Müəllim intihar edən tələbə oğlundan yazdı... - FOTO
Bir neçə gün əvvəl Bakıda kirayə yaşadığı mənzildə intihar edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, 2003-cü il təvəllüdlü Şəhriyar Səmədlinin atası Şahin Səmədli oğlunun vəfatı ilə bağlı paylaşım edib.
Sonxeber.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Masallıda yaşayan və bu rayonda ədəbiyyat müəllimi kimi fəaliyyət göstərən Şahin Səmədli övladının nümunəvi gənc olduğunu bildirib və onun magistratura təhsili üçün hazırlaşdığını qeyd edib.
Övladının fotolarını paylaşan ata bunları yazıb:
"Nə tez getdin aramızdan? Axı sənin hələ böyük arzuların var idi: Xarici universitetlərdə magistratura təhsili almağa hazırlaşırdın. Sənə o qədər ümidlərimiz var idi ki... Oxuduğun müddətdə heç atanı incitmədin. Öz işlərini özün gördün. Bəs nədən bizi tərk etdin? Atanın ürəyini yandırdın. Hər yerdə gözlərim səni axtarır, burnumun ucu göynəyir səndən ötrü. İndi ancaq sənə qovuşmaq həsrətilə yaşayıram. Allah sənə rəhmət eləsin, əziz balam".
Xatırladaq ki, Şəhriyar Səmədli oktyabrın 7-nə keçən gecə paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb. Onun meyiti saat 01 radələrində aşkar edilib. 2019-cu ildə Masallı şəhər 4 saylı orta məktəbdən məzun olan Şəhriyar həmin il 684,8 bal toplayaraq UNEC-ə qəbul olunub. O, həm də Prezident təqaüdçüsü idi.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2790 Tarix: 25 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə türkiyəli iş adamı evində ölü tapıldı - Foto
Gəncədə fəaliyyət göstərən xarici tikinti şirkətlərindən birinin rəhbəri vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə vətəndaşı Mustafa Karabelanın Gülüstan yaşayış massivində yaşadığı evdə meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin ehtimallara görə, 4
5 martNazirlik Nərmin Qaralovanı cərimələdi - İşçiləri qanunsuz işdən çıxarıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecin direktoru Nərmin Qaralova cərimələnib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, cərimə protokolu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərti
5 martBakıda məşhur restoran söküləcək - Qaz xəttinin üzərində tikilib...
Bakı şəhəri Nizami rayon Bəkir Çobanzadə küçəsində yerləşən "Xan Bağı" restoranı söküləcək. Qaynarinfo-nun məlumatına görə, bununla bağlı "Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən məhkəməyə müraciət olunub. Bildirilir ki, "Xan Bağı" restoranın bir hissəsi "Azəriqaz"
4 martBakcell 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İnnovasiya lideri Bakcell xanım jurnalistləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Şirkət 30-dan çox media nümayəndəsini bir araya toplayaraq, səmimi və qeyri-rəsmi görüş təşkil edib. Görüşdə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanov
4 martFiziki qüsurlu şəxs su arxında boğuldu
Ağdaşda 40 yaşlı kişi su arxına yıxılaraq vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Aşağı Ləki kəndində fiziki qüsurlu 1986-cı il təvəllüdlü Ömər Hicran oğlu Saadov su arxına yıxılması nəticəsində boğularaq ölüb. Ö.Saadovun meyiti sudan çıxarılıb. Araşdırmalar aparılır
4 martBakıda 8-ci mərtəbədən yıxılan oğlan öldü
Bakının Xətai rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 10 radələrində 1998-ci il təvəllüdlü Elxan Orduxanov yaşadığı Gəncə prospektindəki binanın 8-ci mərtəbəsindəki evin eyvanından yıxılıb. O aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Xətai Rayo
5 mart