Cinsi zorakılıqda ittiham olunan Hollivud ulduzu bəraət aldı - FOTO
Aktyor Entoni Reppə qarşı təcavüz ittihamı ilə əlaqədar məhkəməyə çıxarılan Hollivud ulduzu Kevin Speysi bəraət alıb.
Belə ki, Nyu-Yorkda Andlılar Məhkəməsi artistin 1986-cı ildəki hərəkətlərinin o zaman 14 yaşı olan Reppə qarşı seksual xarakter daşımadığı qənaətinə gəlib.
Qeyd edək ki, Repp hadisə baş verən gün Speysinin ona cinsi təcavüz etməyə cəhd göstərdiyini iddia edib. Zərərçəkmişin sözlərinə görə, o, aktyorun evindən qaça bilib və uzun illər baş verənləri danışmağa cəsarət etməyib.
Yalnız bu səssizlik 2017-ci ilə kimi davam edib. Repp nəhayət, cürətə gələrək Speysiyə qarşı ittiham irəli sürüb.
Aktyor isə Reppin dediklərini fərziyyə adlandırıb.
Əlavə edək ki, artist ən az 15 nəfər, o cümlədən "Kartdan Ev" serialında oynayan doqquz həmkarı tərəfindən təqib və zorlamada ittiham olunub. Lakin 2019-cu ildə Massaçusets prokurorları Speysiyə qarşı cinsi təcavüz ittihamlarını ləğv ediblər. Buna baxmayaraq, ittihamlar onun karyerasına zərbə vurub. Belə ki, qalmaqallar fonunda aktyor "Kartdan Ev" serialının çəkilişindən uzaqlaşdırılıb. "Dünyanın bütün pulları" ("All the Money in the World") filmindəki rolu isə Kristofer Plammerə həvalə olunub.
İki dəfə "Oscar" mükafatına layiq olan aktyor isə ona qarşı irəli sürülən bütün ittihamları qəti şəkildə rədd edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 928 Tarix: 21 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua
15 oktyabrYaponiya Rusiyanın casusluq iddialarını rədd etdi
Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiyada fəaliyyət göstərən yapon jurnalistin casusluq şübhəsi ilə saxlanılmasından sonra Tokionun bu ölkədə casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı iddiaları rədd edib. xarici mətbuata istinadən xəbər verir ki, "Jiji Press"in məlumatına görə, "Hokkayd
15 oktyabrDünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1
15 oktyabrGəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video
Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th
15 oktyabr