Azərbaycanda ŞOK HADİSƏ: Kişini oğurlayıb zəncirlədilər, döydülər, sonra... - VİDEO

Azərbaycanda ŞOK HADİSƏ: Kişini oğurlayıb zəncirlədilər, döydülər, sonra... - VİDEOAbşeron rayonu Qobu qəsəbə sakini olan bir nəfər polisə müraciət edərək borclu olduğu əvvəldən tanıdığı şəxslərin ona hücum etdiyini daha sonra naməlum ünvana apararaq qanunsuz olaraq orada saxladıqdan sonra mobil telefon və pulunun həmin şəxslər tərəfindən əlindən alındığını bildirib. Həmin şəxslər daha sonra zərərçəkənin fotolarını çəkərək onun yaxınlarına göndəriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, hadisə ilə bağlı dərhal Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara və zəruri əməliyyat tədbirlərinə başlanılıb.

Tədbirlər nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Qobu qəsəbəsi sakini Zaur Əliyev, Ceyhun Səmədzadə və qardaşı Rafiq Səmədov tutulublar. Saxlanılan zaman Ceyhun Səmədzadə ilə qardaşının üzərindən külli miqdarda narkotik vasitə olan heroin də aşkar edilib. Araşdırmalarla bu şəxslərin Qobu və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduqları da ortaya çıxıb.

Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat nəticəsində həyətində narkotik tərkibli çətənə kolları əkən əvvəllər də məhkum olunmuş Tariel Sadıqov saxlanılıb. Onun həyətinə baxış zamanı yaş halda çəkisi 10 kiloqram olan kultivasiya edilən çətənə kolları aşkar edilib.

Qeyd olunan faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycanda ŞOK HADİSƏ: Kişini oğurlayıb zəncirlədilər, döydülər, sonra... - VİDEOAzərbaycanda ŞOK HADİSƏ: Kişini oğurlayıb zəncirlədilər, döydülər, sonra... - VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1225   Tarix: 17 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazirlik Nərmin Qaralovanı cərimələdi - İşçiləri qanunsuz işdən çıxarıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecin direktoru Nərmin Qaralova cərimələnib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, cərimə protokolu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərti

5 mart
.

"Zorge" parkının içindən yol salınıb? - Fotolar

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən "Rixard Zorge" adına parkdakı ağacların arasında yeni yol salınıb. "Qafqazinfo" xəbər verir ki, bir müddət öncə bu barədə paylaşım edən memar Elçin Əliyev ərazidən fotolar paylaşaraq həmin ağacların sözügedən parkda onilliklər boyu bitdiyin

5 mart
.

"Xəstə uşağım var" deyə dələduzluq edən keçmiş direktora hökm oxundu

Sumqayıt şəhərində fəaliyyət göstərən "Edinaya Roşka" və "Kolobok" uşaq bağçalarında direktor vəzifəsində işləmiş Zərinə Səfixanovanın məhkəməsi başa çatıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə)

4 mart
.

Üç ildən sonra oğlu ilə eyni taleyi yaşadı... - Foto

Dünən səhər saatlarında Bakı-Quba yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində baş verən yol qəzasında ağır yaralanan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, iki yük maşınının toqquşması nəticəsində ağır xəsarətlər alan Siyəzən rayon sakini 1977-ci il təvəllüdl

5 mart
.

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, bu gün Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/6 kV-luq 360 saylı yarımstansiyada Transformato

5 mart
.

Sabah 17 dərəcə isti olacaq

Azərbaycanda martın 6-da havanın 17 dərəcəyədək isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləy

5 mart
.

Təbriz bayraq qaldırıb!

Təbriz bayraq qaldırıb. Qalxıb Səhəd dağına, bütövlük sevdasıyla,. Təbriz bayraq qaldırıb "Misri" havası üstə. Döyüş başlasın deyə sərkərdə ədasıyla,. Qılıncını sıyırıb düşmən yuvası üstə. Marağa geyinibdi daha döyüş libası,. Səbrin də bir həddi var, daha səbirdən keçib. Qolundakı zənciri qırmaqd

5 mart
.

Nazir təyin olunan Fərid Bağırzadə KİMDİR? - DOSYE

Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikasının (MR) əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Naxçıvan MR-in yeni əmək və əhalinin sosial müdafiəsinin nazirini təqdim edir:. Fərid Bağırzadə 1994-cü ildə anadan olub. 2016-cı ildə Bakı Dövlət Universitetinin informasiya texnologiyalar

4 mart
.

Son iki saatda İrandan Azərbaycana daha doqquz nəfər təxliyə olunub - FOTO

İrandan Azərbaycana bu gün saat 12:00-dan 14:00-dək daha doqquz nəfərin təxliyəsi baş tutub. "Report"a istinadən xəbər verir ki, təxliyə edilənlərin beşi Azərbaycan, ikisi Qırğızıstan, biri Çin, biri isə Gürcüstan vətəndaşıdır. Onların təxliyəsi "Astara" dövlət sərhəd buraxılış məntəqəs

5 mart