Müəllimlər imtahan olunmalıdırmı? - ARAŞDIRMA

Müəllimlər imtahan olunmalıdırmı? - ARAŞDIRMAİstiqamət: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
Azərbaycanda müəllim olmaq istəyən namizədlər əvvəlcə MİQ imtahanından keçməlidirlər. İşə qəbul olduqdan sonra isə diaqnostika, hər 5 ildən bir serifikasiya imtahanları verirlər.
Bəziləri bunu təhsilin inkişafı üçün uğurlu addım saysa da, bəziləri təhsilverənin də təhsilalan kimi tez-tez imtahan olunmasının müəllimin nüfuzuna xələl gətirdiyini düşünürlər.

Təhsil eksperti Elçin Əfəndi Sonxeber.az-a bildirib ki, təhsil müəssisəsində müəllimin daha çox yüklənməsi, vaxtın düzgün bölünməməsi, əmək haqqının azlığı müəllimləri müəyyən istiqamətlər üzrə təlimə cəlb etməmək müəllimin nüfuzuna xələl gətirir. Amma MİQ, Diaqnostika, Sertifikasiya imtahanlarını bura daxil edə bilmərik:
Müəllimlər imtahan olunmalıdırmı? - ARAŞDIRMA"Bu gün Azərbaycan müəlliminin nüfuzuna xələl gətirəcək addımlar atılıb, amma buna MİQ, Diaqnostika, Sertifikasiya imtahanlarını daxil edə bilmərik. Bu, dünyanın əksər ölkəsində keçirilən prosesdir. Fransa, Hollandiya, ABŞ-da da keçirilir. Müəllimin nüfuzuna xələl gətirəcək faktor deyil. Təhsil müəssisəsində müəllimin daha çox yüklənməsi, vaxtın düzgün bölünməməsi, əmək haqqının azlığı müəllimləri müəyyən istiqamətlər üzrə təlimə cəlb etməmək və s. müəllimin nüfuzuna birbaşa təsir edəcək amillərdir. Bu gün müəllimlərin əmək haqqı normal olarsa, daha çox canıyananlıq nümayiş etdirərlər. Bu hər bir müəllimə şamil olunmur. Vicdanlı müəllimlər çoxdur. Amma bəzi müəllimlər kapitalizm dövrünün tələbinə uyğun davranıb yanına hazırlığa gəlməyən uşaqlara bir qədər fərqli yanaşırlar. Bu da müəllimin nüfuzuna xələl gətirir".

Təhsil eksperti Elçin Süleymanlı bildirib ki, bütün dünyada ən xırda bir fəaliyyətlə məşğul olmaq üçün sertifikasiyadan keçmək lazımdır. İmtahanlar keyfiyyətə yönələn adddımdır:
Müəllimlər imtahan olunmalıdırmı? - ARAŞDIRMA"Təhsilverənlərin imtahan ediməsi keyfiyyətə yönələn addımdır. Düşünürəm ki, müəllimlərin nüfuzunun aşağı düşməsi ilə əlaqəsi yoxdur. Biz övladlarımızı məktəbə göndəririksə, arzu edirik ki, müəllimlər savadlı, bacarıqlı olsunlar. Bunu da ölçməyin yolu imtahanlardır. Çünki əvvəlki illərdə saxta diplomlu müəllimlər var idi. Bütün dünyada ali təhsilin diplomu birbaşa işə girməyə təsir göstərmir. Diplom sadəcə imtahana buraxılmaq üçün sənəddir. Amma imtahanın şəkli dəyişə bilər, müsahibə mərhələsi daha təkmilləşdirilib müxtəlif şanslar verilə bilər. Dediyim kimi bütün dünyada ən xırda bir fəaliyyətlə məşğul olmaq istəyirsinizsə, onun sertifikasiyasından keçmək lazımdır. Əvvəlcə təlim verilir, sonra o təlim ölçülür. Təlim 1 saat da ola bilər, 1 ay da. Müəllimlərin imtahandan keçməsi topladığı bala görə maaşlarının artırılması alqışlanılacaq addımdır. Aşağı bal toplayanlara da şans verilməlidir, öz üzərində işləməlidirlər. Müəllimlərin özünü inkişaf etdirmək üçün çox yaxşı fürsətdir. Müəllimlər imtahana girəcəklərinə görə daha məsuliyyətli olurlar, kitab oxuyurlar, özlərini inkişaf etdirirlər. Düzdür, müəyyən subyektiv mənfi hallar ola bilər. Bəzi şəxslər imtahanda bilik və bacarığını tam göstərməyə bilər. Müsahibə mərhələsi subyektivliklə nəticələnə bilər. Amma bu xırda faizə görə bütün prosesi tənqid etmək düzgün deyil. Müəllimlərin MiQ, diaqnostika nəticəsində kifayət qədər müəllimlər tanındı. Müəllimləri irəli çəkdilər, məktəb direktoru oldular, daha yaxşı məktəblərə transfer oldular. Bu rəqabət digər müəllimlər üçün də stimul oldu".

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.
Müəllimlər imtahan olunmalıdırmı? - ARAŞDIRMAŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4893   Tarix: 31 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021