Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi istiqamətində islahatlar üçün təkliflər hazırlanır
Samir Şərifov: Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün islahat təklifləri hazırlanır
Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi istiqamətində islahatlar üçün təkliflər hazırlanır.
Sonxeber.az xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov "Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar" forumunda çıxışı zamanı bildirib.
S. Şərifovun sözlərinə əsasən, biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə xüsusi işçi qrup fəaliyyət göstərir: "Bu qrupun alt strukturlarında müvafiq istiqamətlər üzrə sahibkarlıq fəaliyyətinə maneə törədən çətinliklərin aradan qaldırılması və biznes şəraitinin inkişaf etdirilməsi ilə bağlı təkliflər formalaşdırılır".
Baş nazirin müavini qeyd edib ki, bu təkliflər, bu hazırlıq prosesi çərçivəsində vergi sahəsində də sahibkarların təkliflərinin toplanması prosesinə artıq start verilib: "Mövcud institusional çərçivələr hökumətin biznes mühitinin yaxşılaşdırılmasına sistemli və ardıcıl yanaşmasının aydın göstəricisidir. Bu yanaşma islahatların həm məzmun, həm də icra baxımından vahid məntiq üzərində qurulmasını təmin edir.
Bu prosesdə fiskal, vergi, sosial və maliyyə siyasətinin institusional koordinasiyası həlledici rol oynayır. Ayrı-ayrı alətlər deyil, bütöv sistem işləməlidir. Məhz bu sinxronluq iqtisadi siyasətin effektivliyini, islahatların davamlılığını və əldə olunan nəticələrin uzunmüddətli olmasını təmin edir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Rəşid Mahmudovun evində partlayış baş verib?
SON DƏQİQƏ! ABŞ İranın Qeşm adasını bombaladı: 5-6 partlayış baş verdi
Güclü küləklə bağlı xəbərdarlıq
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kadir İnanırın mirasının məbləği açıqlandı
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA
Yeni Azərbaycan Partiyası - milli siyasi iradənin, dövlətçilik ənənələrinin və güclü Azərbaycan məfkurəsinin ifadəsi
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü: Milli dövlətçilik tariximizin mühüm mərhələsi
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA
ABŞ-İran müharibəsində yeni gərginlik: Tehran ABŞ bazasını hədəfə aldı, Vaşinqton bölgəyə üçüncü aviadaşıyıcısını göndərdi