"Etirazlar bu şəkildə davam edərsə, İranda bəzi dəyişiklikləri görə bilərik"

"Etirazlar bu şəkildə davam edərsə, İranda bəzi dəyişiklikləri görə bilərik""Bu gün yeniyetmə və gənclərin İran rejiminə qarşı nümayişləri ikinci aya qədəm qoyub. Son illərdə İranda molla rejiminə qarşı az-çox xalq etirazları müşahidə olunur".

Sonxeber.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında İranın daxili siyasəti üzrə eksperti Babək Çələbyanlı deyib.

O bildirib ki, son etirazlar əvvəlkilərdən bir neçə cəhətinə görə fərqlənir:

"Birincisi, son etirazlar İranın əxlaq polisi tərəfindən gənc qadının öldürülməsi ilə başladı. Təbii ki, xalq çox qəzəbləndi, amma rejim heç vaxt qətli öz üzərinə götürməyib və yalanlar yaymağa davam edir. İkincisi, son iki onillikdə azərbaycanlılar müəyyən səbəblərdən etirazlara qoşulmaq istəməyiblər. Bunun əsas səbəblərindən biri də 22 may 2006-cı il hadisələrində azərbaycanlıların tək qalmasına münasibəti, həmin hadisədə İranın rəsmi qəzeti türkləri hamam tarakanlarına bənzətməsidir. Bir ay ərzində Güney Azərbaycanda keçirilən etiraz aksiyalarında da azərbaycanlılara dəstək verən olmadı. Həmçinin, Urmiya gölü etirazlarında.

Bir sözlə, Azərbaycan həmişə rejimə qarşı təkbaşına mübarizə aparıb. Digər qeyri-fars xalqlar da, o cümlədən, ərəblər, bəluclar və kürdlərdə də belə olub. Yəni bu günə qədər İranda zülm altında olan xalqlar təkbaşına və müxtəlif vaxtlarda mübarizə aparıblar. Bu molla rejiminin xeyrinə olub, çünki rejim onları asanlıqla sıxışdıra bilib.

Lakın gənc yaşlı Məhsa Əmininin saçının bir hissəsi açıq olduğu üçün İran əxlaq polisi tərəfindən öldürülməsi bütün İranda yeniyetmə və gənclərin gözlənilməz reaksiyasına səbəb oldu. Gənc qadınlar ictimai yerlərdə hicabı çıxararaq etiraz etdilər. Bu dəfə qadın və insan haqları uğrunda başlanan etirazlara azərbaycanlılar səssiz qalmayaraq, ölkədə gedən etirazlara dəstək verdi.

Üçüncü amil: iranlı məşhurların, xalq artistlərinin, idmançıların və beynəlxalq ictimaiyyətin etirazlara geniş dəstək verməsidir.

İran rejimi son bir ayda bu etirazları yatıra bilməyib. Çünki ölkənin hər yerinə səpələnmiş etirazlar davam edir, 85 milyonluq cəmiyyətdə belə etirazları yatırtmaq o qədər də asan deyil. Və etirazların davam etməsi ilə repressiv qüvvələr çox yorulub. Bəzi hallarda polis qüvvələri xalqı repressiya etmək istəmir. Görünür, etirazlar bu şəkildə davam edərsə, İranda bəzi dəyişiklikləri görə bilərik. Lakin bu molla rejiminin İslam qanunlarını dəyişəcəyi anlamına gəlmir, İran rejimi süqut anına qədər bütün gücü ilə etirazlara müqavimət göstərəcək. İran rejimi həm də özünü bu çətin vəziyyətdən xilas etmək üçün xarici ölkə ilə qısamüddətli münaqişə axtarır.

Bu səbəbdən də rejim dəfələrlə İranın parçalanma təhlükəsindən danışıb və etirazları nəzarət altına almaq üçün kürd separatçılarının varlığını bəhanə edərək, Şimali İraqı raketlərlə bombalayıb. İran İnqilabı Keşikçiləri Korpusunun Araz çayı sahilində hərbi təlimi də bu istiqamətdədir. İİKK komandirlərinin Azərbaycan Respublikasına qarşı təkəbbür və təbliğatına baxmayaraq, İran rejimi Azərbaycan Respublikasının ərazisinə hücum və təcavüz etməyə cəsarət edə bilməz. Belə bir məsələ olduğu halda, İran Tehran küçələrində azərbaycanlılarla savaşmalıdır".

