. Hazırda əla kadrlarımız var, lakin bu, ölkədə keyfiyyətli sıçrayışı təmin etmək üçün kifayət deyil. Operativ şəkildə effekt əldə etmək üçün bu gün çoxlu sayda İT mütəxəssisinə ehtiyacımız var.

- Cənab Cabbarov, Azərbaycanın İqtisadiyyat Nazirliyi rəqəmsallaşma sahəsində Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlıq edir. Azərbaycanda Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin filialı açılıb. Onun açılmasının məqsədi nədir və bu, Azərbaycana hansı üstünlükləri verəcək?

- 2021-ci ilin aprelində Azərbaycan hökuməti ilə Dünya İqtisadi Forumu arasında saziş imzalanıb və bu ilin fevralında MDB məkanında ilk dəfə məhz Bakıda Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin filialı açılıb. Filialın açılmasının məqsədlərindən biri Azərbaycanın Dördüncü sənaye inqilabında mövqeyini gücləndirməkdir. Nəzərə almaq lazımdır ki, sənaye inqilabı qlobal iqtisadiyyatda rəqabət trendlərini və qaydalarını əhəmiyyətli dərəcədə dəyişir.

Mərkəzin fəaliyyəti müasir texnologiyaların və innovasiyaların tətbiqini sürətləndirir. Bu əməkdaşlıq Azərbaycanda rəqəmsal iqtisadiyyatın təkamülü və yüksək texnologiyalara əsaslanan ekosistemin formalaşması üçün böyük imkanlar yaradır. Dördüncü sənaye inqilabı çərçivəsində Azərbaycan müxtəlif çağırışlarla üzləşir. Məsələn, bunlardan biri istehsal iqtisadiyyatından informasiya texnologiyaları cəmiyyətinə keçiddir. Ölkədə təkcə xammal və faydalı qazıntıların hasilatına deyil, həm də onların sonrakı emalına, məhsul istehsalına, informasiya və elmtutumlu texnologiyalarının inkişafına diqqət yetirilməlidir. Odur ki, bu məsələ ilə bağlı da yüksək ixtisaslı kadrlara ehtiyac duyulur.

Dünya İqtisadi Forumu və Dördüncü Sənaye İnqilabı Şəbəkəsi ilə əməkdaşlıq bu sahədə uğurlu fəaliyyətin davamıdır. Bir sözlə, Dördüncü Sənaye İnqilabı Şəbəkəsi Mərkəzi qabaqcıl texnologiyaların mənimsənilməsinə və səmərəli tətbiqinə, onların vətəndaşlara və ictimai maraqlara xidmət etməsinə, rəqəmsal iqtisadiyyatın inkişafına, tədqiqat və inkişaf sahəsinin daha da təkmilləşdirilməsinə böyük töhfədir.

Mikayıl Cabbarov: "Azərbaycanın regionda qabaqcıl İT dövlətinə çevrilmək üçün kifayət qədər potensialı var"Mikayıl Cabbarov

- "İT-Akademiya"nın yaradılmasının təşəbbüskarları Azərbaycanın Elm və Təhsil ilə İqtisadiyyat nazirlikləridir. Belə layihələr adətən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. Bəs İqtisadiyyat Nazirliyinin layihənin həyata keçirilməsinə cəlb olunmasının səbəbi nədir?

- İT sahəsində yüksəkixtisaslı kadrların hazırlanması və ümumiyyətlə, bu sahənin inkişafı çox vaxt və xeyli maliyyə xərcləri tələb edən həcmli işdir. Buna görə də bütün məsuliyyəti bir dövlət strukturunun üzərinə qoymaq düzgün olmazdı. Bu, bizim ümumi işimizdir, çünki bütün dövlət qurumları İT mütəxəssislərinə ehtiyac duyur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yüksəkixtisaslı İT mütəxəssislərinin hazırlanması istiqamətində xeyli iş gördüyünü və ölkəmizdə bu sahənin inkişafı üçün layihələrin icrasını davam etdirdiyini xüsusi vurğulamaq lazımdır. "İT Akademiyası" layihəsi də bu prosesə mühüm töhfə verəcək və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səylərini dəstəkləyəcək.

