Ukraynanın mühasirəyə alaraq azad etdiyi şəhərdən REPORTAJ - VİDEO
Ukraynada gedən müharibədə Donbasa nəzarət üçün strateji əhəmiyyət kəsb edən Liman şəhəri və ətraf qəsəbələr demək olar ki, ölüm-dirim meydanını xatırladır.
Şəhərin azad edilməsi zamanı xeyli Rusiya əsgərləri, o cümlədən separatçı "Donetsk Xalq Respublikası"na məxsus silahlılar da əsir götürülüb. Şəhər uzun sürən döyüşlər ucbatından demək olar ki, dağıdılıb, infrastruktur tamamən sıfır səviyyəsinə enib.
Baku TV-nin Şərqi Avropa bürosunun əməkdaşı Mübariz Aslanov şəhərdəki son vəziyyətlə tanış olub.
Qeyd edilib ki, uzun müddət ağır döyüşlər gedən və blokadada qalan şəhərdə hazırda ciddi humanitar böhran hökm sürür.
Təxminən bir həftəlik mühasirədən sonra buranı azad edən Ukrayna Ordusu sonradan və indi də ara sıra meşələrdə ilişib qalan Rusiya Ordusuna məxsus diversiya qrupları ilə rastlaşır, kəskin insidentlər baş verir.
Ukraynalı hərbçi Boris Donçanin qeyd edib ki, Ukrayna Ordusu Luqansk vilayətinə doğru irəliləyir, artıq Svatovo yaxınlığında, Kremennayada aktiv döyüşlər gedir.
Ukrayna Ordusu rusları ciddi şəkildə sıxışdırır. "Mən ukraynalıyam, bura isə Ukraynadır! Ukrayna Ordusu döyüşür, bu torpağın hər kvadratmetri uğrunda döyüşəcək. Baxmut istiqamətində vəziyyət çox ağırdır. Şəhər uğrunda ağır döyüşlər gedir, amma Ukrayna Ordusu şir kimi döyüşür. Rusların itkiləri çox böyükdür. Onlar öz hərbçilərini, Kadırovçuları qalaq şəklində "ət maşınına", odun içinə atırlar", - deyə hərbçi əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1676 Tarix: 22 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya "Naftoqaz"ın obyektinə zərbə endirib
Rusiya Silahlı Qüvvələri Poltava bölgəsində "Naftoqaz Ukrainı" qrupunun qaz hasılatı infrastrukturuna hücum edib. "Report"un məlumatına görə, bu barədə Ukrayna mediası "Naftoqaz"ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Sergey Fedorenkonun bəyanatına istinadən xəbə
15 oktyabrRus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
15 oktyabrErmənistanın Kanadada hərbi ataşesi fəaliyyət göstərəcək
Ermənistanın Kanadadakı səfirliyində hərbi ataşesi fəaliyyət göstərəcək. "Report" yerli mediaya istinadən xəbər verir ki, müvafiq qərar bu gün Ermənistan hökumətinin iclasında qəbul edilib. "Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatda Kanada ilə münasibətlərin daha da genişləndirilməsind
15 oktyabrABŞ İran və Venesuelaya qarşı bu sistemdən istifadə edib
ABŞ Kosmik Qüvvələri İran və Venesueladakı əməliyyatları dəstəkləmək üçün radioelektron mübarizə sistemlərindən istifadə edib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. Məlumata görə, bu sistemlər rəqibin peyk rabitəsini pozmaq, elektromaqnit təhdidlərini aşkar etmək və onları
15 oktyabrGəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video
Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th
15 oktyabrABŞ-da ibtidai məktəbdə baş verən atışmada üç uşaq və bir müəllim həlak olub
ABŞ-ın Oreqon ştatının Bend şəhərindəki Silver Rail İbtidai Məktəbində baş verən atışmada 5, 8 və 11 yaşlı üç uşaq və 25 yaşlı bir müəllim həlak olub. xəbər verir ki, daha bir 7 yaşlı qız və 54 yaşlı bir müəllim yaralanıb. Bend Polis Rəisi Mayk Krantz mətbuat konfransında bildirib ki, hücum edən 16 yaşl
17 oktyabr