80 raket Zelenskini belə dəyişdi - Putin isə çiyinlərini arxaya verməklə demək istəyir ki... - ŞOK

80 raket Zelenskini belə dəyişdi - Putin isə çiyinlərini arxaya verməklə demək istəyir ki... - ŞOK"Liderlərin çıxışlarına baxdıqda əvvəlcədən hazırlaşdıqları dərhal hiss olunur. Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya lideri Vladimir Putin davranışlarını verəcəkləri mesajlara hesablayırlar. Məsələn, Zelenskinin yaşıl rəngli hərbi forma geyinməsi davamlı olaraq müharibə içərisində olduğu, "mən döyüşürəm" mesajını verməkdir. Üzünü qırxmadan ekranlara çıxması isə "vaxtım yoxdur, uşaqlarımı görə bilmirəm" mesajını verir".

Bunu bədən dili üzrə mütəxəssis Babək Bayramov deyib.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, iki slavyan bir-biri ilə döyüşür, hər iki tərəf üçün çox həssas məqamdır:

"Hər iki lider xalqın psixologiyasını nəzərə alaraq verdikləri mesajları yumşaltmağa çalışır. Putin deyir ki, bizim onları yer üzündən silmək kimi bir niyyətimiz yoxdur. Vladimir Zelenski isə mesajlarını belə verir ki, onlar Ukraynanı xəritədən silmək istəyirlər. Putin tiran rolunda çıxış etməkdədir. Putinin bədən dilinə baxarkən onda gərginliyi davamlı olaraq görəcəksiniz. Bu onun hərəkətlərində, duruşunda, çiyinlərini daim arxaya, sinəsini irəli verməsində (hansı ki, bu, eqonu göstərir) görünür. Yəni mən güclüyəm mesajını verir.

Ancaq mən Vladimir Zelenskini bədən dili üzrə böyük mütəxəssis hesab edirəm. Çünki o, tez-tez mod dəyişdirə bilir. Bəzən həssasiyyət, bəzən isə kövrəklik, vətənpərvərlik. Yəni Ukraynaya kömək edin, yoxsa biz məhv oluruq mesajlarını verir.

80 raketin atılmasından sonra Zelenski mesajları çox rahat şəkildə verir. O, bədən dili ilə xalqa müraciət edərək "rahat olun, panika yaratmayın" deyir. Çünki bu vəziyyət əks-reaksiya verə bilər. Bu, metamesajdır. Zelenski hətta neqativ məqamları da rahat şəkildə danışır. Bu, düşünülmüş, hesablanmış addımdır. Hesab edirəm ki, hər iki tərəflə güclü mütəxəssislər işlədiyinə görə liderlər mesajlarını publikaya hesablayırlar. Putinin güc qəlbi güclüdür. Belə insanlar hər şeyi güc hesabına həll etməyə çalışırlar. Bu, onların səs tonlarında, baxışlarında, hərəkətlərində sezilir. Zelenskinin davranış qəlbi isə sevgi qəlbidir. Daha çox ünsiyyət qurmağa meylli insanlarda belə bir metaproqram olur. Zelenski bütün davranışları və davranış dəyişiklikləri ilə bunu göstərir. Ona görə də publika ilə daha sıx işləyir və dəyişik mesajlar verə bilir. Krım körpüsünün partladılmasından sonra Putin mütləq nələrsə etməli idi. Çünki psixoloji olaraq sarsıntını gözə ala bilməzdi. Söz vermişdi ki, əgər belə etsələr, nüvə bombası atacağıq. Əvəzində 80 raket atdılar. Bu, psixoloji basqını susdurmaq üçündür. Məsələni daha çox şişirtmək riskli idi"./Musavat


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1594   Tarix: 16 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zelenski: Ukrayna Rusiya zərbələri fonunda elektrik enerjisi idxalının artırılmasına ehtiyac duyur

Ukrayna Rusiya tərəfindən ölkənin enerji infrastrukturuna vurulan zərbələr fonunda qısa müddətdə elektrik enerjisi idxalı həcmlərini artırmalıdır. "Report"un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xüsusi selektor müşavirəsində bildirib. "Elektrik enerjisinin idxa

17 yanvar
.

