İspaniyanın ən gözəl kəndi öz titulundan imtina etdi
"İspaniyanın ən gözəl kəndləri" kampaniyası ölkə daxilində ziyarət etmək üçün ən yaxşı yerləri seçir. Lakin qaliblərin heç də hamısı, məsələn Siurana kəndi rəhbərliyi buna sevinmir.
"Artıq çox sayda turist problemimiz var və daha çox insanın buraya gəlməsi mümkün deyil", - deyə yerli hakimiyyət orqanları qərara münasibət bildirib və əlavə ediblər ki, belə şəraitdə "keyfiyyətli turizm xidmətləri mümkün deyil".
Kənddə 30-a yaxın insan daimi yaşayır, yayda daha bir neçə nəfər yerli qonaq evlərində qalır.
Siurana Tarraqonada, Barselonadan 140 kilometr cənubda və İspaniyanın şərab bölgəsi Priorat yaxınlığında yerləşir. Kəndi əhatə edən əhəngdaşı qayaları alpinistlər və səyyahlar arasında məşhurdur.
Bundan əlavə, məhz burada 1153-cü ildə sonuncu müsəlman anklavı xristianlar tərəfindən tutulub və bu hadisənin şərəfinə Siuranda xatirə xaçı ucaldılıb.
Qeyd edək ki, son illərdə dünyada ifrat turizm problemi getdikcə daha çox gündəmə gəlir. Bu zaman müəyyən populyar turistik məkanlara gələnlərin sayı normadan dəfələrlə çox olur və yerli infrastruktur belə axının öhdəsindən gələ bilmir. İfrat turizm həm yerli sakinlərin həyatına, həm də mədəni və ya təbii attraksionların qorunmasına mənfi təsir göstərir./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 944 Tarix: 20 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
CNN: Ukrayna Patriot raketlərisiz qalıb
Ukraynanın ABŞ-ın Patriot hava hücumundan müdafiə sistemləri üçün tutucu raketləri tükənib və bu da ölkəni Rusiyanın ballistik raketlərinə qarşı daha həssas edir. xəbər verir ki, bu, ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasında kəskinləşən ictimai münaqişə fonunda baş verib
16 oktyabrİrana qarşı yeni sanksiyalar elan etdilər
ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 16 şəxs və 10 qurumu sanksiya siyahısına daxil edib. Məhdudiyyətlərin İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa yönəldiyi bildirilib. Bizim.Media xəbər verir ki, nazirliyin açıqlamasına görə, "İqtisadi Təcrid Əməliyyatı" çərçivəsind
16 oktyabrAğ Evin yeni mətbuat katibi vəzifəsindən azad edildi
Ağ Evin mətbuat katibi Keyti Zakariya bu vəzifədə fəaliyyətə başladıqdan bir həftədən də az müddət sonra işdən çıxarılıb. bildirir ki, bu barədə "The New York Times" nəşri üç mənbəyə istinadən xəbər verib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirmişdi ki, Zakariyaya bu vəzifəd
17 oktyabr"Tesla" uça bilən avtomobilini təqdim etdi - Video
ABŞ-nin "Tesla" şirkəti uça bilən "Roadster" elektrik mühərrikli idman avtomobilini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, görüntüləri "Tesla" "X" hesabında paylaşıb. Təqdimat "SpaceX" şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonund
16 oktyabrABŞ-də meşə yanğınları tüğyan edir - 150 mindən çox ev işıqsız qalıb
ABŞ-nin Kaliforniya ştatında meşə yanğınları səngimək bilmir. Təbii fəlakət səbəbindən bölgədə 150 mindən çox istehlakçı elektrik təchizatından məhrum olub. TASS-ın bu barədə "PowerOutage" monitorinq resursuna istinadən məlumat yayıb. Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, elektri
16 oktyabr