Balakəndə ata və oğul qadın üstündə dava etdilər

Balakəndə ata və oğul qadın üstündə dava etdilərBalakən rayonunda 1962-ci il təvəllüdlü Valeh şəxsi münasibətlər zəminində oğlu Musaya (adlar şərti verilib – red.) xəsarətlər yetirib.

Demokrat.az xəbər verir ki, hadisə Balakən rayonunun Gərəkli kəndində baş verib.

Valeh yaşadığı evdə oğlu Musa ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı oğlunun sifət nahiyəsinə 3-4 dəfə yumruqla vuraraq ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Valehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Valeh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Balakən rayonu Gərəkli kəndində yerləşən evində oğlu Musa ilə birlikdə yaşayır:

"Hadisə günü, gecə saat 00:30-da evdə olduğum zaman oğlum sərxoş halda evə gəldi. Bu zaman mənə guya başqa qadını evə gətirdiyini bildirdi, mənimlə əsassız yerə mübahisə etməyə başladı. Cavabımda isə ona öz evim olduğunu, özümün bildiyimi dedim. Bu zaman Musa mənimlə təkrar mübahisə etməyə başladı. Dedi ki, evi və torpaq sahəsini böləcək. Buna əsəbləşərək Musanın sifət nahiyəsinə 3-4 dəfə yumruqla vurdum".

Təqsirləndirilən şəxs deyib ki, nəticədə Musanın ağzından qan gəlib. Bildirib ki, sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edib, evində oğlunun münaqişə yaratdığını bildirib. Onun ifadəsinə görə, mübahisə zəminində oğlu onu vurmayıb və ona hər hansı xəsarət yetirməyib. O, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirdiyini söyləyib.

Valeh ifadəsində göstərib ki, oğluna dəymiş ziyanı könüllü şəkildə tamamilə ödəyib və onunla barışıb.

Bu cinayət işinə Balakən Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Valehin barəsində ittihamedici hökm çıxarılmayıb.

Buna səbəb Valehin oğlu ilə barışması, oğlunun ondan şikayətçi olmaması olub. Məhkəmə Valehin barəsində olan cinayət təqibinə xitam verib və o, cinayət məsuliyyətindən azad olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1460   Tarix: 20 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maaşlarla bağlı dəyişiklik təsdiqləndi - BUNDAN SONRA BELƏ OLACAQ

Milli Məclis əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı dəyişiklikləri son oxunuşda qəbul edib. Bununla bağlı Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakir

3 may
.

Üç gün ardıcıl iş olmayacaq - TARİXLƏR

Bu il Faşizm üzərində qələbə günü (mayın 9-u) ilə əlaqədar Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq. "Yeni Sabah" xəbər verir ki, bu il mayın 9-u şənbə gününə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə

3 may
.

Azərbaycan üçün yeni uşaqpulu modeli - Ayda 100 manat…

Rusiyada hamilə qadın doğulacaq körpə üçün verilən zəruri əşyalarla dolu çantanı nümayiş etdirib. Çantanın içində körpəyə lazım ola biləcək bir çox əşyalar yer alıb. Bu təşəbbüsün bütün regionlara aid olmadığı və yalnız Rusiya vətəndaşları üçün nəzərdə tutulduğu iddia edilir. Digər ölkələrdə də oxşa

3 may
.

Azərbaycanda bu ənənə LƏĞV EDİLİR?

Azərbaycanda toy karvanları illərdir davam edən ənənə kimi sevincin nümayişi hesab olunsa da, son dövrlərdə bu adətin yaratdığı yol hərəkəti çətinlikləri və təhlükəsizlik riskləri ciddi narahatlıq doğurmağa başlayıb. Xüsusilə, intensiv nəqliyyat axınının olduğu ərazilərdə uzun avtomobil karvanlarını

3 may
.

Azərbaycan güləşinin Avropadakı liderliyi milli qürur mənbəyidir

Azərbaycan Respublikasında idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bu siyasətin uğurlu nəticələrindən biri kimi Azərbaycan güləşçilərinin Avropa arenasında qazandığı növbəti möhtəşəm qələbə ölkə ictimaiyyəti tərəfindən böyük sevin

2 may
.

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalını ziyarət ediblər. "Report" xəbər verir ki, onlar festivalda nümayiş olunan xalça nümunələri, ənənəvi sənətkarlıq məmulatları

3 may
.

Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı

"Hava şəraitinə görə ilanlar yuvalarından çıxmağa başlayıb. Aprel və may ayının sərin və soyuq keçməsinə baxmayaraq, ərazilərdə ilanlara rast gəlinir. May ayında zəhərli ilanlar daha aktiv olur. Əsasən də gürzələr. Yağış suları onların yuvalarına dolur, məcburiyyət qarşısında qalaraq çölə çıxmal

3 may
.

Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? - VİDEO

Son vaxtlar ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra meyvə bağlarına, xüsusilə də çiçəklənmə dövründə olan nektarin bağlarına mənfi təsir göstərib. Xaçmaz və Zaqatala rayonlarından olan fermerlər üzləşdikləri çətinliklərlə bağlı Baku TV-yə danışıblar. Onlardan biri bildirib ki

3 may
.

Ötən gün həyatını itirən həkimin ÖLÜM SƏBƏBİ BİLİNDİ

Ötən gün Biləsuvarda həyatını itirən həkim Bayraməli Süleyman oğlu Bayramovun ölüm səbəbi məlum olub. -a istinadən xəbər verir ki, o, miokard infarktı səbəbi ilə həyatını itirib. Qeyd edək ki, B.Bayramov uzun illər Nərimankənd kəndində həkim məntəqəsinin baş həkimi kimi çalışıb. O, ən son Biləsuvar Rayo

2 may