Bill Qeytsin xeyriyyə fondu "Taliban"la əməkdaşlıq edir
"Bill & Melinda Gates Foundation" xeyriyyə fondu Əfqanıstanda poliomielitlə mübarizə üçün müvəqqəti "Taliban" hökuməti ilə əməkdaşlıq edir.
Bunu amerikalı iş adamı Bill Qeyts Böyük Britaniyanın "The Daily Telegraph" qəzetinin saytına müsahibəsində deyib.
Qeyts bildirib ki, fondun tərəfdaşları Qətərdə "Taliban"la görüşüblər. Lakin o, təfərrüatlara varmayıb, ABŞ-ın hərəkata qarşı sanksiyalarını nəzərə alaraq, bu cür təmasları "çox çətin vəziyyət" kimi xarakterizə edib.
"Microsoft" şirkətinin yaradıcısı özünün "Taliban" nümayəndələri ilə görüş keçirməyə hazır olub-olmaması ilə bağlı suala birbaşa cavab verməyib.
"Düzünü desəm, bu mövzunun məxfi olub-olmadığını bilmirəm. Poliomielitlə mübarizə kampaniyasına kömək etmək üçün çox şey edərdim. Bu, fondun əsas prioritetidir"-deyə, o bildirib.
Report
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 990 Tarix: 17 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Belçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək
Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir. TASS-ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib
16 oktyabrZelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ukrayna artıq ABŞ nümayəndələri ilə yeni görüşün keçirilməsi barədə danışıqlar aparır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçirdiyi mətbuat konfransında deyib. "Bilirəm ki, bizim komandamız onlarla daim əlaqə saxlayır. Düşünürəm ki, yaxın günlərdə bu və ya digər səviyyədə görü
16 oktyabrBatareyaların ömrünü uzadan ucuz üsul tapıldı: Cəmi 25 faiz dəmir kifayət edir
Hindistan alimləri sink-ion batareyalarının daha səmərəli və uzunömürlü olması üçün ucuz üsul hazırlayıblar. Tədqiqat göstərib ki, batareyanın katod materialında vanadium atomlarının 25 faizinin dəmirlə əvəzlənməsi enerji tutumunu, sürətli enerji ötürmə qabiliyyətini və dövrlər üzrə dayanıqlığını artırır
16 oktyabrSibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua
15 oktyabr