Maldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimi

Maldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimiDünyanın ən məşhur, yüksək səviyyəli, haqqında əfsanələr dolaşan, turistlərin, xüsusən Azərbaycan insanlarının arzusu, xəyalı Maldiv adalarında, okeanın mavi lacivərd suları əhatəsində "Niyama" və "Anantara" hotelləri qonaqlarına bu dəfə sağlam istirahət üçün xüsusi Yeni il tətili proqramı vəd edir.

İstirahət edərək fiziki və ruhi şəfalanmaq istəyənlər, Maldivin məşhur kurortları sizə fərqli hisslər yaşadacaq.

Maldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimiYeni ili bəyaz çimərliklərdə ailənlə qarşıla

Hind okeanı sahilində Mavi laquna, qar kimi ağappaq, amma isti sahilər, okean və dağlar, yaşıllıq, fərqli hava - "Anantara Dhigu" kurortunda Maldivlərin bütün iqlim və komfrot üstünlükləri cəmlənib.

Maldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimiYeni ili soyuq, qarlı, çiskinli yerdə yox, adada, isti günəşli okean sahilində keçirmək xəyalın varsa, onu"Anantara Dhigu" reallaşdıracaq.

Ənənəvi üslubda bayramları sevənləri geniş seçiçdə ləzzətli bayram yeməkləri və şirniyyatlar sevindirəcək. Laquna, həmçinin, bir torba hədiyyələrilə birlikdə Santa-Klaus gələcək.

O, qonaqları hidrosikldə gəzdirə və gənc dalğıclarla (8 yaşdan yuxarı uşaqlarla) sualtı hədiyyə ovuna çıxa bilər.

Maldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimi1001 ləzzət yarmarkası

Həmişə olduğu kimi, bu il də kulinariya proqramı, ən kiçik detallaradək düşünülüb - hər axşam qonaqları dadlı yenilik gözləyir.

Buraya həm romantik şam yeməkləri, həm şən ailəvi süfrələr, həm də dünyanın müxtəlif yerlərindən olan yemək və şərabların yarmarkası daxildir.

Yarmarkada Maldiv, Tayland və Yapon mətbəxinin ləziz delikateslərindən dadmaq olar.

Qonaqları, həmçinin, Yeni ilin şam ağacının işıqlarının yandırılması mərasimi gözləyir.

Burakı "Pool Party" hovuzunda keçiriləcək bayram şənliyi maldivsayağı ənənəvi mahnılar və mövsümi ekzotik yeməklərlə müşayiət olunacaq. Proqrama kokteyllər, oyunlar və dj çıxışı daxildir.

"Dhoni Kids’ Club" uşaq klubunda yeni il maraqlı kulinariya "master-klass"ları və komanda oyunları ilə başlayacaq. Onların valideynləri isə Spa mərkəzində istirahət edə biləcəklər.

Bu rahatladıcı prosedurlara həm cütlük olaraq, həm də bütün ailə üzvləri ilə birlikdə gedə bilərsiniz. Spa-menyuya bitki yağları və tibbi otlarla edilən Ayuverda Abxyanqa massajı daxildir. Bu prosedur bütün yorğunluğu atıb Yeni ilə daha güclü daxil olmağa kömək edəcək.

Spa mərkəzində olan "Wellness Family Retreat"ə çimərlikdə bütün ailə üzvləri üçün nəzərdə tutulan idman və yoqa məşqləri, massaj və digər prosedurlar daxildir.

Prpfessional masterlə Qışda sörfinq keyfi

"Niyama Private İslands" oteli özünün sörfinq imkanı olan yeganə Maldiv kurortudur: digər adaya getməyə və ya atollun (mərcan adasının) sərhəd hissəsinə yaxın üzməyə ehtiyac yoxdur. Burada dalğalar kurort məkanının iki adasından birinin sahilinə çırpılır. "Niyama Privte İslands" həm peşəkar sörfçülər, həm də bu işə yeni başlayanlar üçün mükəmməl məkandır.

Maldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimiHindistan okeanında sörf mövsümü adətən apreldən noyabra qədər davam etsə də, "Niyama Private İslands" bu həzzi qonaqlarına bütün il boyu yaşadır!

Qış ərəfəsində isə buraya sörf-fotoqraf Lui Ruben (Louis Ruben) təşrif gətirir.

