Azərbaycanda bu məhsullar bahalaşdı - SİYAHI

Azərbaycanda bu məhsullar bahalaşdı - SİYAHISon illərdə iqtisadiyyata təsir edən amillər dünya bazarlarında inflyasiyaya səbəb olduğu üçün bir çox məhsulların, xüsusilə ərzaqların qiymətində gözlə görünəcək dərəcədə artım müşahidə olunur. Hətta hazırda əhali gəlirlərinin təxminən yarısını qida və ərzaq xərclərinə sərf edir. Bu da əksəriyyətin sosial vəziyətinə böyük zərbədir.

"Son vaxtlar bazarlığa getmirdim yoldaşım edirdi bu yaxınlarda özüm də getdim dəhşətə gəldim marketlər od tutub yanır. Qənaət etmək də olmur, uşaq hər gün bir şey istəyir, yox deməyə də adam utanır".

Sonxeber.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında Samirə Vəliyeva bildirib. Şikayətçi Samirə xanımın qeyd etdikləri demək olar ki, hazırda əksər ailələrin sosial probleminə çevirilib.

Bu ilin yanvar-iyul aylarında istehlak qiymətləri ötən ilin yanvar-iyul aylarına nisbətən 13% bahalanıb.

Qiymət artımı olan bəzi məhsulların hazırki qiymət siyahısını təqdim edirik:

1. Çörək – Əvvəl 40 qəpiyə satılan çörəklər hazırda 60-75 qəpikdən başlayaraq növünə görə qiymətləri dəyişib. Qara çörəklərin qiyməti ən son 80 qəpikdən 2 manat 75 qəpiyə qədər artıb.

2. Kərə yağı – 250 qramlıq kərə yağları əvvəlki qiymət ilə 3 manat 80 qəpiyə satılırdısa, hazırda bu rəqəm 4.90 AZN-ə çatıb. (Növünə görə dəyişir)

3. Duru yağ - 1 litrlik qarğıdalı yağı əvvəllər 4 manat civarında satılırdısa, hazırda bu rəqəm 6 manat və daha yüksəyə çatıb.

4. "Super Sun" yağlarının 12 manat 58 qəpiyə satılan 1.75 kiloqramlığı, hazırda 19 manat 50 qəpiyə çatıb.

5. Şəkər tozu və kisəsi - 1 kiloqramlıq şəkər tozu 80 qəpikdən, 1 manat 56 qəpiyə qədər bahalaşıb. 50 kq-lıq şəkər tozu kisəsi isə 67 AZN-dən 75 AZN-ə çatıb.

6. Süd və süd məhsulları – 376 qramlıq xamalar hazırda 2 manat 50 qəpikdən yox, 5 manata çatıb.

7. Tütün məmulatları - 2-3 manat aralığında olan siqaretin qiyməti, hazırda 4 manat 20 qəpiyə qədər bahalaşıb. (Növünə görə dəyişir)

8. Dezodorant-antiperspirantlar - Qiyməti 3-4 manat civarında dəyişən antiperspirantların qiyməti hazırda 6 manat 25 qəpik və 8 manat 50 qəpik arasında dəyişir.

9. Konservləşdirilmiş məhsullar - qiyməti 4 manatdan başlayan 150 qramlıq ton balıqlarının qiyməti hazırda 6 manata çatıb.

10. Gigiyenik vasitələr və yuyucu tozlar – qiyməti 60 qəpikdən başlayan sabunların qiyməti artıq 1 manata çatıb. Yuyucu tozların 1 kilo 500 qramı 5-6 manatdan başlayırdısa, hazırda bu rəqəm 7 manatdan başlayır.

Həmçinin bu ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, mal, qoyun və toyuq ətinin, qatılaşdırılmış şəkərli südün, xamanın, yumurtanın, bitki yağlarının, limonun, pomidorun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, kola içkisinin, limonadın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, bananın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, xiyarın, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, çuğundurun, yerkökünün qiymətlərində müşahidə olunub.

Bu məhsulların qiymətində avqust ayı üzrə ən azı 10-15 faiz bahalaşma müşahidə olunub.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 6340   Tarix: 08 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə

1 oktyabr
.

Qızılın son qiymətləri bəlli oldu

30 sentyabr 2026-cı il tarixi üçün daxili bazarda qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 015,3050 manat, standart 1 qram qızıl isə 225,55 manat təşkil edir. Mənşəyi və əyyarından asılı olaraq 1 qram qızılın satış qiyməti 99 əyyar təmiz qızıl üçün 225,5

30 sentyabr
.

Bakıda ətin qiyməti 19 manat oldu

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin

22 sentyabr
.

Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)

Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir. Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir. Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasınd

30 sentyabr
.

Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA

Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl

25 sentyabr
.

İqtisadçı ekspert vəfat etdi

İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını

29 sentyabr
.

Bu şəxslərə 10 il müddətinə GÜZƏŞT tətbiq ediləcək - AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı və investisiyaların cəlb edilməsi istiqamətində müxtəlif iqtisadi təşviq mexanizmləri tətbiq olunur. Sahibkarlara vergi və gömrük güzəştlərinin verilməsi həmin ərazilərdə biznes fəaliyyətinin xərclərinin azalmasına və yeni layihələrin həyata keçirilməsin

29 sentyabr
.

Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb

Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi

2 oktyabr
.

Azərbaycanda TOP-10 dövlət şirkətinin qeyri-neft ixracının dəyəri 3 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 758,4 milyon ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən 24,29 milyon ABŞ dolları və ya 3,3 % çoxdur. İqtisadi İslahatların Təhlili və Kommunikasiy

1 oktyabr