MM Ombudsmanın "A" statusunun bərpa edilməsi ilə bağlı layihəni I oxunuşda qəbul edib

MM Ombudsmanın "A" statusunun bərpa edilməsi ilə bağlı layihəni I oxunuşda qəbul edib"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya qanununda dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Sonxeber.az-ın məlumatına görə, sənəd layihəsinin qeyd hissəsində göstərilir ki, təqdim olunan layihə insan hüquq və azadlıqları sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin məqsəd və prinsiplərinə xidmət etməklə, Müvəkkilin bu sahədə fəaliyyətinin təkmilləşdirilməsinə və effektivliyinin artırılmasına, beynəlxalq hüquqi sənədlərin implementasiyasına, beynəlxalq təşkilatların tövsiyyələrinin icra edilməsinə və müsbət beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, bununla da həm ölkəmizin həm də təsisatın beynəlxalq nüfuzunun artırılmasına töhfə vermək məqsədi daşıyır.

Qanun layihəsinin hazırlanmasını zəruri edən əsas şərtlərdən biri BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəklədiyi Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansı (GANHRI) tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının statusunun "A"dan "B"yə endirilməsi olub.

"A" statusu Milli İnsan Hüquqları Təsisatlarına (o cümlədən Ombudsman təsisatlarına) Avropa Şurası, Avropa İttifaqı, ATƏT kimi beynəlxalq təşkilatlarda, BMT-nin İnsan Hüquqları Şurasında və müqavilə qurumlarında, eləcə də digər beynəlxalq və regional mexanizmlərdə xüsusi iştirakçı hüququ və söz hüququ verməklə yanaşı, bu statusdan irəli gələn digər üstünlükləri qazandırır. BMT, eləcə də digər beynəlxalq və regional təşkilatların Baş Assambleya orqanları "A" statuslu Milli İnsan Hüquqları Təsisatlarına onların işlərində iştirakına imkan yaradır ki, bu da öz növbəsində dövlət maraqları baxımından mühüm əhəmiyyət kəsb edir.

"A" statusunun yenidən əldə olunması yuxarıda qeyd olunanlarla yanaşı, ölkəmizin BMT-nin İnsan Hüquqları Şurasının aidiyyəti sessiyalarına yazılı və şifahi bəyanatlar təqdim etmək hüququnu bərpa edəcəkdir ki, bu da post-müharibə dövründə dövlət maraqları baxımından olduqca əhəmiyyət kəsb edir.

Qanun layihəsində təklif edilən bir qrup dəyişikliklər isə ölkədə aparılan islahatlar nəticəsində Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə hazırlanb. Bu islahatlar hazırda da davam etdirilməkdədir. Konstitusiya Qanununun göstərilən subyektlərə münasibətdə tətbiqi baxımından yarana biləcək məhdudiyyətlərin qarşısının alınması, bununla da Müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsi üzrə fəaliyyətinin təmin edilməsi üçün Konstitusiya Qanununun 1.1-ci maddəsində müvafiq dəqiqləşmə aparılmış, eləcə də digər maddələr üzrə fəaliyyət istiqamətləri konkretləşdirilib.

Qeyd olunanlarla yanşı, dövlər qurumlarının təklifləri də nəzərə alınmaqla Konstitusiya Qanunun 1-ci, 5-ci, 8-ci, 12-ci, 13-cü.5-ci maddələri üzrə subyektlərin dairəsi dəqiq müəyyənləşdirilmişdir ki, bu da fəaliyyətin effektivliyinə xidmət edəcəkdir. Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixində qoşulduğu "Əlillərin hüquqları haqqında" Konvensiyasının 33.2-ci maddəsində iştirakçı dövlətlər tərəfindən hüquqi və inzibati quruluşlarına müvafiq olaraq bu Konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üçün müstəqil mexanizmlərdən ibarət strukturun dəstəklənməsi, möhkəmləndirlməsi, təyin və ya təsis edilməsi nəzərdə tutulub.

Ölkəmizdə Konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üçün müstəqil mexanizm funksiyalarının Ombudsman tərəfindən həyata keçirilməsi dövlət səviyyəsində də məqsədəmüvafiq hesab edilmiş və razılaşdırılmışdır. Hökumətin təqdim etdiyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan dövlət hesabatlarında da Müvəkkil "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya"nın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üzrə müstəqil mexanizm olaraq təqdim olunub.

Qeyd olunanlarla yanaşı, uşaq hüquqları sahəsində preventiv tədbirlərin həyata keçirilməsi, bu hüquqların təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, eləcə də pozulmuş hüquqların bərpası sahəsində Ombudsmanın fəaliyyətinin effektivliyinin artırılması məqsədilə (BMT-nin Uşaq Hüquqları Komitəsinin və digər beynəlxalq təşkilatların tövsiyələri də nəzərə alınmaqla) zəruri mexanizmin təşkili üçün Konstitusiya Qanununa yeni müddaların əlavə edilməsi zərurəti yaranıb.

Qeyd olunanları və xarici ölkələrin bu sahədə təcrübəsini nəzərə alaraq, Konstitusiya Qanununa "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya"nın, "Uşaq hüquqları haqqında Konvensiya"nın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının tətbiqini nəzərdə tutan digər müddalar da təklif edilir.

Qanun layihəsində Konstitusiya Qanununa 13-2 və 13-3-cü maddələri əlavə edilməsi təklifi bu istiqamətlər üzrə dövlət siyasətinin səmərəli təşkili, BMT çərçivəsində qoyulan tələblərin icrası və Ombudsmanın "A" statusunun bərpası məqsədi ilə irəli sürülüb.

Konstitusiya Qanununun 16-cı maddəsi Müvəkkilinin sosial, maliyyə və digər təminatlarını nəzərdə tutur. Beynəlxalq təcrübə də nəzərə alınmaqla 16-cı maddəyə təklif edilən dəyişikliklər Konstitusiya Qanununa dövri dəyişikliklərin edilməsi zərurətini aradan qaldırmaqla, bu sahədə yaranan münasibətlərin günün tələblərinə uyğun tənzimlənməsinə imkan verir.

Digər dəyişikliklə qanuna yeni bənd (16.6-1) əlavə olunur. Yeni bəndə əsasən, Müvəkkil 5 illik vəzifə maaşı məbləğində icbari sığorta ediləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 870   Tarix: 18 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətini

16 oktyabr
.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,

17 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

Mətbuat Şurasına yeni sədr seçildi (YENİLƏNİB)

Mətbuat Şurasının yeni sədri seçilib. Qaynarinfo xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib. Qeyd edək ki, Vüqar Zifəroğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanıdır

16 oktyabr
.

Qalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto

Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar

16 oktyabr
.

Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 18-də 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayi

17 oktyabr
.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr
.

Sabah 31 dərəcə isti olacaq

Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər

16 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr