Rusiya televiziyasında Azərbaycana qarşı növbəti təxribat
Rusiyanın "Pervıy kanal"ında Azərbaycana qarşı növbəti təxribat törədilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, budəfəki təxribat kanalın "Bolşaya İqra" adlı tok-şousunun 20 oktyabr tarixli axşam buraxılışında baş verib. Avropa İttifaqının Ermənistana missiya göndərməsinə həsr olunan müzakirələr zamanı tok-şounun qonaqları olan ekspertlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırış və bəyanatlar səsləndirilib.
Verilişdə qonaq ekspert qismində Rusiyanın "ən böyük ermənipərəst ekspertlər"i Nataliya Naroçnitskaya və Anrdranik Miqranyan çıxış ediblər.
Miqranyan Rusiyanın dövlət kanalında Rusiya Federasiyasının Qarabağla bağlı mövqeyinin əleyhinə danışıb. Bildirib ki, güya Rusiya üçün Qarabağın "status" məsələsi heç vaxt gündəmdən düşməyib.
Bununla belə, heç kəs Mirqanyana Rusiya Prezidenti Vladimir Putinin 10 noyabr üçtərəfli sazişin imzalanmasından dərhal sonra verdiyi müsahibədə "Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, və hər zaman belə olub" bəyanatını xatırlatmayıb. Miqranyan güya Qarabağ nizamlanması ilə bağlı Moskvanın planının sonrakı mərhələsində "status" məsələsinin yer aldığını iddia edib.
Beləliklə, 17 dəqiqə ərzində "Böyük oyun"un aparıcısı Vyaçeslav Nikonov və onun ermənipərəst qonaqları Azərbaycanın Qarabağla bağlı yurisdiksiyasının bərpasının Rusiyanın maraqlarına uyğun olmadığını iddia ediblər. Bundan başqa veriliş boyu monitorda qondarma "Dağlıq Qarabağ Respublikası"nın xəritəsi nümayiş olunub.
Verilişin sonunda maraqlı hadisə baş verib. Belə ki, Rusiyanın tanınmış ermənipərəst ruporlarından olan, "tarixçi" Natalya Naroçnitskaya aparıcı Nikonovun sözünə müdaxilə edərək "Qarabağ əzəli erməni torpağıdır" deyə qışqırıb. Bu zaman kameralar Naroçnitskayanı göstərməyib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Azərbaycanda yeni qanun qəbul ediləcək
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
Ölkədə qızılın 1 qramı bu qiymətə satılır
Əli Həsənova yeni vəzifə verilir
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA
Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu
Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!