"Zəngilan hava limanının açılması dünya azərbaycanlıları üçün böyük hadisədir" - Cavid Osmanov
Bu gün prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan hava limanının açılışını ediblər.
Milli Məclisin deputatı Cavid Osmanov Sonxeber.az-a bildirib ki, bu ərazilərin çox böyük turizm potensialı var və burada gələcəkdə istehsal müəssisələrinin açılmasını nəzərə alsaq, turistlərin bura rahatlıqla gəlməsi, istehsal olunan məhsulların xarici ölkələrə göndərilməsini rahatlıqla həyata keçirtmək mümkün olacaq. Digər tərəfdən işğaldan azad olunmuş ərazilərimizdə bərpa prosesində də mühim əhəmiyyəti var. Zəngilan hava limanının açılışı çox tarixi əhəmiyyətə malikdir:
"İşğaldan azad olunmuş ərazilərdə növbəti tarixi hadisə baş verir. Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Zəngilanda növbəti dəfə cənab prezident İlham Əliyev çox strateji və iqtisadi baxımdan çox vacib beynəlxalq hava limanının açılışında iştirak etdilər. Birincisi qeyd etmək lazımdır ki, 44 günlük müharibədə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazandıqdan sonra işğaldan azad olunan ərazilərdə yenidənqurma və bərpa işlərinin tərkib hissəsi olaraq 2-ci beynəlxalq hava limanının açılışı edildi.
Birincisi, 8 ay müddətində Füzulidə hava limanı istifadəyə verildi . İlk təyyarədən enən əlbəttə ki, qardaş ölkə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan idi. Bu dəfə də qısa müddətdə tikintisi başa çatmış Zəngilan hava limanının ilk təyyarə qardaş ölkənindi. Bir daha qeyd edim ki, bu iki ölkənin qardaşlığının təntənəsidir. Eyni zamanda növbəti mesajdır ki, Azərbaycan Türkiyə qardaşlığı daimi və əbədidir. Bu qardaşlıq artıq beynəlxalq güc mərkəzinə çevrilib. Bu beynəlxalq güc mərkəzi isə dünyaya sülhü, əmin-amanlığı, qarşılıqlı əməkdaşlığı həyata keçirən gücdür. Beynəlxalq hava limanı iqtisadi və strateji baxımdan çox vacibdir. Birincisi, bura bütün növ təyyarələrdən istifadə qabiliyyətinə malikdir. İkincisi nəzərə alsaq ki, bu ərazilərin çox böyük turizm potensialı var və burada gələcəkdə eyni zamanda istehsal müəssisələrinin açılmasını nəzərə alsaq, turistlərin bura rahatlıqla gəlməsi, istehsal olunan məhsulların xarici ölkələrə göndərilməsini rahatlıqla həyata keçirtmək mümkün olacaq. Digər tərəfdən işğaldan azad olunmuş ərazilərimizdə bərpa prosesində də mühim əhəmiyyəti var. Zəngilan hava limanının açılışı çox tarixi əhəmiyyətə malikdir. Qeyd etydiyim kimi Füzulidə də qardaş ölkənin prezidenti və İlham Əliyevin Türkiyədə dəniz üzərində tikilmiş hava limanının açlışında iştirak edib. Artıq bir rəmzə çevrilmişdir ki, hər iki ölkənin rəhbərləri hava limanlarına ilk eniş edirlər.
Eyni zamanda bu, ölkəmizin gücünün göstəricisidir. Bu gün bütün dünya azərbaycanlıları qürur hissi keçirir ki, Vətən müharibəsindən 2 il keçməmiş işğaldan azad olunmuş ərazilərdə ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə çox böyük yenidənqurma və bərpa işləri aparılır. Bütün bunlar 30 il ata-baba yurdundan didərgin düşmüş soydaşlarımızın böyük qayıdışının tərkib hissəsidir. Qürurverici günlərdir. Bu gün eyni zamanda Vətən müharibəsinin ildönümü günlərini yaşayırıq. 2 il sonra beynəlxalq hava limanının açılması dünya azərbaycanlıları üçün böyük hadisədir".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib