Əhalinin banklardakı əmanətləri: Milli, yoxsa xarici valyuta üstündür? - ARAŞDIRMA

Əhalinin banklardakı əmanətləri: Milli, yoxsa xarici valyuta üstündür? - ARAŞDIRMA2022-ci il iyunun 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin 58,8 faizi milli, 41,2 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 12,1 faiz artıb. Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin mart ayında əmanətlərin 51,1 faizi xarici, 48,9 faizi isə milli valyutada qoyulmuşdu. 2018-ci ilin sentyabrına olan statistikaya əsasən isə əmanətlərin 63 faizi xarici, 37 faizi isə milli valyutada idi. Yəni zamanla milli valyutada olan əmanətlərin həcmi artır.

Bu artım getdikcə bildirilir ki, manata inam artır, buna görə əhali əmanətlərini banklara milli valyutada yerləşdirir. Banklara yerləşdirilən əmanətlərdə manat payının artmasına şərait yaradan amillər hansılardır? Bu artım iqtisadiyyat üçün nə deməkdir?

"Kaspi" qəzeti məsələ ilə bağlı araşdırma aparıb.

Maliyyə və bank məsələləri üzrə ekspert Xəyal Məmmədlinin sözlərinə görə, banklarda manatla əmanətlərin həcminin artması ilə bağlı hazırkı statistika dövlətin atdığı addımlar nəticəsində əldə olunub: "2015-ci il devalvasiyası dönəmində əhalinin əksəriyyəti əmanətlərini banklara xarici valyutada yerləşdirirdi. Amma bu, dövlət, bank sektoru üçün heç də uyğun deyildi. Buna görə, milli valyutada əmanət cəlb edilməsi üçün dövlətin iqtisadi tənzimləmə alətlərindən istifadə olundu".

X.Məmmədli bildirdi ki, iki əsas addım əhalini manatla əmanət yerləşdirməyə stimullaşdırdı: "Onlardan biri dövlət tərəfindən sığortalanan əmanətlərdə milli valyuta üçün daha yüksək faiz dərəcəsi tətbiq olunması idi. Milli valyutada sığortalı əmanətlər üçün faiz dərəcəsi 12, xarici valyutada 2,5 faizdir. Bu da 4 dəfədən artıq fərq deməkdir. Digər məqam isə dövlət tərəfindən milli valyutanın məzənnəsinin sabitliyinin qorunub saxlanılması oldu. Milli valyutada olan əmanətlər üçün nə qədər yüksək faiz dərəcəsi tətbiq olunsa da, milli valyutanın məzənnəsi qeyri-sabit olsaydı, əhali yenə də xarici valyutada əmanətlərə üstünlük verəcəkdi. Əhali devalvasiyadan sonra əmanətlərini bir müddət xarici valyutada saxlasa da, zaman keçdikcə gördü ki, devalvasiya baş vermir, manatın məzənnəsi sabitdir, üstəlik manatla əmanətə daha çox faiz verilir. Buna görə seçimi manatla əmanət yerləşdirmək oldu".

İqtisadçı Murad Calalov digər iki amillə yanaşı, son vaxtlar avronun həddindən artıq dəyər itirməsinin də Azərbaycanda əhalinin əmanətlərini manatla yerləşdirməsinə təsiri olduğunu düşünür: "Baş verən hadisələr, maliyyə dünyasındakı çaxnaşmalar avronun, dolların dəyərinin düşdüyünü göstərdi. Pandemiyadan sonra dünyada qeyri-müəyyənlik baş verdi. İkinci ən böyük zərbələrdən biri də Rusiya-Ukrayna münaqişəsidir. Rusiyanın Ukraynaya təcavüzündən sonra nəzərə çarpmayacaq dərəcədə inflyasiya getməyə başladı. Avro həddindən artıq dəyərdən düşür. İnsanlar daha çox avroya inanırdılar, onun da anidən ucuzlaşması, manatın isə sabit qalması yanaşmaları dəyişdi".

