İnsanları tələyə salan dəllallar - VİDEO
Bakıda bir qrup şəxs Baku TV-yə müraciət edərək iddia edib ki, "Zamin Əmlak" adlı daşınmaz əmlak agentliyi evlə təmin etmək adı ilə onlardan pul alıb.
Lakin ortada nə ev var, nə də ödədikləri məbləğı geri ala bilirlər.
Baku TV-nin əməkdaşı iddialara cavab almaq istəsə də, sözügedən şirkətin ofisinin qapısının bağlı olması səbəbindən bu, mümkün olmayıb.
Banerlər ümumiyyətlə yerindən çıxarılıb. İşçilər isə sanki qeybə çəkilib. Necə deyərlər, lələ köçüb, yurdu qalıb.
Qapıda şirkətin qurbanı olan daha bir vətəndaşdan başqa heç kim tapılmayıb.
Zərərçəkənlər onları aldatdığını iddia etdikləri şəxslərin görüntülərini də Baku TV ilə paylaşıb.
Şirkətin rəhbəri olduğu deyilən Oqtay Zərbəliyev bildirib ki, bütün pulları Orxan adlı şəxs mənimsəyərək aradan çıxıb.
Həmin şirkətdə satış mütəxəsisi vəzifəsində çalışan Orxan Əliyev isə zənglərə cavab verməyib.
Bəs görəsən, vətəndaşların başına corab hörən belə fırıldaqçıları hansı cəza gözləyir? Ümumiyyətlə, qanunvericilikdə belə hallarla bağlı nələr nəzərdə tutulub?
Daha ətraflı BAKU TV-nin süjetində
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1649 Tarix: 22 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya "Naftoqaz"ın obyektinə zərbə endirib
Rusiya Silahlı Qüvvələri Poltava bölgəsində "Naftoqaz Ukrainı" qrupunun qaz hasılatı infrastrukturuna hücum edib. "Report"un məlumatına görə, bu barədə Ukrayna mediası "Naftoqaz"ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Sergey Fedorenkonun bəyanatına istinadən xəbə
15 oktyabrRus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
15 oktyabrErmənistanın Kanadada hərbi ataşesi fəaliyyət göstərəcək
Ermənistanın Kanadadakı səfirliyində hərbi ataşesi fəaliyyət göstərəcək. "Report" yerli mediaya istinadən xəbər verir ki, müvafiq qərar bu gün Ermənistan hökumətinin iclasında qəbul edilib. "Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatda Kanada ilə münasibətlərin daha da genişləndirilməsind
15 oktyabrABŞ İran və Venesuelaya qarşı bu sistemdən istifadə edib
ABŞ Kosmik Qüvvələri İran və Venesueladakı əməliyyatları dəstəkləmək üçün radioelektron mübarizə sistemlərindən istifadə edib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. Məlumata görə, bu sistemlər rəqibin peyk rabitəsini pozmaq, elektromaqnit təhdidlərini aşkar etmək və onları
15 oktyabrGəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video
Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th
15 oktyabrABŞ-da ibtidai məktəbdə baş verən atışmada üç uşaq və bir müəllim həlak olub
ABŞ-ın Oreqon ştatının Bend şəhərindəki Silver Rail İbtidai Məktəbində baş verən atışmada 5, 8 və 11 yaşlı üç uşaq və 25 yaşlı bir müəllim həlak olub. xəbər verir ki, daha bir 7 yaşlı qız və 54 yaşlı bir müəllim yaralanıb. Bend Polis Rəisi Mayk Krantz mətbuat konfransında bildirib ki, hücum edən 16 yaşl
17 oktyabr