Sunak və həyat yoldaşının yüz milyonlarla sərvəti üzə çıxdı
Ölkənin baş naziri postunu tutacaq Britaniya Xəzinədarlığının keçmiş rəhbəri Rişi Sunak ölkə kralından daha zəngindir.
Belə ki, yeni baş nazirin həyat yoldaşı Akşat Murti Hindistan texnoloji nəhəngi "Infosys"in qurucusu və keçmiş rəhbəri Narayana Murtinin varisidir. İş adamı 4,5 milyard dollar sərvəti ilə "Forbes"in dünya reytinqində 553-cü yerdədir. Akşat atasının İT imperiyasında 430 milyon funt sterlinq (487 milyon dollar) dəyərində böyük paya sahibdir.
Sunak ailəsinin ümumi sərvəti isə təxminən 730 milyon funt-sterlinqdir (827 milyon dollar).
Cütlüyün İngiltərədə ən azı üç evi, həmçinin Santa Monikada (Kaliforniya, ABŞ) təxminən 6 milyon dollar dəyərində daşınmaz əmlakı var.
Rişi və Akşat adətən iş günlərini Londonun qərbindəki beş otaqlı evlərində keçirir, həftəsonu isə Şimali Yorkşirə səyahət edirlər və orada qapalı hovuzu, idman zalı, yoqa studiyası, isti vanna və tennis kortu olan 400 min funt-sterlinq dəyərində malikanədə yaşayırlar.
Müqayisə üçün Böyük Britaniya kralı III Çarlzın sərvəti təxminən 370 milyon funt sterlinq (419 milyon dollar) təşkil edir.
Beləliklə də, Sunak Böyük Britaniya kralından daha zəngin ilk baş nazir olacaq.
Mənbə: lenta.ru
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2138 Tarix: 25 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video
Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th
15 oktyabrİspaniya və İtaliya arasında sərhəd nəzarəti ləğv edilir
İspaniya və İtaliya Seuta şəhərində qanunsuz miqrant axını böhranı fonunda tətbiq edilən liman və hava limanlarındakı nəzarət tədbirlərinin əlaqələndirilmiş şəkildə dayandırılması barədə razılığa gəliblər. Bu barədə "El Pais" qəzeti Brüsseldə hər iki ölkənin nümayəndə heyətlərindəki mənbələr
16 oktyabrDünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1
15 oktyabrQırğızıstan COP17-də Ermənistanın təşəbbüsünü dəstəklədiyini bildirdi
COP17 konfransının şüarı olan "Təbiət naminə fəaliyyət göstərmək" iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi və biomüxtəlifliyin itirilməsi proseslərinin gücləndiyi bu gün xüsusilə aktualdır. xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadir Japarov COP17 çərçivəsində keçiriləcək "Biomüxtəlifli
16 oktyabrFransada 500 etiraz aksiyası gözlənilir
Fransa hüquq-mühafizə orqanları məktəb etirazları və yaşayış xərclərinin yüksək olması, yanacaq qiymətlərinin artması və ictimai xidmətlərin pisləşməsi ilə bağlı artan ictimai narazılıq fonunda çətin bir şənbə gününə hazırlaşır. xəbər verir ki, "Le Figaro" qəzetinin məlumatına görə, ölkəd
17 oktyabr