Babək Çələbyanlının sözlərinə görə, rejim Azərbaycanın dəstəyindən son dərəcə narahat və qəzəblidir.

"Elə buna görə etirazların üçüncü günündə Təbrizdə 1700 nəfər həbs edilib. Güney Azərbaycanın digər şəhərlərindəki həbslərin statistikası İranın bölgələrindən daha çoxdur. Eləcə də öldürülən azərbaycanlıların sayı digər xalqlardan çoxdur. Hədis Nəcəfi və Əsra Pənahi kimi azərbaycanlı qızlar Kərəc və Ərdəbil şəhərində İran rejimi tərəfindən qətlə yetirilib".

Ekspert bildirib ki, İranda 30 milyondan çox azərbaycanlının olmasına baxmayaraq, öz hüquqlarından, o cümlədən ana dilində təhsil almaqdan və digər sosial hüquqlardan məhrumdurlar:

"Əsasən İran rejimi şiə dini adı altında aşırı fars millətçiliyi əsasında qurulub. Və bu səbəbdən də Azərbaycanın türk kimliyi onun düşməni kimi müəyyən edilib. Amma İran rejimi 200 minlik erməni azlığının hüquqlarını tanıyıb. Ermənilərin İranda öz məktəbləri var və bütün mədəni və sosial hüquqlardan istifadə edirlər. İran rejimi erməni azlığının hüquqlarını tanımaqla, dünya ictimaiyyətinə güya İranda heç bir ayrıseçkiliyin olmadığını və bütün azlıqların öz hüquqlarına malik olduğunu bildirmək istəyir.

Azərbaycanlılar hazırda İranın molla rejiminin müstəmləkəsindədirlər, lakin Azərbaycan xalqının "Azərbaycan Milli Hərəkatı" altında apardığı mübarizə yaxın gələcəkdə arzu olunan nəticəni verəcək və müqəddəs Azərbaycan bayrağının Təbrizdə dalğalanmasının şahidi olacağıq".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 954   Tarix: 23 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...

ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb. -a istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib. Dron isə yaxınlıqdak

18 sentyabr 2021
.

Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var

Niderlandın Almelo şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. Trend-ə istinadən bildirir ki, bu barədə Niderland polisi bildirib. Qeyd olunur ki, hücum edən şəxs özü yaralı vəziyyətdə saxlanılıb. Polis hücumun qarşısını almaq üçün atəş açmalı olub. Hadisəni

17 sentyabr 2021
.

Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr

18 sentyabr 2021
.

Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO

Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz

17 sentyabr 2021
.

İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI

Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd

18 sentyabr 2021
.

Mənzili alovlara bürünən şəxs yanğınsöndürənləri karnizdə gözlədi – VİDEO

Mənzilində çıxan yanğından xilas olmağa çalışan kişi yanğınsöndürənləri binanın divarında quraşdırılmış karnizdə gözləyib. Yanğın Rusiyanın Anapa şəhərində baş verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşıb. Son məlumatlara görə yanğın söndürülüb, zərərçəkən yoxdur

17 sentyabr 2021
.

Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü

Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib

16 sentyabr 2021
.

Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO

Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək

16 sentyabr 2021
.

Bu kəndlərə virusa görə giriş QADAĞAN EDİLDİ

Mardinin Bahçebaşı və Çatalözü kəndləri koronavirusa yoluxma halları artdığı üçün karantinə alınıb. DHA-ya istinadən xəbər verir ki, Rayon Gigiyena Şurasının aldığı qərarı ilə Bahçebaşı və Çatalözü koronavirusa yoluxma hallarının artmasına görə 14 gün karantində olacaq. Karantinə alınan ərazilərin girişin

16 sentyabr 2021