Məktəbdə tükürpədici olay: İki azyaşlı şagirdə iynə vurulurmuş (İDDİA)

Məktəbdə tükürpədici olay: İki azyaşlı şagirdə iynə vurulurmuş (İDDİA)Abşeron rayonu, "Stansiya Sumqayıt", yeni yaşayış massivi ərazisində yerləşən Mirağa Əliyev adına Hal kənd tam orta məktəbinin 3-cü sinif şagirdləri Mehralıyeva Aylin Sənan qızı və Əliyeva Zəhra Elşən qızının valideynləri saytımıza müraciət ediblər.

Valideynlər "Unikal"a müraciətlərində iddia ediblər ki, onların övladları təhsil aldıqları məktəbdə həmin məktəbin təlim-tərbiyə üzrə müəllimi Zəhra tərəfindən işgəncəyə məruz qalıb.

Sənan Mehralıyev bildirib ki, 1-ci sinifdən övladı həmin məktəbdə təhsil alıb və həmişə müəllimlərdən razı olub. O qeyd edib ki, danışdıqları bu tədris ilində olub:

"Ötən həftənin 5-ci günü (14 oktyabr) Zəhra Əliyevanın anası uşağı məktəbdən götürəndə ingilis-dili müəllimindən direktora şikayət edib. Direktor deyib ki, istəmirsənsə, övladını götürüb apar. Anası Zəhraya bildirib ki, səni başqa məktəbə aparacam. Uşaq ondan sonra anasına hər şeyi danışıb. Bildirib ki, Aylini xətkeşlə boğurdular. Zəhranın anası məsələni aydınlaşdırmaq üçün həyat yoldaşıma zəng edib. Bu zaman Aylin ağlamağa başlayıb. Uşaq deyib ki, Zəhraya da iynə vururdular. Bundan sonra Zəhra anası ilə bizə gəliblər. Uşaqlar onlara qarşı olanları danışmağa başlayıblar. Uşaqlar danışıblar ki, əllərini bağlayıb, ağızlarına skoç vururmuşlar. Bunları isə Zəhra müəllimə edirmiş. Hətta sinif rəhbərləri Vüsalə Əsədova da bunun şahidi olub. Uşaqlar deyir ki, tənəffüs zamanı onlara iynə vurublar. Əlində iynələrin izləri var. Uşaqlar deyir bir dəfə qorxub qaçmaq istəyiblər. Ancaq sinif rəhbərləri Vüsalə müəllimə qoymayıb. Deyib sakit oturun. Qızım Aylin deyir ki, iynədən sonra qarşımdakı əşyaları sağ-sola gedən kimi olub. Ondan sonra əlini çimdikləyib ki, hiss edirsənmi? Uşaq da yox deyə cavab verib. Ondan sonra gözünə damcı töküblər. Həmçinin, uşaqlara qara tabletkaya bənzəyən bir şey veriblər. Ondan sonra deyir ağzımız keyiyirdi. Biz bu işin araşdırılmasını istəyirik ki, uşaqlara hansı məqsədlə iynə vurulub?".

Məktəbdə tükürpədici olay: İki azyaşlı şagirdə iynə vurulurmuş (İDDİA)S.Mehralıyev qeyd edib ki, həmin hadisələrin birini də direktor gəlib görüb: "Deyib ki, neçə dənə vurmusuz? Çox vurmayın, uşaq şoka düşər, evdə valideyn şübhələnər. Bununla bağlı Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə müraciət etdik. Qobu polisindən iki təhqiqatçı gəldi. Onlar hadisəni yazdılar. Bundan sonra Abşeron Rayon Prokurorluğuna müraciət etdik. Oradan bizi ekspertizaya yönləndirdilər. Ayağındakı qaralmış izi qeydə aldılar. Əlindəki izləri təsdiqlədilər ki, iynə izləridir. Qızım bildirir ki, iynədən sonra hər gözünə 5 damcı dərman tökürmüşlər. Biz də istəyirik onlarla bizi üzləşdirsinlər ki, bunu nə məqsədlə ediblər? Təhsil Nazirliyinə müraciət etdik. Oradan bizə bildirdilər ki, bu ciddi məsələdir. Bir dəfə qızım dedi ki, ata məni o məktəbdən çıxar. Hamı uşağını oradan aparır. Deyirdim ki, qızım, bir ilin qalıb, ibtiadi təhsili başa vurursan. Bu o demək idi ki, uşaq məktəbə getmək istəmir. Məktəbin kamera görüntüləri də var, onlara baxmaq olar".

Məktəbdə tükürpədici olay: İki azyaşlı şagirdə iynə vurulurmuş (İDDİA)Digər valideyn Elşən Əliyevin sözlərinə görə, qızı Zəhra Əliyeva onlara bildirib ki, məktəbdə ona iynə vurublar. "Müəllimlər deyir uşaqlar yalan deyir. Amma uşaqları ikisini də ayrıca danışdırsanız, eyni sözü deyəcəklər. Təhsil Nazirliyində onları ayrıca danışdırıblar. Biz bu məsələnin araşdırılmasını istəyirik".

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən saytımıza bildirilib ki, qeyd olunan məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin əsassız olduğu aşkar edilib.

Məktəbdə tükürpədici olay: İki azyaşlı şagirdə iynə vurulurmuş (İDDİA)Məktəbdə tükürpədici olay: İki azyaşlı şagirdə iynə vurulurmuş (İDDİA)Məktəbdə tükürpədici olay: İki azyaşlı şagirdə iynə vurulurmuş (İDDİA)Məktəbdə tükürpədici olay: İki azyaşlı şagirdə iynə vurulurmuş (İDDİA)Məktəbdə tükürpədici olay: İki azyaşlı şagirdə iynə vurulurmuş (İDDİA)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4653   Tarix: 17 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətini

16 oktyabr
.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,

17 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

Mətbuat Şurasına yeni sədr seçildi (YENİLƏNİB)

Mətbuat Şurasının yeni sədri seçilib. Qaynarinfo xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib. Qeyd edək ki, Vüqar Zifəroğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanıdır

16 oktyabr
.

Qalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto

Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar

16 oktyabr
.

Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 18-də 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayi

17 oktyabr
.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr
.

Sabah 31 dərəcə isti olacaq

Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər

16 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr