ABŞ-ın elit qüvvəsi Ukrayna sərhədində - Böyük münaqişəyə hazırlıq
ABŞ Ukrayna sərhədinin sıfır nöqtəsində mühüm hərbi addım atıb.
"Qışqıran Qartallar" kimi tanınan ABŞ ordusunun elit 101-ci hava-desant diviziyası Rumıniyada - Ukrayna sərhədinin 5 kilometrliyində həqiqi sursatla təlimlərə başlayıb.
Amerika hərbi mənbələri bildirirlər ki, Ukraynada müharibənin genişlənəcəyi və NATO ölkələrini təhdid edəcəyi halda, 101-ci hava-desant piyada diviziyası təqribən 4700 əsgərdən ibarət fövqəladə cavab qüvvəsi kimi hərəkətə keçəcək.
Bildirilir ki, ABŞ 80 ildə ilk dəfə olaraq Kentukki ştatındakı Fort Kempbell bazasında yerləşən diviziyadan Avropaya qoşun yeridib.
"Black Hawk" döyüş helikopteri ilə təlim bölgəsini gəzən amerikalı komandir general Con Lubas mətbuata açıqlamasında deyib:
"NATO üzvü olan ölkələrin hər qarış torpağını müdafiə etmək üçün buradayıq. Bizim briqada təkcə piyada komandolarından ibarət deyil. Kifayət qədər zirehli texnikamız və döyüş təyyarələrimiz var. Bizim diviziyamızın ən mühüm xüsusiyyəti odur ki, bir-iki saatlıq qısa müddətdə böyük münaqişəyə girməyə hazırdır. Bizim hazırlıq səviyyəmiz çox yüksəkdir".
Amerikalı general Ukraynanın Rumıniya ilə sərhəd bölgəsində keçirilən təlimdə əvvəlki illərdə olduğu kimi boş güllələrdən deyil, həqiqi güllələrdən istifadə edildiyini vurğulayıb.
Rumıniyadan ABŞ ilə birgə təlimə qatılan əsgərlərin komandiri, general Lulian Berdila Amerikanın elit qüvvələri ilə təlim keçməyin vacibliyini ifadə edib.
ABŞ-ın təlimlərinin davam etdiyi bir vaxtda Rusiya ordusu oktyabrın 10-dan bəri Ukrayna infrastrukturuna ən ağır hücumlardan birini həyata keçirib.
Hücumlarda, əsasən, qanadlı raketlərdən istifadə edilib. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ötən gecə Rusiya 36 raket atıb və onların əksəriyyəti məhv edilib. Rusiya "Kalibar" raketləri ilə Odessa, Hmelnitsk, Ternopol, Lvov, Kirovoqrad və Mikolayev vilayətlərini vurub. Hücumlar nəticəsində 1 milyondan çox ev işıqsız qalıb.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ağır raket hücumundan sonra bir daha Qərbə səslənib: "Hava məkanımızı etibarlı şəkildə müdafiə edə bilməyimiz üçün ən qısa zamanda qabaqcıl müdafiə silahlarını göndərin"./Musavat
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Azərbaycanda yeni qanun qəbul ediləcək
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
Ölkədə qızılın 1 qramı bu qiymətə satılır
Əli Həsənova yeni vəzifə verilir
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video
Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA
Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu