Ölən yaxınımızın geyimlərini nə etməliyik? - Basdırmaq, yandırmaq...
Hər birimizin həyatında gec-tez itkilər baş verir - nə vaxtsa nənələrimiz və babalarımız ayrılır, sonra valideynlər və digər yaxın insanlar. Yaxınlarımızı itirdikdən sonra bir çox suallarla üz-üzə qalırıq: "Onların əşyalarını evdə saxlamaq olarmı?", "Geyimlərini nə etməliyik?", "Özümüz geyinə bilərikmi?"
Bununla bağlı bir neçə inanclar var ki, kimisi geyimləri yandırır, kimisi ölən şəxsin yanında basdırır, kimisi isə özü istifadə edir. Belə bir deyim var: "Ölülərin yatağında yatmaqdansa, məzarı üstündə yatmaq yaxşıdır!". Bəlkə də bu deyim bizə nə isə ifadə edir.
Maraqlıdır bəs, dinimiz bu barədə nə buyurur? İslama görə ölən yaxınımızın geyimlərini nə etməliyik?
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, fəlsəfə doktoru İbrahim Quliyev bildirir ki, din bununla bağlı bir neçə şərt buyurur:
"Müsəlman mədəniyyətində ölən insanın mirası vərəsələr arasında bölüşdürülməlidir. Ölən şəxsin Quranı, üzüyü və qılıncı, həmçinin geydiyi, ya geymək üçün saxladığı paltarlar böyük oğlunun malıdır. Əgər ölən şəxsin adı çəkilən bu üç şeyi birdən çox olarsa, məsələn, iki Quranı və ya iki üzüyü olsa, yaxşı olar ki, böyük oğul digər başqa vərəsələr ilə razılaşsın. Rəhl, (Quran qoyulan taxta) tüfəng, xəncər və bu kimi silahların, qılıncın qını, Quranın qabı da onlara aiddir".
Bəs, oğlu yoxdursa?
"Ola bilər ki, ölən adamın oğlu olmasın. Belə olduğu halda vərəsələr öz aralarında razılığa gələ, paltarları bölüşə və yaxud da onu kiməsə bağışlaya bilərlər. Bundan başqa istəsələr paltarları basdıra və ya yandıra da bilərlər".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 4758 Tarix: 18 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-də meşə yanğınları tüğyan edir - 150 mindən çox ev işıqsız qalıb
ABŞ-nin Kaliforniya ştatında meşə yanğınları səngimək bilmir. Təbii fəlakət səbəbindən bölgədə 150 mindən çox istehlakçı elektrik təchizatından məhrum olub. TASS-ın bu barədə "PowerOutage" monitorinq resursuna istinadən məlumat yayıb. Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, elektri
16 oktyabrIMF: Münaqişələr fonunda qlobal iqtisadiyyat üçün risklər mövcuddur
Beynəlxalq Valyuta Fondunun (IMF) üzv dövlətləri silahlı münaqişələr və enerji resurslarının qiymətlərinin artması fonunda iqtisadi çətinliklərlə üzləşən ölkələrə maliyyə dəstəyini genişləndirməyə çağırıblar. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tailandın paytaxt
17 oktyabrGəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video
Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th
15 oktyabrYəməndə prezident sarayına raket hücumu: 5 nəfər ölüb
Yəməndə husilərin raket hücumu nəticəsində prezident sarayı ərazisində azı beş nəfər həlak olub. Hadisə ölkədə davam edən silahlı qarşıdurma fonunda baş verib. The Guardian-a istinadən xəbər verir ki, hücum Yəməndə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib. Husilər ölkənin bəzi ərazilərinə nəzarə
16 oktyabrBelçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək
Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir. TASS-ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib
16 oktyabrAlmazın yeni "qohumu" kəşf edildi
Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini
15 oktyabrSimonyan anklavlar haqqında danışdı
Anklavlar və eksklavlar barədə heç bir razılaşma yoxdur, Kərkinin (Tiqranaşen) Başkəndə (Artsvaşen) mübadiləsi barədə müzakirələr aparılır. Bu, mümkündür, lakin Ermənistan üçün müəyyən edilmiş ərazi sahəsi çərçivəsində. xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonya
16 oktyabr