Pensiyalardakı artımla bağlı YENİ AÇIQLAMA - Fevral ayından...

Pensiyalardakı artımla bağlı YENİ AÇIQLAMA - Fevral ayından..."Azərbaycanda mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il əvvəlki ilin orta aylıq əməkhaqqının artım faizinə, pensiya kapitalı ilə ötən ilin inflyasiya sıviyyısinə uyğun olaraq indeksləşdirilir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, 2025-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqında qeydə alınan artım faizi əsasında 2026-cı ildə pensiya məbləğlərinin də artırılması nəzərdə tutulur. İlkin proqnozlara əsasən, artım faizi təxminən 9,2 faiz təşkil edəcək:

"Qeyd olunur ki, artımlar bütün növ əmək pensiyalarına şamil ediləcək. Buraya yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası alan vətəndaşlar daxildir.

Dövlət Statistika Komitəsi tərəfindən 2025-ci ilin yekun orta aylıq əməkhaqqı üzrə rəsmi məlumatı 2026-cı ilin fevral ayının ilk günlərində açıqlanması gözlənilir. Rəsmi statistika açıqlandıqdan sonra Prezident tərəfindən müvafiq sənəd imzalanacaq və pensiya məbləğlərinin artırılması rəsmiləşdiriləcək.

Qanunvericiliyə uyğun olaraq, pensiyalardakı artımlar yanvar ayından etibarən hesablanır. Bu isə o deməkdir ki, yanvar ayı üçün hesablanan artım məbləği fevral ayında ödəniləcək pensiya ilə birlikdə vətəndaşlara veriləcək. Yəni fevral ayında pensiya alan şəxslər həm fevral ayının pensiyasını, həm də yanvar ayına düşən artım fərqini birlikdə alacaqlar.

Məsələn, əgər 540 manat pensiya alan vətəndaşın pensiya məbləği artımdan sonra aylıq 50 manat yüksəlirsə, fevral ayında həmin şəxs 590 manat əvəzinə 640 manat pensiya alacaq. Mart ayından etibarən isə pensiya artıq artırılmış - yəni 590 manatlıq yeni məbləğlə ödəniləcək.

Hər bir pensiyaçı öz pensiya məbləği üzərindən gözlənilən artımı asanlıqla hesablaya bilər. Belə ki, əgər vətəndaşın aylıq pensiyası 500 manatdırsa, 9,2 faiz artım zamanı pensiya məbləği təxminən 46 manat aralığında yüksələ bilər.

Rəsmi statistik məlumatlar fevral ayının əvvəlində açıqlanacaq və bundan sonra pensiya artımlarının dəqiq məbləği tam rəsmi şəkildə elan ediləcək. Pensiya artımlarının ödənişi isə fevral ayından etibarən həyata keçiriləcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 12085   Tarix: 18 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əməkhaqqı ödənişləri elektronlaşdırılacaq

Əməkhaqqı ödənişləri elektronlaşdırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayə

18 noyabr
.

"Şamaxinka"dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - Video

Dünən paytaxtın Yasamal rayonu ərazisində - "Şamaxinka" adlanan yerdən keçən tunelin girişində baş vermiş qəzada ölən motosikletçi dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, faciəvi şəkildə həyatını itirən Asif Ağaverdiyevin dəfnində çoxsaylı motosikletçi iştirak edib. Onlar katafalk

18 noyabr
.

Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Dünya bazarında ərzaq məhsullarının qiymətində azalma müşahidə olunsa da, bu tendensiya Azərbaycanın daxili bazarında özünü eyni şəkildə göstərmir. FAO-nun oktyabr ayı üzrə göstəricilərinə əsasən, qlobal Ərzaq Qiymətləri İndeksi 1,2 faiz azalıb. Azərbaycanda isə əksinə, həmin ay ət və ət məhsulları

17 noyabr
.

Hər şeydə qüsur axtaran insanlar: Daim neqativ düşünməyin səbəbi nədir? - PSİXOLOQDAN AÇIQLAMA

Cəmiyyətdə elə insanlar var ki, baş verən hadisələrə, edilən yaxşılıqlara və hətta xeyirxah təşəbbüslərə belə daim neqativ yanaşırlar. Kiminsə lotereyada iştirak etməsini fırıldaq hesab edir, xəstə uşaqların müalicəsi üçün başladılan yardım kampaniyalarının arxasında mütləq başqa məqsəd axtarır, küç

18 noyabr
.

Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin

16 noyabr
.

Komediya proqramlarında söyüş və jarqon normal hala çevrilir? - AÇIQLAMA

Son dövrlər televiziya və sosial şəbəkələrdə yayımlanan bəzi komediya proqramlarında əxlaq normalarına zidd hesab edilən ifadə və davranışlar ictimai müzakirələrə səbəb olur. Xüsusilə, geniş auditoriyaya təqdim olunan bu cür məzmunların yeniyetmə və gənclərin dünyagörüşünə, davranışlarına və ailə dəyərlərin

18 noyabr
.

Gürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü

Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin

18 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

Şəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar

Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin

17 noyabr