Zahid Oruc: "Azərbaycan müharibəni düşmən ərazisinə keçirmək, orada 2-ci Qarabağ konflikti yaratmaq istəmir"

Zahid Oruc: "Azərbaycan müharibəni düşmən ərazisinə keçirmək, orada 2-ci Qarabağ konflikti yaratmaq istəmir""Azərbaycan müharibəni düşmən ərazisinə keçirmək, orada 2-ci Qarabağ konflikti yaratmaq istəmir".

Sonxeber.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Vətən müharibəsində qələbənin 2-ci ildönümündə Azərbaycana qarşı beynəlxalq hücumlar daha intensiv, mütəşəkkil və sistemli xarakter alıb:

"Hücumların səbəbi bəllidir. Hərbi zəfərimiz yalnız Ermənistan üzərində qazanılsaydı, indiki qədər əzəmətli olmazdı. Təkcə dünən İrəvana gələn Avropa Birliyinin 40 nəfərlik mülki formalı hərbi general və məxfi xidmət təmsilçisi, İsveçrə və Amerika parlamentariləri Azərbaycan əleyhinə aktlar tərtib edirlər. Lakin Prezident İlham Əliyevin sülh savaşı davam edir. Son iki əsrdə ilk dəfədir ki, imperiyaların diqtəsi olmadan, zəfərimizi rəsmiləşdirə bilərik. Amma 12-14 sentyabr hərbi toqquşması baş verməsəydi, razılaşma olmayacaqdı. Nə üçün bir ay əvvəlki döyüşləri 44 günlük müqəddəs müharibənin davamı sayırıq? Təkcə ona görə yox ki, Murovdan Arazadək 400 km-lik zolağa nəzarət qazanılıb, əlbəttə bunlar misilsiz nəticələrdir, lakin 30 ildə beynəlxalq hüququ tanımayan bir dövlətin nəhayət, ərazi bütövlüyü, suverenlik və toxunulmazlıqdan danışması böyük tərəqqidir. Ermənilərin qanun və ədalət çağırışı mühüm hadisədir".

Deputat Azərbaycanın əsla zəfərin eyforiyasından, yaxud ərazi iddialarına görə qanla sərhəd çəkmək siyasəti yürütmədiyini vurğulayıb:

"Dövlət başçısı tarixi torpaqlara dinc qayıdışı bəyan edib. Lakin 2900-dək şəhidimiz və ordumuz təkcə işğala qarşı deyil, ilk növbədə, vətənin sərhədlərini müəyyənləşdirmək uğrunda savaşıb. Ona görə də millətimizin və Qarabağın taleyi indi məhz sərhəddə həll olunur. Emmanuel Makronun ötən həftə Abel Aqanbekyanın 1987-ci ildə iki xalqın faciəsinə səbəb olan açıqlaması ilə eyni mahiyyətli fikirləri - Azərbaycanın Naxçıvanla hərbi yolla birləşmək, daha çox ərazini ələ keçirmək planı olsaydı, onda Ermənistanla müharibə 44 gündən az vaxt çəkərdi. 8 saatlıq əməliyyat göstərdi ki, Şuşadan fərqli olaraq, İrəvana gedən yolda ermənilər son 30 ildə köklü müdafiə sipəri qurmayıblar. Lakin dövlətimiz özünün əziyyət çəkdiyi işğalçılıq siyasətini kiməsə qarşı aparmaq niyyəti yoxdur".

"Azərbaycan müharibəni düşmən ərazisinə keçirmək, orada 2-ci Qarabağ konflikti yaratmaq istəmir. Qarşı tərəf çalışır ki, bizim rəsmən ərazi iddialarımız olsun, onlar da bu mövqedən sülh gündəliyinə və Qarabağa qarşı istifadə etsinlər. Lakin fikrimizcə gələcək hadisələr üç şərtdən asılı olacaq. Nə qədər ki, erməni hərbi qüvvələri torpaqlarımızda qalacaq, onda Azərbaycan ordusu da gələcəkdə Ermənistan ərazisində mövqelənməyə məcbur olacaq. Nə qədər ki, Xankəndi ilə İrəvanın arasında yeni çəkilən 32 km-lik yola nəzarəti ordumuz etməyəcək, onda Azərbaycanın da Naxçıvanla 42 km-lik quru əlaqəsini güc yolu ilə açmağa hüququ olacaq. Nəhayət, nə qədər ki, "Qarabağ məsələsi həll olunmayıb" deyiləcək, onda dövlətimizin də 2-ci Qarabağı Ermənistanın ərazisində yaradıb müharibəni düşmən coğrafiyasına keçirməsi qaçılmaz olacaq. Əgər bu ssenariləri istəmirlərsə, "Sülh müqaviləsi"ni başqa paytaxtlarda deyil, Zəngəzurda imzalamaq olar!", - deputat əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1070   Tarix: 18 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətini

16 oktyabr
.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,

17 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

Mətbuat Şurasına yeni sədr seçildi (YENİLƏNİB)

Mətbuat Şurasının yeni sədri seçilib. Qaynarinfo xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib. Qeyd edək ki, Vüqar Zifəroğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanıdır

16 oktyabr
.

Qalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto

Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar

16 oktyabr
.

Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 18-də 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayi

17 oktyabr
.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr
.

Sabah 31 dərəcə isti olacaq

Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər

16 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr