Tramp Kim Çen Inla məxfi yazışmaları Ağ Evdən götürüb - FOTO
"ABŞ-ın keçmiş prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inin ona göndərdiyi məktubu Ağ Evdən götürüb.
Tramp bu yazışmaların məxfi sənəd olduğunu bilirdi. Buna görə də prezidentlik müddəti başa çatdıqdan sonra onu Ağ Evdən götürməməli idi".
Bu barədə "The Washington Post" qəzeti amerikalı jurnalist Bob Vudvordun Tramp haqqında yeni audiokitabına istinadən yazıb.
"Trampın qeydləri: Bob Vudvordun Prezident Trampla iyirmi müsahibəsi" ("The Trump Tapes: Bob Woodward’s Twenty Interviews with President Trump") audiokitabı oktyabrın 25-də işıq üzü görəcək. "The Washington Post" rəsmi buraxılışdan əvvəl kitabın məzmununu nəzərdən keçirib. Qəzetin yazdığına görə, 2019-cu ildə Vudvordla söhbətlərinin birində Tramp jurnalistə Kim Çen Indan aldığı məktubları göstərib. Vudvorddan xahiş edib ki, məktublara hörmətlə yanaşsın, üstəlik, "heç kəsə demə ki, mən onları sənə vermişəm", - deyə tapşırıb.
2020-ci ilin yanvarında telefon danışığı zamanı Vudvord Trampdan Kim Çen Inın məktublarını göstərməyi xahiş edib. Amma Tramp bildirib ki, bu, tamamilə məxfidir.
"Trampın şərhləri göstərir ki, o, 27 məktubun məxfi olduğunu yaxşı bilirdi. Lakin dəfələrlə bəyan etmişdi ki, Ağ Evdən qanunsuz olaraq götürdüyü sənədlərin heç biri bu kateqoriyaya aid deyil", - deyə nəşrin xəbərində qeyd edilir.
Xatırladaq ki, daha əvvəl səlahiyyətlilər Trampın Florida ştatındakı Mar-a-Laqo malikanəsindən içində müxtəlif sənədlər olan 15 qutu müsadirə ediblər. Bu sənədlər Trampın prezidentlikdən getməsindən sonra ABŞ Milli Arxivinə təhvil verilməli idi. Qeyd edilir ki, həmin qutularda başqa sənədlərlə yanaşı, Trampın Kim Çen Inla yazışmaları da olub.



Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 882 Tarix: 19 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
CNN: Ukrayna Patriot raketlərisiz qalıb
Ukraynanın ABŞ-ın Patriot hava hücumundan müdafiə sistemləri üçün tutucu raketləri tükənib və bu da ölkəni Rusiyanın ballistik raketlərinə qarşı daha həssas edir. xəbər verir ki, bu, ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasında kəskinləşən ictimai münaqişə fonunda baş verib
16 oktyabrLavrov Tehrana səfər edəcək
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfər edəcək. xəbər verir ki, səfər zamanı iranlı həmkarı ilə danışıqlar planlaşdırılır. Danışıqlar zamanı tərəflər İran ətrafındakı vəziyyətə xüsusi diqqət yetirərə
16 oktyabrİrana qarşı yeni sanksiyalar elan etdilər
ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 16 şəxs və 10 qurumu sanksiya siyahısına daxil edib. Məhdudiyyətlərin İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa yönəldiyi bildirilib. Bizim.Media xəbər verir ki, nazirliyin açıqlamasına görə, "İqtisadi Təcrid Əməliyyatı" çərçivəsind
16 oktyabrBerlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi
Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən
17 oktyabrABŞ-da ibtidai məktəbdə baş verən atışmada üç uşaq və bir müəllim həlak olub
ABŞ-ın Oreqon ştatının Bend şəhərindəki Silver Rail İbtidai Məktəbində baş verən atışmada 5, 8 və 11 yaşlı üç uşaq və 25 yaşlı bir müəllim həlak olub. xəbər verir ki, daha bir 7 yaşlı qız və 54 yaşlı bir müəllim yaralanıb. Bend Polis Rəisi Mayk Krantz mətbuat konfransında bildirib ki, hücum edən 16 yaşl
17 oktyabrBelçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək
Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir. TASS-ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib
16 oktyabr