Rəqəmsallaşmanın əhəmiyyəti "Azərbaycanın 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyası"nda öz əksini tapıb. "İT Akademiyası" layihəsini həyata keçirməklə İqtisadiyyat Nazirliyi Elm və Təhsil Nazirliyi ilə birlikdə cənab Prezidentin təsdiq etdiyi "Strategiya"nın reallaşdırılmasına töhfə verir.

Bu, ölkədə insan kapitalının və biznesin inkişafına yönəlmiş yeganə layihə deyil. Nümunə olaraq, "Step IT Academy" akademiyasını, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində informasiya texnologiyalarının tədrisi üzrə Azərbaycan-İsrail Təlim Mərkəzini göstərmək olar. Bu mərkəzdə İsrail tədris proqramı əsasında, İsraildən olan mütəxəssislər tərəfindən təlimlər keçirilir. Əminəm ki, birgə səylər yaxın gələcəkdə öz bəhrəsini verəcək.

Bununla yanaşı, İqtisadiyyat Nazirliyi startapların stimullaşdırılması təşəbbüslərini davam etdirir. "Baku ID Summer’22" festivalı çərçivəsində İqtisadiyyat Nazirliyi 18 layihənin inkişafı üçün onların hər birinə 25 min manat vəsait ayırıb.

- Məzunların işlə təmin olunması, onların ölkədə qalmaları üçün gələcəkdə hansı addımlar atılacaq?

- Əminəm ki, "İT Akademiyası" Azərbaycanda İT mütəxəssislərinin hazırlanmasına mühüm təkan verəcək. Tədris prosesində tələbələr real problemlərin həllində unikal peşəkar təcrübə və praktiki bacarıqlar əldə edəcəklər. İT sahəsinə maraq göstərən və bu sahədə inkişaf etmək istəyən vətəndaşlara qısa müddətdə və rahat formatda yeni peşəyə yiyələnmək imkanı yaradılır. "İT Akademiyası"nın bütün kurslarının proqramlarında məzunlara bu sahədə iş tapmağa kömək edəcək karyera bloku, təlimlər və məsləhətlər var. Beləliklə, informasiya texnologiyaları bazarının inkişafı stimullaşdırılır, İT mütəxəssisləri ilə bağlı tələbat ödənilir.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2513   Tarix: 08 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə

1 oktyabr
.

Qızılın son qiymətləri bəlli oldu

30 sentyabr 2026-cı il tarixi üçün daxili bazarda qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 015,3050 manat, standart 1 qram qızıl isə 225,55 manat təşkil edir. Mənşəyi və əyyarından asılı olaraq 1 qram qızılın satış qiyməti 99 əyyar təmiz qızıl üçün 225,5

30 sentyabr
.

Bakıda ətin qiyməti 19 manat oldu

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin

22 sentyabr
.

Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)

Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir. Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir. Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasınd

30 sentyabr
.

Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA

Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl

25 sentyabr
.

İqtisadçı ekspert vəfat etdi

İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını

29 sentyabr
.

Bu şəxslərə 10 il müddətinə GÜZƏŞT tətbiq ediləcək - AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı və investisiyaların cəlb edilməsi istiqamətində müxtəlif iqtisadi təşviq mexanizmləri tətbiq olunur. Sahibkarlara vergi və gömrük güzəştlərinin verilməsi həmin ərazilərdə biznes fəaliyyətinin xərclərinin azalmasına və yeni layihələrin həyata keçirilməsin

29 sentyabr
.

Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb

Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi

2 oktyabr
.

Azərbaycanda TOP-10 dövlət şirkətinin qeyri-neft ixracının dəyəri 3 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 758,4 milyon ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən 24,29 milyon ABŞ dolları və ya 3,3 % çoxdur. İqtisadi İslahatların Təhlili və Kommunikasiy

1 oktyabr