M.Calalov əlavə etdi ki, banklar yaranmış situasiyadan istifadə etdilər, manatla əmanətlər üçün faiz artımına getdilər: "Faizlərin artması həm digər valyutada olan əmanətləri manata keçirməyə səbəb oldu, həm də əllərdə nağd şəkildə olan pulları da banklara qoymağa gətirib çıxardı".

İqtisadçı Xalid Kərimli deyir ki, 2015-ci il devalvasiyasında manata etibar azalsa da, 2016-cı ildən sonra zamanla bu etibar artmağa doğru getdi: "2016-cı ildən Azərbaycan fiksə edilmiş məzənnə rejimində fəaliyyət göstərir. Manat dollarla bir yerdə dəyişir. Dollar artdıqca manat da artır. Manat dollarla birgə digər valyutalara görə də kifayət qədər dəyərini artırıb. İnsanlarımız baxırlar ki, manat stabil qalır, banklar manatla əmanətlərə faizi daha çox verir. Niyə manatla yatırım etməsinlər? Tədricən insanların manata etibarı artır və bu manatla depozitlərin payında da hiss olunur".

X.Kərimlinin sözlərinə görə, manatla əmanətlərin artması həm ölkə iqtisadiyyatı, həm də bank sistemi üçün əhəmiyyətlidir: "İnsanlar, şirkətlər üçün manatla borc cəlb etmə imkanları artmış olur. Manat yığımları olmasa, borc götürənlər də məcburdurlar ki, borcları xarici valyutada götürsünlər. Bu da onları əlavə risklər, qeyri-müəyyənliklər qarşısında qoyur. Həm də insanlar əmanətlərini xarici valyutada saxlayanda, Mərkəzi Bank pul-kredit siyasəti həyata keçirə bilmir. Manatla əmanətlərin artması Mərkəzi Bankın pul-kredit siyasətinin effektivliyinin artmasına imkan yaradır".

Bununla bağlı dünya təcrübəsinə nəzər salan X.Kərimli qeyd etdi: "İnkişaf etmiş ölkələrdə əhalinin əmanətlərinin 90 faizdən çoxu, 100 faizə yaxını milli valyutalarındadır. Avropa ölkələrində yığımlar əsas avro ilə, Amerikada dollarladır. İnkişaf etmiş ölkələrdə insanlar öz valyutalarına investisiya edirlər. İnkişaf etməkdə olan, valyutası riskli olan ölkələrdə isə yığımların milli valyutada olma faizi 50 faiz üzərindədir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2634   Tarix: 18 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə

1 oktyabr
.

Qızılın son qiymətləri bəlli oldu

30 sentyabr 2026-cı il tarixi üçün daxili bazarda qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 015,3050 manat, standart 1 qram qızıl isə 225,55 manat təşkil edir. Mənşəyi və əyyarından asılı olaraq 1 qram qızılın satış qiyməti 99 əyyar təmiz qızıl üçün 225,5

30 sentyabr
.

Bakıda ətin qiyməti 19 manat oldu

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin

22 sentyabr
.

Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)

Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir. Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir. Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasınd

30 sentyabr
.

Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA

Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl

25 sentyabr
.

İqtisadçı ekspert vəfat etdi

İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını

29 sentyabr
.

Bu şəxslərə 10 il müddətinə GÜZƏŞT tətbiq ediləcək - AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı və investisiyaların cəlb edilməsi istiqamətində müxtəlif iqtisadi təşviq mexanizmləri tətbiq olunur. Sahibkarlara vergi və gömrük güzəştlərinin verilməsi həmin ərazilərdə biznes fəaliyyətinin xərclərinin azalmasına və yeni layihələrin həyata keçirilməsin

29 sentyabr
.

Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb

Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi

2 oktyabr
.

Azərbaycanda TOP-10 dövlət şirkətinin qeyri-neft ixracının dəyəri 3 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 758,4 milyon ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən 24,29 milyon ABŞ dolları və ya 3,3 % çoxdur. İqtisadi İslahatların Təhlili və Kommunikasiy

1 oktyabr