Avstraliyalı olan bu fotoqraf illərdir ki, sörf çəkilişlərində ixtisaslaşıb. Bu müddət ərzində o, həm dünya çempionları və peşəkar sörfçülərlə, həm də "Lost" və "Channel Islands" kimi qabaqcıl sörf markaları ilə işləyib. O, fotoqrafiya sənətinə və okeana sevgisi sayəsində inanılmaz gözəl anları tutub çəkə bilir.

Vaxtının əksər hissəsini fotoqraf suda, yaxud sörf zonası yaxınlığında, qayıqda keçirir və sörfçülərin möhtəşəm, təbii fotolarını çəkir.

Yoqa masterlə enerji terapiya - Ruhunu təmizlə

2022-ci ilin 1 oktyabrından 15 yanvar 2023-cü ilə kimi Niyama Private Islands Maldives kurortu enerjiterapevt, yoqa, şərq döyüş ustadı Prapida Araxçiqe ilə birlikdə sizləri Çiqun, yoqa, Tay-Çi,dzüdo, karate və pranik şəfalanma metodları ilə müsbət enerji dalğasına köklənməyə dəvət edir.

Maldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimiÇiqun - Çin xalq təbabətinin qədim kökləri olan məş. sistemidir. Bura gimnastika, meditasiya, nəfəs hərəkətləri daxildir.
Çiqun sözü özü Çi - enerji axını, həyat gücü, Qun isə iş, məqsəd deməkdir.

Bu, Çin sağlamlıq fəlsəfəsinin fundamental əsasıdır.

Tay-Çi - Çin Uşu döyüş sənətinin müalicəvi gimnastika hissəsidir.

Mənası Nəhəng sərhədlərin yumruğudur. Burda ahəngdar hərəkətlər, nəfəsin tənzimlənməsi, ağıl və bədənin vəziyyətinə diqqət cəmləmək durur.

Maldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimiTay Çi ürək və ağciyərlərin işini tənzimləyir, əzələlərin tonusunu yaxşılaşdırır, balans və müvazinəti tənzimləyir, bədənin hərəkətliliyini artırır, stress və təşvişi azaldır.

Drift Spa - Bədənin tranformasiyası

Spa menyuda çox geniş sayda prosedurlar - ənənəvi Çin meditasiyasından tutmuş müalicəvi pəhriz, fiziki idman və xolisistik gözəllik terapiya ilə bədənin transformasiyasına qədər hər şey daxildir.

Maldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimiBütün bunlar üzrə konsultasiya və məşğələlər Drift Spa kurort mərkəzində həyata keçirilir.

Drift Spa daim gözəllik və sağlamlıq innovasiyalarını izləyir, dünyanın ən yaxşı mütəxəsssislərini London, Dubay, Nyu York, Kanada və digər mərkəzlərdən kurorta dəvət edərək, qonaqlara əsarərəngiz təbiət fonunda seminarlar, konsultasiyalar keçəcək.

Maldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimiMaldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimiMaldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimiMaldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimiMaldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimiMaldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimiMaldiv adalarında fərqli Yeni il - Ruhun və bədənin dəyişimi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1410   Tarix: 18 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan və dron hücumu nəticəsində öldürülən 58 yaşlı lənkəranlının nəşi doğulduğu rayona gətirilib. APA-ya istinadla xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev bu gün doğulduğu kənddə dəfn edilib

16 oktyabr
.

8 ayda 2 minə yaxın əkiz doğulub

Cari ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56404 doğulan körpə qeydə alınınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə bu göstəric

16 oktyabr
.

Qalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto

Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar

16 oktyabr
.

Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq

Parlament Əmək Məcəlləsinə təklif edilən dəyişikliyi ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək. Belə ki, işçilər küləkli havada açıq şəraitl

16 oktyabr
.

Bacısı komaya düşdü, efirə çıxmadı

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-

16 oktyabr
.

Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!

Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması və vahid məktəb mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin məktəbə müəyyən edilmiş geyimdə gəlməsi onların təhsil müəssisəsinin daxili qaydalarına hörmətlə yanaşmasının göstəricilərindən biridir. Buna gör

16 oktyabr
.

Azərbaycanda gənc əsgər vəfat etdi - Foto

Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki

15 oktyabr
.

Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu

Jurnalist Səidə Bəkirqızın xüsusi ittiham qaydasında şikayəti əsasında Sevinc Bağman qızı Hüseynova barəsində ittiham hökmü çıxarılıb. Məhkəmə onu həm böhtan, həm də təhqir cinayətini törətməkdə təqsirli bilib. Bu barədə Səidə Bəkirqızının hüquqlarını müdafiə edən vəkil Yaqub Nəcəflidən aldığımız məlumat

16 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr