Rusiya depressiyaya və alkoqolizmə düçar olub

Rusiya depressiyaya və alkoqolizmə düçar olubİşçilərin 80 faizi stres və təlaş keçirir, sərhəd regionlarında çıxış yolunu alkoqolda görürlər...

"Rusiya cəmiyyətində həyəcan səviyyəsi səfərbərlik elan ediləndən sonra rekord həddə çatıb..."

"Rusiyada psixotrop preparatlarının satışı 1, 6 dəfə artıb, insanlar antidepressantlar və trankvilizatorlardan daha çox istifadə edir..."

"Rusiyalılar stres və həyəcanı alkoqolla çıxarmağa üstünlük verir, əhalinin alkoqollaşdırılması problemə çevrilib..."

"Putin öz yaxın ətrafında olan bəzi insanların alkoqolizmə yuvarlanmasından xüsusilə narahatdır..."

Ukraynada müharibə uzanır, o, adi obıvatelə "yaxınlaşdıqca", Rusiya cəmiyyətində gərginlik artır və rusiyalılar getdikcə depressiyaya düçar olur.

Bu barədə RBK nəşri yazıb.

Bu yaxınlarda "Alfasığorta" şirkətinin analitik mərkəzinin sifarişi ilə aparılan tədqiqatda məlumat verilib ki, Rusiyada işçilərin 80 faizi stres və dövrü olaraq təlaş keçirir. Rəyi soruşulanların yarıdan çoxu sabit olaraq həyəcan keçirir, 27 faizində isə təlaş halları baş verir. Bu zaman respondentlərin 49 faizi motivasiyanın aşağı düşməsini, 35 faizi isə qarşıya qoyulan vəzifələrin icrasında sürətin azalmasını qeyd edib.

Təşkilatlar həyəcanlı şayiələri yayanları aşkar etmək və iş vaxtı siyasi müzakirələri qadağan etməklə belə halların qarşını almağa cəhd edir.

"İctimai rəy" fondunun daha öncə apardığı tədqiqatda qeyd edilir ki, Rusiya cəmiyyətində həyəcan səviyyəsi səfərbərlik elan ediləndən sonra rekord həddə çatıb. Sentyabrın sonunda həyəcanlı əhval-ruhiyyədə olan vətəndaşların sayı praktiki olaraq iki dəfə- 35 faizdən 69 faizə çatıb.

Getdikcə daha çox insan həkimlərə müraciət edərək, psixotrop preparatlar əldə edir. Müharibənin ilk ayları, yanvardan avqust ayınadək antidepressantların və trankvilizatorların satışı 1, 6 dəfə artıb. Səfərbərlik başlanandan sonra sakitləşdirici preparatlara tələbat daha 38 faiz artıb, eyni zamanda həyəcanı azaldan bioloji aktiv əlavələrin satışı da kəskin artıb.

Müharibə fonunda Rusiyada alkoqolun istifadəsi kəskin surətdə artıb. Ən çox Ukrayna ilə sərhəddə yerləşən Belqorod və Kursk vilayətlərində müvafiq olaraq 20 və 16 faiz artıb. Bu barədə "Kommersant" qəzeti alkoqolun federal və regional bazarlarının tədqiqat Mərkəzinə istinadən məlumat verib. Bu zaman içkilərdən araq, konyak, viski, rom və s. ən çox populyardır.

Həmçinin Tambov və Voronej vilayətlərində içənlərin sayı təxminən 12 faiz, Orlov vilayətində 10, 7 faiz, Lipetsk vilayətində isı 9 faiz artıb. İnsanlar, əsasən, yerli bahalı olmayan, bir şüşəsi 200 rubla (5, 5 manat-red.) olan araq alır.

Sentyabr ayında alkoqolun istifadəsi ilə bağlı problemlər olduğuna Rusiya prezidenti Vladimir Putin də diqqət çəkib. O, Rusiyanın bəzi regionlarının qubernatorlarına əhalinin alkoqollaşdırılması ilə mübarizəyə başlamağı və "sağlam həyat tərzinin təbliğini genişləndirməyi tövsiyə edib".