Yerə yaxınlaşan ən təhlükəli 3 asteroid - 2029, 2032 və 2036-cı illərdə…

Rusiyalı astronom Aleksandr Kiselev Yer üçün potensial təhlükə yaradan üç asteroidin adını çəkib. xəbər verir ki, o, saytına verdiyi müsahibədə bu səma cisimlərinin təhlükəsini izah edib. Siyahıda birinci yerdə diametri təxminən 370 metr olan Apofis asteroidi yer alıb. Onun 2029, 2036 və 2068-ci illərd

16 yanvar
.

NASA Ayda nüvə reaktoru tikəcək - Rekord müddət planlaşdırılır

NASA və ABŞ Energetika Nazirliyi qarşıdakı dörd il ərzində Ayın səthində nüvə reaktorunun hazırlanması və yerləşdirilməsi üzərində işləyir. Rəsmilərin sözlərinə görə, bu addım prezident Trampın kosmosun mənimsənilməsi ilə bağlı baxışlarından birinin həyata keçirilməsi deməkdir. Qaynarinfo xəbər veri

15 yanvar
.

Qonşu ölkəyə dondurucu şaxtalarla bağlı xəbərdarlıq edildi

Rusiyada hava şəraiti yaxın günlərdə dəyişkən olacaq. -ya istinadən xəbər verie ki, bunu Rusiya Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand deyib. Onun sözlərinə görə, bazar ertəsi hava dövranının dəyişməsi və antisiklonun cənuba doğru sürüşməsi nəticəsində temperatur bir qədər yüksələcək

17 yanvar
.

"ChatGPT" birbaşa beyinə qoşula bilər: Gələcəyin texnologiyası açıqlanır

"ChatGPT" adlı məşhur çatbotu yaradan "OpenAI" şirkətinin baş icraçı direktoru Sem Altman süni intellektin insan beyni ilə birbaşa əlaqələndirilməsi imkanlarını nəzərdə tutan yeni bir təşəbbüsdən bəhs edib. -ın məlumatına görə, bu barədə "Merge Labs" şirkəti açıqlama yayıb

17 yanvar
.

KİV: Ramzan Kadırovun oğlu Qroznıda baş verən ağır qəzadan sonra Moskvaya aparılıb

Çeçenistan lideri Ramzan Kadırovun oğlu Adam düşdüyü ağır qəzadan sonra Moskvaya aparılıb. -ın "FlightRadar"a istinadən verdiyi məlumata görə, Adam Kadırovun olduğu, Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus "An-148-100-EM" təyyarə Moskva vaxtı ilə saat 01:10-da (Bakı vaxtı ilə saa

17 yanvar
.

KİV: Fransanın NATO-dan çıxması məsələsi aktuallaşıb

Fransa Milli Assambleyasının vitse-prezidenti Klemens Getenin ölkənin NATO-dan çıxmasına çağıran təşəbbüsü alyansda fikir ayrılıqları fonunda reallaşa bilər. xəbər verir ki, bu barədə Almaniyanın "Berliner Zeitung" nəşri məlumat yayıb. Nəşrdə qeyd edilib ki, uzun müddətdir baş verməsi xəya

17 yanvar
.

İranlı reper ağlayaraq kömək istədi - VİDEO

Türkiyəyə gedən iranlı reper sosial şəbəkə hesabında paylaşım edərək ölkəsində gördüyü dəhşətli hadisələr barədə danışıb. xarici mətbuata istinadla xəbər verir ki, Meraj Tehrani adlı iranlı reper ağlayaraq ölkəsi üçün kömək istəyib. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Onlar insanlar

16 yanvar
.

Danimarka və Qrenlandiyada Trampın ada ilə bağlı iddialarına qarşı etirazlar keçiriləcək

Bu gün Danimarka və Qrenlandiyada ABŞ Prezidenti Donald Trampın ada ilə bağlı iddialarına qarşı bir sıra nümayişlər keçiriləcək. Bu barədə "Report" "The Guardian"a istinadən xəbər verir. Etirazların məqsədi ABŞ tərəfinə Qrenlandiyada demokratiyaya və əsas insan hüquqlarına hörmə

17 yanvar