Otellərə girərkən "zaks" tələb olunmalıdır ? - ARAŞDIRMA
Xəbər verdiyimiz kimi, Bakıda 16 yaşlı qız zorlanıb. Hadisədən sonra 2006-cı il təvəllüdlü R.M Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə ərizə ilə müraciət edərək, rayon ərazisində yerləşən otellərin birində oğlan tanışı tərəfindən zorlandığını bildirib. Daxil olan şikayət əsasında rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanıb.
Bəs bu kimi hallara görə kim məsuliyyət daşıyır ?
Mövzu ilə bağlı Azərbaycan Hotellər Assosiasiyası ilə əlaqə saxladıq.
Assosiyasiyadan bildirildi ki, otelə giriş şəxsiyyəti təsdiq edən sənədlə olmalıdır. Hər kəs otelə daxil olarkən qeydiyyatdan keçməlidir. Hər hansı bir hadisə baş verərsə, vətəndaşın şəxsiyyəti bəlli olmalıdır. Bu hər bir otel üçün zəruri qaydadır. Nigah şəhadətnaməsinin tələb olunması bağlı isə hər hansı məhdudiyyət yoxdur. Otelə hər yaşda insan daxil ola bilər.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, turizm haqqında qanuna əsasən, otellərə giriş-çıxış sərbəstdir.
"Biz hüquqi dövlətdə yaşayırıq, digər dövlətlərdə belə qanunlar yoxdur. Əgər nigah şəhadətnaməsi və digər şərtlər tələb olunarsa, turizm sektorunun inkişafına zərər gələcək. Xarici ölkələrdən gələn turist sayı azalacaq. Ölkənin demokratiya imicinə də mənfi təsir göstərəcək. Həmin cinayətlərin statistikasına baxsaq, bizdə digər ölkələrə nisbətən elə də yüksək deyil. Oteldə müəyyən məsələlər var ki, bunu otelin öz daxili qaydaları ilə tənzimləmək olar. 18 yaşına çatmayan insanlardan müəyyən sənəd tələb oluna bilər. Qanunvericilikdə otellərlə bağlı hər hansı məhdudiyyətin qoyulması gözlənilmir".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3575 Tarix: 19 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maaşlarla bağlı dəyişiklik təsdiqləndi - BUNDAN SONRA BELƏ OLACAQ
Milli Məclis əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı dəyişiklikləri son oxunuşda qəbul edib. Bununla bağlı Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakir
3 mayQeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? - VİDEO
Son vaxtlar ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra meyvə bağlarına, xüsusilə də çiçəklənmə dövründə olan nektarin bağlarına mənfi təsir göstərib. Xaçmaz və Zaqatala rayonlarından olan fermerlər üzləşdikləri çətinliklərlə bağlı Baku TV-yə danışıblar. Onlardan biri bildirib ki
3 mayHava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI
Azərbaycanda hava şəraiti hələ də tam yaz ab-havasını xatırlatmır. Bir çox insan səhərlər qalın geyimlərdən istifadə edir, axşam saatlarında isə temperatur daha da aşağı düşür. Adətən bu dövrdə müşahidə olunan isti və günəşli hava əvəzinə, bəzi bölgələrdə küləkli və sərin hava üstünlük təşkil edir. Paytax
2 mayAzərbaycanda pul verib əsgər getməmək mümkün OLACAQ?
Azərbaycanda 18 yaşına çatmış vətəndaşlar "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmətə cəlb edilirlər. Müəyyən hallarda (məsələn, təhsil, sağlamlıq durumu və s.) qanunla nəzərdə tutulmuş əsaslarla hərbi xidmətə çağırışa möhlət verilə bilər. Bir sır
3 mayQurbanlıq bazarında YENİ QAYDALAR qüvvəyə mindi
Artıq Qurban bayramı yaxınlaşır. Bu il heyvan bazarlarında qaydalar daha da sərtləşdiriləcək və bəzi heyvanların satışına icazə verilməyəcək. Mövzu ilə bağlı Qida Təhlükəsizliyi İnstitutunun İdentifikasiya və İzlənilmə Mərkəzinin direktoru Yavər Məmmədov bildirib ki, heyvan bazarları yoluxucu xəstəlikləri
3 mayCinayət işlərində həbs qərarlarına YENİLİK
İstintaq orqanları və məhkəmələrin həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələni obyektiv araşdırması üçün onlar arasında ağlabatan vaxt bölgüsü müəyyənləşdiriləcək. Konstitusiya Məhkəməsi bununla bağlı Milli Məclisə müvafiq tövsiyələr verib. Cinayət-Prosessual Məcəlləyə əsasən, maliyyə əməliyyatları
2 may"Ən böyük arzum prokuror olmaqdır" - Maksimal bal toplayan Səma
"Repetitor yanına getmək kifayət deyil, eyni zamanda davamlı məktəbə gedib dərsləri yaxşı oxumaq lazımdır". Bu sözləri Bizim.Media-ya açıqlamasında 9-cu sinif şagirdlərinin buraxılış imtahanında maksimum bal toplayan Yevlax şəhər 5 saylı tam orta məktəbin şagirdi Səma Dünyamin qızı Hətəml
2 mayƏhməd tibb müəssisəsindən qaçıb? - DİN-dən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, 5 nəfər ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovla bağlı sosial şəbəkələrdə xoşagəlməz məlumatlar yayılıb. xəbər verir ki, bir qadının səs yazısı paylaşılıb. Həmin şəxs iddia edir ki, guya Ə. Əhmədov saxlanıldığı tibb müəssisəsindən qaçaraq iki nəfəri bıçaqlayıb. Hətta həmin qadı
3 may