Zəngilanın işğaldan azad edilməsindən 2 il ötür
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 2 il ötür.
Sonxeber.az xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri oktyabrın 20-də erməni işğalından azad edilib.
Azərbaycan Ordusunun Zəngilan rayonunun yaşayış məntəqələrini işğaldan azad etməyə başlaması barədə xəbəri Prezident İlham Əliyev xalqa müraciətində bəyan edib.
Prezident İlham Əliyev müraciətində oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen olub), Vəng kəndlərinin (Dövlət başçısı həmin müraciətində Vəng kəndinə Çinarlı adı verdiyini açıqlayıb) işğaldan azad edildiyini bildirib.
Dövlət başçısı daha sonra Azərbaycan Ordusunun Zəngilan rayonu ərazisinə də daxil olduğunu, yaşayış məntəqələrini azad etdiyini vurğulayıb. Prezident İlham Əliyev Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan edib.
Qeyd edək ki, Azərbaycanda "Zəngilanın azad olunmasına görə" medalı təsis olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 936 Tarix: 20 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Üç ildən sonra oğlu ilə eyni taleyi yaşadı... - Foto
Dünən səhər saatlarında Bakı-Quba yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində baş verən yol qəzasında ağır yaralanan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, iki yük maşınının toqquşması nəticəsində ağır xəsarətlər alan Siyəzən rayon sakini 1977-ci il təvəllüdl
5 martƏməkdar artist müdir təyin olundu (FOTO)
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni təyinat olub. -a istinadən xəbər verir ki, rejissor Əməkdar artist Nicat Kazımov çalışdığı teatrın yaradıcılıq şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Məlumatı -a açıqlamasında Nicat Kazımov təsdiqləyib. O qeyd edib ki, bu vəzifəyə bir-neçə gündü
5 mart"İftar menyusu"nda bu gün
Axşam.az İftar menyusunu təqdim edir:. Küftəli şorba. Ərzaqlar:. 2 xörək qaşığı kərə yağı. 2 xörək qaşığı un. 6 stəkan soyuq su (1200 ml). 1 stəkan bişmiş noxud. Yarım çay stəkanı düyü. 1 çay qaşığı duz. Küftələr üçün:. 250 q qiymə. 1 çay qaşığı duz. Yarım çay qaşığı qara istiot. Üstü üçün:. Un. Küftələr
4 martNaxçıvan Dövlət Universitetində tədris dayandırılıb?
"Naxçıvan Dövlət Universitetində tədrisin dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu barədə -a açıqlamasında universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Aqşin Məhərrəmov məlumat verib. O bildirib ki, hazırda tədris davam edir:. "Tədri
5 mart