Təlimi olmayan təlimçilər: 10 saata necə sürücü olurlar? - ARAŞDIRMA + FOTO

Təlimi olmayan təlimçilər: 10 saata necə sürücü olurlar? - ARAŞDIRMA + FOTOİnternetdə sürücülük təlimi axtaranda qarşımıza xeyli təlimçi reklamları çıxır. Yollarda da üzərində sürücülük təlimi yazılmış avtomobillər görmək mümkündür. Çox zaman sürücülük təlimçisi hansısa kursun müəllimi olur. Lakin kursdan kənar işləyən təlimçilər də çoxdur.

Bəs təlimçi ola bilmək üçün hansı şərtlər var? Bu sahədə fəaliyyət göstərmək üçün hansısa tələblər varmı?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Sürücülük təlimçisi Adil Nəbiyev açıqlamasında bildirib ki, sürücülük təlimçisi olmaq üçün sürücünün 5 illik təcrübəsi olması kifayətdir:

"Bu, qanunla tənzimlənir. Amma bu o demək deyil ki, sürücü vəsiqəni aldı, evə qoydu və 5 ildən sonra təlim keçə bilər. Təlimçi 5 il intensiv sürücülük təcrübəsinə malik olmalıdır. Bəzi şirkətlər var ki, təlim keçənlərinin əksəriyyəti taksi sürücüləridir".

Müsahibimiz bildirib ki, təlimçilərin fəaliyyətinə polis tərəfindən nəzarət edilir. Amma nəzarət ciddi deyil:

"Yol polisi nəzarət edir, yoxlayır. Əgər pedallar və güzgülərlə təchiz olunmayıbsa, Dövlət Yol Polisinin texniki şöbəsindən icazə almayıbsa, sürücülük məktəbləri ilə müqavilə yoxdursa, təlimçi 40 manat cərimələnir. Amma "Gənclik" metrostansiyasının ətrafında və ya "Ukrayna" dairəsində dayanan təlimçilərin çox vaxt sənədləri olmur. Hətta eləsi var heç pedalları da yoxdur. Təlimçilərin sağlamlığı, psixologiyası da yoxlanılmır. Heç yoxlamırlar ki, narkomandır, yaxud içkilidir. Buna görə də təlim zamanı baş verən qəzaların sayı artır".
A.Nəbiyevin sözlərinə görə, bəzi təlimçilərin özlərinə dərs keçmək lazım olur:

"Əsl təlimçi xaricdə təlim keçməli, beynəlxalq sertifikatlar almalı, kursda işləməlidir. Yəni birinci özü təlim keçməlidir ki, təlimçi ola bilsin. Yoxsa, yoldan keçən sürücü vəsiqəni pulla aldı, maşına oturdu, başladı təlim keçməyə, belə olmaz. Bəzən olur ki, heç təlimçinin nəzəri, praktiki bilikləri olmur. Nəzəri sahədən və ya praktikanın təhlükəsizlik qaydalarından sual versən, cavab verə bilmir".

Təlimçinin fikrincə, belələri sürücülük arzusunda olanları aldadırlar, onları inandırırlar ki, guya, maşını sürə bilirlər:

"Sürücülüyü öyrənmək istəyən əvvəlcə qapalı meydançada, avtomobillərin olmadığı yerdə sürməyi öyrənməli, nəzəri bilikləri olmalı, sonra ikinci dərəcəli, ən sonda isə əsas yola çıxmalıdır. Təəssüf ki, bizdə başlayan kimi sükan arxasına oturdurlar və yola çıxarırlar".

