Amerikada YENİ VİRUS yaratdılar: Daha ölümcüldür

Amerikada YENİ VİRUS yaratdılar: Daha ölümcüldürDünyada 7 milyon insanın həyatına son qoyan koronavirus infeksiyasının təsirləri hələ də tam bitməyib. Turizmlə ayaqda qalan ölkələrlə yanaşı, bir çox dövlətlərin iqtisadiyyatı tamamilə çöküb. Tətbiq edilən məhdudiyyətlər təkcə iqtisadi vəziyyəti deyil, insanların psixoloji və fiziki sağlamlığını itirməsinə gətirib çıxarıb. Hələ də bu çətinliklərin davam etməsi ilə birlikdə Amerikadakı laboratoriyaların birindən gələn xəbər dünyanı dəhşətə gətirib. İndi də ABŞ-ın Boston Universitetinin alimləri laboratoriyada ölümcül yeni koronavirus ştammını yaradıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Məlumata görə, virus "Omicron" ştammı və Uhanda ortaya çıxan orijinal "COVID-19" ilə birləşdirilərək istehsal edilib. "Omicron S" adlandırılan yeni virus təcrübədə istifadə edilən siçanların 80 faizini öldürüb. Beləliklə, bu infeksiyanın əvvəlki koronavirus ştammlarından daha təhlükəli və ölümcül olduğu sübut edilib.

İnsanları təşvişə salan bu xəbərə İsrail hökumətinin qabaqcıl elm adamlarından olan professor Şmuel Şapira münasibət bildirib:

"Bu tədqiqqat prosesi tamamilə qadağan olunmalıdır. Rəsmən odla oynayırlar".

Bir vaxtlar Çin laborratoriyalarında yarasalar üzərində oxşar tədqiqatlar aparılırdı. Amma sonra bu təcrübə proqramları ciddi məhdudlaşdırılıb. Buna baxmayaraq, koronavirus infeksiyası bütün dünyaya yayılıb.

Tədqiqatçılar orijinal "Omicron" variantı ilə müqayisədə siçanların yeni virusa qarşı necə performans göstərdiyini araşdırıblar. Onlar "Omicron" ştammına məruz qaldıqda yüngül simptomlarla sağ qalmağı bacarıblar. Ancaq yeni "Omicron S" virusu onların həyatına son qoyub.

Bu səbəbdən Amerikanın və bir neçə inkişaf etmiş ölkələrin tanınmış professorları hökuməti bu tədqiqatı dayandırmağa çağırıb.

Amerikalı bioloq Riçard H. Brayt "Daily Mail" qəzetinə açıqlamasında bunları deyib:

"Növbəti pandemiyadan qaçmaq istəyiriksə aparılan belə tədqiqatlara nəzarət gücləndirilməlidir. ABŞ hökuməti dövlət qurumlarındakı mövcud qaydaları pozaraq insanları riskə atan məmurları məsuliyyətə cəlb etməlidir".
Amerikada YENİ VİRUS yaratdılar: Daha ölümcüldürAmerikada YENİ VİRUS yaratdılar: Daha ölümcüldür


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1909   Tarix: 19 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI

Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd

18 sentyabr 2021
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı

16 sentyabr 2021
.

Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib

Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy

16 sentyabr 2021
.

Bəylə gəlin həm bir-birilərinə, həm də seçdikləri namizədə "hə" dedilər - VİDEO

Rusiyanın Zabaykalsk diyarında gənc cütlük səsvermə zaman elə birbaşa seçki məntəqəsində nikaha girmək qərarına gəliblər. Beləliklə yeni evlilər bir gündə iki vətəndaşlıq borcunu yerinə yetiriblər. Hadisə Çita şəhərində qeydə alınıb. "Gənclərin Rusiyanın gələcəyinə səs verməsinə mane olan səbəblər

18 sentyabr 2021
.

Bu kəndlərə virusa görə giriş QADAĞAN EDİLDİ

Mardinin Bahçebaşı və Çatalözü kəndləri koronavirusa yoluxma halları artdığı üçün karantinə alınıb. DHA-ya istinadən xəbər verir ki, Rayon Gigiyena Şurasının aldığı qərarı ilə Bahçebaşı və Çatalözü koronavirusa yoluxma hallarının artmasına görə 14 gün karantində olacaq. Karantinə alınan ərazilərin girişin

16 sentyabr 2021
.

Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı

İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində

15 sentyabr 2021
.

Mənzili alovlara bürünən şəxs yanğınsöndürənləri karnizdə gözlədi – VİDEO

Mənzilində çıxan yanğından xilas olmağa çalışan kişi yanğınsöndürənləri binanın divarında quraşdırılmış karnizdə gözləyib. Yanğın Rusiyanın Anapa şəhərində baş verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşıb. Son məlumatlara görə yanğın söndürülüb, zərərçəkən yoxdur

17 sentyabr 2021
.

"Vyetnamlı Tarzan" müharibədən qaçıb cəngəllikdə gizləndi: Görün başına nə gəldi - FOTO

40 il cəngəllikdə yaşayan 52 yaşındakı Xo Van Lanq, adamların arasına qayıtdıqdan 8 il sonra qaraciyər xərçəngindən ölüb. -a istinadla bildirir ki, 1972-ci ildə ABŞ təyyarələri həmin vaxt Xo Van Lanqın yaşadığı kəndi bombalayıblar. Kənddə yalnız o və atası Xo Van Txan sağ qalıblar. Düşməndən qorunma

15 sentyabr 2021
.

Qapını açdıqda ərini deyil, naməlum kişini gördü - Ona elə vəhşilik yaşatdı ki... - VİDEO

Bursada gecə saatlarında baş verən hadisə hər kəsin qəzəb və qorxusuna səbəb olub. -a istinadən xəbər verir ki, evdə ərini gözləyən Necibiye B. qapını açdıqda ərini deyil, oğrunu görüb. O da ona olmazın zülm verib. Başını divara vurub, sonra da bıçaqlayıb. Oğru hadisə yerindən qaçarkən qadın qışqırara

17 sentyabr 2021