Son iki saatda İrandan Azərbaycana daha doqquz nəfər təxliyə olunub - FOTO

Son iki saatda İrandan Azərbaycana daha doqquz nəfər təxliyə olunub - FOTOİrandan Azərbaycana bu gün saat 12:00-dan 14:00-dək daha doqquz nəfərin təxliyəsi baş tutub.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, təxliyə edilənlərin beşi Azərbaycan, ikisi Qırğızıstan, biri Çin, biri isə Gürcüstan vətəndaşıdır.

Onların təxliyəsi "Astara" dövlət sərhəd buraxılış məntəqəsi ilə həyata keçirilib.

Qeyd edək ki, bununla İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan martın 5-i 14:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1326-ya çatıb.
Son iki saatda İrandan Azərbaycana daha doqquz nəfər təxliyə olunub - FOTOSon iki saatda İrandan Azərbaycana daha doqquz nəfər təxliyə olunub - FOTOSon iki saatda İrandan Azərbaycana daha doqquz nəfər təxliyə olunub - FOTOSon iki saatda İrandan Azərbaycana daha doqquz nəfər təxliyə olunub - FOTO10:52

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1 317 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, onlar 45 ölkənin vətəndaşlarıdır.

Belə ki, fevralın 28-i saat 08:00-dən martın 5-i saat 10:00-a qədər sərhədi 259 Azərbaycan vətəndaşı keçib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 632   Tarix: 05 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DİQQƏT! Pensiyaçılara ŞAD XƏBƏR

Azərbaycanda sosial təminat sahəsində aparılan islahatlar fonunda pensiya məbləğləri yenidən gündəmə gəlib. Rəsmi açıqlamalarda ölkədə orta pensiyanın 594 manat, yaşa görə isə 632 manat olduğu bildirilir. Lakin artan qiymətlər, xüsusilə ərzaq və dərman xərclərinin yüksəlməsi fonunda bu məbləğlərin vətəndaşları

3 may
.

Sabah hava yağmursuz keçəcək

Mayın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi il

2 may
.

Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? - VİDEO

Son vaxtlar ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra meyvə bağlarına, xüsusilə də çiçəklənmə dövründə olan nektarin bağlarına mənfi təsir göstərib. Xaçmaz və Zaqatala rayonlarından olan fermerlər üzləşdikləri çətinliklərlə bağlı Baku TV-yə danışıblar. Onlardan biri bildirib ki

3 may
.

Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı

"Hava şəraitinə görə ilanlar yuvalarından çıxmağa başlayıb. Aprel və may ayının sərin və soyuq keçməsinə baxmayaraq, ərazilərdə ilanlara rast gəlinir. May ayında zəhərli ilanlar daha aktiv olur. Əsasən də gürzələr. Yağış suları onların yuvalarına dolur, məcburiyyət qarşısında qalaraq çölə çıxmal

3 may
.

İlham Əliyev polşalı həmkarı Karol Navrotskini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Karol Navrotskiyə təbrik məktubu göndərib. AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:. "3 May - Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbayca

3 may
.

Maaşlarla bağlı dəyişiklik təsdiqləndi - BUNDAN SONRA BELƏ OLACAQ

Milli Məclis əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı dəyişiklikləri son oxunuşda qəbul edib. Bununla bağlı Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakir

3 may
.

Azərbaycan güləşinin Avropadakı liderliyi milli qürur mənbəyidir

Azərbaycan Respublikasında idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bu siyasətin uğurlu nəticələrindən biri kimi Azərbaycan güləşçilərinin Avropa arenasında qazandığı növbəti möhtəşəm qələbə ölkə ictimaiyyəti tərəfindən böyük sevin

2 may
.

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Braziliyanın Bakıdakı səfiri Manuel Monteneqro Azərbaycanın Qarabağ regionundakı bərpa işlərinin tempinə heyran qaldığını bildirib. Bu barədə səfir "Report"un Laçına ezam olunmuş əməkdaşına bildirib. Xarici diplomatik korpusun səfəri çərçivəsində regionda olan M.Monteneqronun sözlərinə görə

2 may
.

Elçin Əmirbəyov: "Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür"

Azərbaycan təbii qazının Avropa İttifaqı (Aİ) ölkələrinə ixracının ikiqat artırılması prinsip etibarilə mümkündür. "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın portalına müsahibəsində deyib. Onun sözlərinə görə, ən əsas

2 may