A.Nəbiyev qeyd etdi ki, bu sahədə güclü rəqabət var və insanlar da qiymətlərə aldanır:

"Təlimçinin yanına gedəndə məsləhət almaq, səhifələrinə daxil olub rəylərə baxmaq lazımdır. Bizdə isə ancaq qiymətə baxırlar. Kurslar da rəqabətdən qalib çıxmaq üçün qiymətləri endirirlər. İnsanlar da qiymətə aldanır, hər yoldan keçənin yanına gedir və nəticələri də acınacaqlı olur. Reklam qoyurlar ki, tələbə birinci dəfədən maşın sürdü. Bu, qeyri-mümkündür. Kitablarda yazılıb ki, sürücü ortalama 70 saatdan sonra yola çıxmalıdır. Məsələn, Amerikada bu, 50 saatdır. Yazırlar ki, 10 saata elə öyrədirik ki, əsl sürücü olursunuz. Halbuki heç təlimçinin özü normal sürə bilmir: tez-tez cərimələnir, radara düşür, qəza şəraiti yaradır".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə dedi ki, qəzaların əsas səbəbi peşəkar sürücülük təlimlərinin olmamasıdır:

"Sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs mütləq qaydada sürücülük kursunda hazırlıq keçməlidir. Kursda hazırlıq keçməsi barədə verilən arayış əsasında bu şəxslər imtahana buraxılır. Qəzaları araşdıranda məlum olur ki, başlıca səbəb sürücülərin məsuliyyətsizliyidir. Bu da ondan irəli gəlir ki, Azərbaycanda sürücülərə keçirilən təlimlər o qədər də peşəkarcasına, keyfiyyətlə həyata keçirilmir. Sürücülərin bir qismi avtomobili qaydalara uyğun idarə etməyi bacarmır, parklanma, yol hərəkəti qaydalarını bilmir, yol nişanlarından xəbərsizdir".

Ekspert bildirib ki, sürücülərin hazırlanması üçün mütləq bir neçə qurumun icazəsi olmalıdır:

"Razılıqlar ölkə qanunvericiliyinə uyğun olaraq əldə edilir. Məsələn, Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər nazirliklərində, Dövlət Yol Polisində, Dövlət Vergi Xidmətində qeydiyyata alınmış tədris müəssisələrində və ya kurslarda təlim həyata keçirilə bilər. Sürücülərin hazırlanması və ya ixtisasının artırılması Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, dövlət təhsil standartları əsasında razılaşdırılmış vahid tədris planı üzrə həyata keçirilməlidir".
Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə isə, qanunvericilikdə bu məsələ ilə bağlı dəyişikliyə ehtiyac yoxdur, sadəcə, nəzarət daha ciddi olmalıdır:

"Təlimçilərlə bağlı yol hərəkəti haqqında qanun mövcuddur. Orada da qeyd edilib ki, bu işlə ancaq lisenziyası olan şəxslər məşğul ola bilər. Lisenziya başqa formada müəyyən hazırlığı olmayan şəxslərə verilirsə, bu, qanun pozuntusudur. Amma bütövlükdə təlimçilərə nəzarət qanunvericilikdə göstərilib. Qanunvericilikdə hansı şərtlər daxilində, hansı şəxslərə lisenziya verilə bilər yazılıb. Lisenziyasız heç kim bu fəaliyyətlə məşğul ola bilməz. Təlimçilərin psixologiyası, sağlamlığı lisenziya verən qurumlar tərəfindən yoxlanılmalıdır".

Beləliklə, gəlin sürücülük təlimçisi seçərkən diqqətli olaq. Qiymətlərə, endirimlərə aldanıb həyatımızı işbilməzlərin əlinə verməyək. Çünki maşın sürməyi düzgün öyrənə bilməsən, sabah həm özünün, həm başqalarının həyatına təhlükə yarada bilərsən.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2213   Tarix: 17 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətini

16 oktyabr
.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,

17 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

Mətbuat Şurasına yeni sədr seçildi (YENİLƏNİB)

Mətbuat Şurasının yeni sədri seçilib. Qaynarinfo xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib. Qeyd edək ki, Vüqar Zifəroğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanıdır

16 oktyabr
.

Qalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto

Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar

16 oktyabr
.

Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 18-də 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayi

17 oktyabr
.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr
.

Sabah 31 dərəcə isti olacaq

Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər

16 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr