"Ana, məni sabah 09:00-da oyadarsan" deyib, özünü asdı – Tələbənin intiharının TƏFƏRRÜATI

"Ana, məni sabah 09:00-da oyadarsan" deyib, özünü asdı – Tələbənin intiharının TƏFƏRRÜATIÖtən gün Abşeron rayonunun Güzdək qəsəbəsində intihar hadisəsi baş verib. Rayon sakini, 2000-ci il təvəllüdlü Muxtar Qayıbov özünü yaşadığı evin həyətində asıb. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi imiş.

Oxu.Az hadisə ilə bağlı bir sıra detalları öyrənib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən bildirilib ki, Muxtar Geoloji kəşfiyyat fakültəsinin III kurs tələbəsi olub:

"Çox yaxşı tələbə idi. Qiymətləri də qaydasında idi, kəsrləri belə yox idi. Atası ailəvi problemlərinin olmadığını bildirib. İntihar səbəbi məlum deyil. Ailəsinin də məlumatı yoxdur. Yaşadığı yerdə özünü asıb. Hər hansı bir problemi olmayıb.

Bir bacısı və qardaşı var. Bərbər olaraq fəaliyyət göstərirdi".

Universitetdən isə M.Qayıbovun dərslərə mütəmadi olaraq gəldiyi bildirilib:

"Dərslərə davamiyyəti çox yaxşı idi. Üç ay idi ki, öz sevdiyi qrup yoldaşı ilə nişanlanmışdı. Nişanlısının da hər hansı bir məlumatı yoxdur. Adətən intihar edənlər yazıb nə isə qoyurlar, Muxtar onu da etməyib".

Aşağı Güzdək qəsəbəsinin nümayəndəliyindən verilən məlumata görə, intiharın hansı səbəbdən baş verməsi hələ də məlum deyil.

İntihar edən tələbənin atası Həmid Qayıbov bildirir ki, bu acı xəbəri eşidən andan Muxtarın nişanlısının ayaqları tutulub.

"Səbəb məlum deyil. O, nişanlısı ilə xalası qızının toyuna hazırlaşırdı. Oktyabrın 20-i ad günü olacaqdı. Çox ağıllı uşaq idi. Bəzən bizə də məsləhətlər verirdi. Son vaxtlar heç bir qəribəlik yox idi. Həmin gün gecə anasına deyib ki, "ana, məni sabah 09:00-da oyadarsan". Oyatmağa gedəndə - saat 08:00-da onu həyətdən asılmış vəziyyətdə gördüm. Nişanlısı ilə münaqişələri olmayıb. Onlar sevib, nişanlanıblar. Üç ay idi nişanlı idilər. Qız o xəbəri eşidən gündən ayaqları tutulub. Məzarına o vəziyyətdə gedib. Onların sevgisi çox böyük idi. Qızın ailəsi də Muxtarı çox sevirdi. Hər kəs onun ağlına valeh olmuşdu".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4070   Tarix: 18 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Elçin Əmirbəyov: "Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür"

Azərbaycan təbii qazının Avropa İttifaqı (Aİ) ölkələrinə ixracının ikiqat artırılması prinsip etibarilə mümkündür. "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın portalına müsahibəsində deyib. Onun sözlərinə görə, ən əsas

2 may
.

Afrika Biznes Şurasının prezidenti Dr. Amany Asfour Bakıya səfər edib - ilk dəfə keçirilən Africa Week tədbirində iştirak edir

Afrika Biznes Şurasının (Africa Business Council) prezidenti, tanınmış beynəlxalq iqtisadçı və sahibkar Dr. Amany Asfour Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə səfər edib. Onun səfəri Bakıda ilk dəfə təşkil olunan "Africa Week" - Afrika Həftəsi beynəlxalq tədbirində iştirak məqsəd

3 may
.

Azərbaycanda bu ənənə LƏĞV EDİLİR?

Azərbaycanda toy karvanları illərdir davam edən ənənə kimi sevincin nümayişi hesab olunsa da, son dövrlərdə bu adətin yaratdığı yol hərəkəti çətinlikləri və təhlükəsizlik riskləri ciddi narahatlıq doğurmağa başlayıb. Xüsusilə, intensiv nəqliyyat axınının olduğu ərazilərdə uzun avtomobil karvanlarını

3 may
.

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalını ziyarət ediblər. "Report" xəbər verir ki, onlar festivalda nümayiş olunan xalça nümunələri, ənənəvi sənətkarlıq məmulatları

3 may
.

Bu şəxslərin ailə üzvlərinə 400 manatlıq GÜZƏŞT EDİLƏCƏK

Milli Məclisin plenar iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. -un məlumatına görə, layihədə minatəmizləyənlərin ailə üzvlərinə güzəştlər əksini tapıb. Belə ki, minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı ola

2 may
.

Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? - VİDEO

Son vaxtlar ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra meyvə bağlarına, xüsusilə də çiçəklənmə dövründə olan nektarin bağlarına mənfi təsir göstərib. Xaçmaz və Zaqatala rayonlarından olan fermerlər üzləşdikləri çətinliklərlə bağlı Baku TV-yə danışıblar. Onlardan biri bildirib ki

3 may
.

XİN əməkdaşları "Bakı Marafonu 2026"da iştirak ediblər

Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"da böyük coşqu hissi ilə iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə XİN-in "X"dəki hesabında bildirilib. "Xarici İşlər Nazirliyinin əməkdaşları "Küləy

3 may
.

Cinayət işlərində həbs qərarlarına YENİLİK

İstintaq orqanları və məhkəmələrin həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələni obyektiv araşdırması üçün onlar arasında ağlabatan vaxt bölgüsü müəyyənləşdiriləcək. Konstitusiya Məhkəməsi bununla bağlı Milli Məclisə müvafiq tövsiyələr verib. Cinayət-Prosessual Məcəlləyə əsasən, maliyyə əməliyyatları

2 may
.

Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Fotolar

Prezident İlham Əliyevin qızları - Leyla, Arzu Əliyevalar və gəlini Alena Əliyeva Buta İncəsənət Məktəbini ziyarət ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Alena Əliyeva paylaşım edib. Onlar məktəbdəki əsərlərə baxış keçiriblər. Sözügedən fotoları təqdim edirik:

2 may