"Meduza" portalının Kreml administrasiyasıma yaxın mənbələri iddia edir ki, Putin məsələni təsadüfən qaldırmayıb. Onların sözlərinə görə, Ukraynada müharibə fonunda rusiyalı məmurlar getdikcə spirtli işkilərə daha çox meyllənir. Putini "öz yaxın ətrafında olan bəzi insanların" vəziyyəti xüsusilə narahat edir.

"İnsanlar fevraldan streslərini bu yolla çıxarır. Nazirlər, müavinləri, hətta baş nazirin müavinləri, prezident administrasiyasının və Təhlükəsizlik Şurasının işçiləri, dövlət korporasiyalarının bir hissəsi, qubernatorlar belə davranır", - bunu nəşrin həmsöhbətlərindən biri danışıb./Moderator


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1162   Tarix: 23 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gənclərin 70 faizi telefonla danışmaq istəmir - Mütəxəssislər səbəbini açıqladı

Gənclər arasında telefonla danışmaq getdikcə daha az üstünlük verilən ünsiyyət formasına çevrilir. Xüsusilə əvvəlcədən xəbərdarlıq edilmədən edilən zənglər bəzi gənclərdə narahatlıq və stress yaradır. Mesajlaşma isə daha rahat ünsiyyət vasitəsi hesab olunur. 2024-cü ildə aparılan araşdırmaya görə, 18-3

17 oktyabr
.

Yaponiya Rusiyanın casusluq iddialarını rədd etdi

Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiyada fəaliyyət göstərən yapon jurnalistin casusluq şübhəsi ilə saxlanılmasından sonra Tokionun bu ölkədə casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı iddiaları rədd edib. xarici mətbuata istinadən xəbər verir ki, "Jiji Press"in məlumatına görə, "Hokkayd

15 oktyabr
.

İran cari ilin qarşıdakı dövründə benzin idxal etməyəcək

İran 2026-cı ilin qarşıdakı dövründə xaricdən benzin idxal etməyəcək. xəbər verir ki, bunu İranın birinci vitse-prezodenti Məhəmmədrza Arif ölkədəki elmi-siyasi, sosial, iqtisadi və beynəlxalq vəziyyətə habelə, sosial kapitalın gücləndirilməsi və əhalinin rifah vasitələrinin təmin edilməsi ilə bağl

15 oktyabr
.

Batareyaların ömrünü uzadan ucuz üsul tapıldı: Cəmi 25 faiz dəmir kifayət edir

Hindistan alimləri sink-ion batareyalarının daha səmərəli və uzunömürlü olması üçün ucuz üsul hazırlayıblar. Tədqiqat göstərib ki, batareyanın katod materialında vanadium atomlarının 25 faizinin dəmirlə əvəzlənməsi enerji tutumunu, sürətli enerji ötürmə qabiliyyətini və dövrlər üzrə dayanıqlığını artırır

16 oktyabr
.

"Tesla" uça bilən avtomobilini təqdim etdi - Video

ABŞ-nin "Tesla" şirkəti uça bilən "Roadster" elektrik mühərrikli idman avtomobilini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, görüntüləri "Tesla" "X" hesabında paylaşıb. Təqdimat "SpaceX" şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonund

16 oktyabr
.

Lavrov Tehrana səfər edəcək

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfər edəcək. xəbər verir ki, səfər zamanı iranlı həmkarı ilə danışıqlar planlaşdırılır. Danışıqlar zamanı tərəflər İran ətrafındakı vəziyyətə xüsusi diqqət yetirərə

16 oktyabr
.

CNN: Ukrayna Patriot raketlərisiz qalıb

Ukraynanın ABŞ-ın Patriot hava hücumundan müdafiə sistemləri üçün tutucu raketləri tükənib və bu da ölkəni Rusiyanın ballistik raketlərinə qarşı daha həssas edir. xəbər verir ki, bu, ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasında kəskinləşən ictimai münaqişə fonunda baş verib

16 oktyabr
.

Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır

Ukrayna artıq ABŞ nümayəndələri ilə yeni görüşün keçirilməsi barədə danışıqlar aparır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçirdiyi mətbuat konfransında deyib. "Bilirəm ki, bizim komandamız onlarla daim əlaqə saxlayır. Düşünürəm ki, yaxın günlərdə bu və ya digər səviyyədə görü

16 oktyabr
.

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1

15 oktyabr