Maşınını oğurladığı şəxsin yolda qaldığını görüb evinə düşürdü - Bakıda QƏRİBƏ OLAY
Bakıda taksi sürücüsünə qarşı bıçaqla hücum edib onun pulunu və avtomobilini əlindən alan şəxsin məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Cəlal Quliyev (soyad şərtidir) 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə cari ilin iyulunda baş verib.
Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, o, qısa müddət Rusiyada işlədikdən sonra Bakıya qayıdıb. Bir neçə gün rayonda və Bakıda müxtəlif hotellərdə qaldıqdan sonra üzərində pulu qurtardığından özünə bilet alıb yenidən Rusiyaya getmək qərarına gəlib. Cəlal pulu olmadığı üçün sözügedən cinayət əməlini törədib.
Belə ki, Cəlal iyulun 6-da gecə 03:15 radələrində metronun "Koroğlu" stansiyası yaxınlığında taksi kimi dayanmış "Toyota Prius" markalı avtomobilə yaxınlaşıb və sürücü Həsəndən onu Nərimanov rayonuna aparmağı xahiş edib.
Qeyd edilən ünvana gələn zaman Cəlal cibindən çıxardığı bıçaqla Həsəni hədələyib və üzərindəki pulları tələb edib. Həsənin üzərində 30 manat, maşının saxlanc yerində isə 370 manat olub. Cəlal həmin 370 manatı və maşını Həsənin əlindən alıb.
Maraqlıdır ki, sükan arxasına keçən Cəlal Həsənin yolda qaldığını gördükdən sonra onun harada yaşadığını soruşub. Həsən "Nizami Mall" ticarət mərkəzinin yaxınlığında qaldığını bildirdikdə, Cəlal ona maşına minməyini və yaşadığı ünvana aparıb düşürəcəyini söyləyib. Qeyd edilən ünvanda Həsəni düşürdükdən sonra o, həmin avtomobillə Masallı rayonu istiqamətində hərəkət edib.
Ələt yolunda səhvən Hacıqabul istiqamətinə tərəf getdiyi üçün yenidən geriyə qayıdan zaman maşını surətlə idarə etdiyindən, onu yolda yol-patrul xidmətinin əməkdaşları saxlayıb və ondan maşının sənədlərini istəyiblər. Cəlal isə maşının oğurluq olduğunu bildirdiyi üçün polis əməkdaşları onu Hacıqabul RPŞ-yə aparıb, sonradan isə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşlarına təhvil veriblər. Şöbədə o, könüllü olaraq əməlini etiraf edib.
Qeyd edək ki, 18 yaşlı Cəlalın atası təxminən 8 il bundan qabaq quldurluq cinayətinə görə tutulub və 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1507 Tarix: 18 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətini
16 oktyabrAzərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,
17 oktyabrAzərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli
17 oktyabrMətbuat Şurasına yeni sədr seçildi (YENİLƏNİB)
Mətbuat Şurasının yeni sədri seçilib. Qaynarinfo xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib. Qeyd edək ki, Vüqar Zifəroğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanıdır
16 oktyabrQalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto
Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar
16 oktyabrBakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 18-də 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayi
17 oktyabrBakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə
16 oktyabrSabah 31 dərəcə isti olacaq
Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər
16 oktyabr