"İrəvan anlamalıdır ki, əgər yenidən münaqişə başlasa, heç kim onların yerinə qüdrətli Azərbaycana qarşı döyüşməyəcək" - DEPUTAT

"İrəvan anlamalıdır ki, əgər yenidən münaqişə başlasa, heç kim onların yerinə qüdrətli Azərbaycana qarşı döyüşməyəcək" - DEPUTAT"Azərbaycanın Vətən müharibəsi və ondan sonrakı dövr ərzində yaratdığı yeni geosiyasi reallıq özlüyündə həm də maraqlı mənzərə ortaya çıxardı. Xüsusən də bölgədə kimin həqiqətən davamlı sülh tərəfdarı, kimin sülh çağırışlarında həqiqətən səmimi olduğu aydın şəkildə göründü".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, bu illər ərzində işğalın ehtiva olunduğu status-kvonu qorumaqda israrlı olan, amma bu siyasəti adətən yumşaq ritorika ilə həyata keçirən Fransanın, eyni zamanda islam həmrəyliyindən dəm vurub "region yalnız regionlular üçündür" tezisində israr edən İranın əsl siması da məhz Vətən müharibəsi və sonrakı dövrdə üzə çıxdı.

"Fransa Vətən müharibəsi dövründə bütün üsul və vasitələrlə İrəvanın qalib gələrək işğal zonasını genişləndirməsinə cəhd göstərdi, amma Azərbaycanın Prezidentinin qətiyyəti, Ordumuzun gücü Parisin bu niyyətini altüst etdi. Bakı işğala son qoymaqla, sonrakı dövrdə isə ayrı-ayrı təcavüz aktlarına qarşı radikal tədbirlər görməklə işğala dəstək verən Fransanın Cənubi Qafqazdakı nüfuzunu yerlə yeksan etdi. Eyni zamanda bir neçə dəfə, o cümlədən sonuncu dəfə Praqada Fransa Prezidentinin şəxsi təşəbbüsü ilə Azərbaycana qurulan siyasi tələyə Paşinyanın özünün düşməsi, Makronu Avropa siyasi dairələrində gülüş hədəfinə çevirdi, İlham Əliyev isə siyasi lider kimi daha da parladı. Bütün bunlardan usanmayan Parisin bölgəyə müşahidə missiyası adı altında siyasi (hətta ola bilsin ki, hərbi) diversantlar göndərməsi niyyətini də Prezident İlham Əliyev alt-üst etdi, Makron həmin missiyanı Ermənistana göndərmək məcburiyyətində qaldı. Əlbəttə, bu missiyanın nəyə xidmət edəcəyi qısa müddətdə aşkara çıxacaq. Amma indidən Ermənistanın Azərbaycanla sərhədlərə, şimal-şərq istiqamətdə ağır hərbi texnikanı cəmləməsi artıq bu missiyanın hədəfləri barədə fikir yürütmək üçün əsas verir. Təbii ki, nə bu missiyanın, nə də İrəvanın bölgədə hərbi hərəkətlənməsinin Azərbaycan üçün əhəmiyyəti yoxdur. Bizə qarşı baş qaldıracaq erməni də, onun havadarı da yerində əziləcək".

Deputat onu da qeyd edib ki, burada diqqət çəkən digər məqamın İranın davranışları olduğunu qeyd edib.

"İran müəyyən dövrlərdə Azərbaycanı ərazisində üçüncü ölkələrin bazası, yaxud hərbçilərini saxlamaqla bağlı əsassız formada ittiham edərək bunu regionda təhlükəsizliyə təhdid kimi qiymətləndirib. Amma sonrakı dövrdə Tehran ortaya fakt qoya bilmədiyi üçün susmağa məcbur olmuşdu. İndi regionda Fransa müşahidə missiyasının simasında həqiqətən 3-cü tərəf mövcuddur, amma Tehran susur. Maraqlıdır, İran Fransanı region dövləti hesab edirmi? Bütün bunlar - ikiüzlü siyasət, riyakar davranışlar göstərir ki, Azərbaycan həqiqətən doğru yoldadır. Eyni zamanda müşahidə edilən odur ki, Azərbaycan artıq dil və əl uzadılması asan olan zəif subyekt yox, ciddi güc mərkəzidir. Əslində bunu Fransa da, İran da, digər region dövlətləri də başa düşür, sadəcə, sadə dillə desək, növbəti dəfə bəxtlərini sınayırlar. Bu sınaqda isə birdəfəlik istifadə vasitəsi kimi Ermənistan seçilib. İrəvan anlamalıdır ki, əgər yenidən münaqişə başlasa, Fransa özü başda olmaqla, heç kim onların yerinə qüdrətli Azərbaycana qarşı döyüşməyəcək, yaxud heç bir siyasi bəyanat, dəstək, hətta hərbi yardım erməni dövlətçiliyini xilas etməyəcək. İrana gəlincə isə, hətta mümkündür ki, bundan sonra proseslərin mümkün yeni inkişaf tendensiyası gedişində Tehran özünü xilas etmək üçün Ermənistana arxa çevirməyə məcbur buraxılsın. Yəni əgər tezliklə sülh və daimi stabillik təmin olunmasa, İrəvan revanş niyyətinə düşsə, itirən Ermənistan, məhv edilən erməni xalqının nümayəndələri olacaq".
AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1546   Tarix: 18 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevin AQEM Zirvəsində çıxışı: Azərbaycanın beynəlxalq nüfuzu, ədalətli dünya nizamı və regional sülh strategiyası

2026-cı il oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, müstəqil xarici siyasət kursunu və Avrasiya məkanında mühüm siyasi, iqtisadi və nəqliyyat mərkəzlərində

16 oktyabr
.

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 % azdır

17 oktyabr
.

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) vitse-prezidenti seçilib. "Report" xəbər verir ki, bununla bağlı AQİNF-nin mətbuat xidməti məlumat yayıb. Bu barədə qərar Polşanın Zakopane şəhərində keçirilən ISMF-i

17 oktyabr
.

Metrodan istifadə edənlər azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y

17 oktyabr
.

8 ayda 2 minə yaxın əkiz doğulub

Cari ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56404 doğulan körpə qeydə alınınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə bu göstəric

16 oktyabr
.

Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu

Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib

17 oktyabr
.

Övladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video

Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin

16 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!

Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması və vahid məktəb mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin məktəbə müəyyən edilmiş geyimdə gəlməsi onların təhsil müəssisəsinin daxili qaydalarına hörmətlə yanaşmasının göstəricilərindən biridir. Buna gör

16 oktyabr