"Ermənistan təxribatları ilə onlara olan inamı çoxdan itirib" - İltizam Yusifov ilə MÜSAHİBƏ

"Ermənistan təxribatları ilə onlara olan inamı çoxdan itirib" - İltizam Yusifov ilə MÜSAHİBƏDeputat İltizam Yusifov Sonxeber.az-ın suallarını cavablandırıb.

- İltizam bəy, bilirsiniz ki, 44 günlük Vətən müharibəsində düşmən ordusu darmadağın edildi və 30 illik işğala son qoyuldu. 2020-ci il 10 noyabr imzalanan üçtərəfli bəyanata və Brüssel anlaşmasına baxmayaraq, Ermənistan tərəfi təxribatlarını davam etdirməkdədir. Erməni terrorçu dəstələrinin növbəti genişmiqyaslı təxribatı da sentyabrın 12-dən 13-nə keçən gecə oldu. Bu təxribatlardan sonra Ermənistanın sülh müqaviləsini imzalamasına inanmaq olarmı?

- Ermənistan təxribatları ilə onlara olan inamı çoxdan itirib. Amma Ermənistan sülh müqaviləsini imzalamağa məhkumdur. Beynəlxalq hüquqda da sülhə məcbur etmə var. Bu gün ermənilər havadarlarına güvənsələr də, prosesləri yubatmaqla nəyəsə ümid etsələr də, onların sülh müqaviləsi imzalamaqdan başqa yolları qalmayıb. Biz zəfərimizlə nəinki torpaqlarımızı işğaldan azad etdik, hətta düşmənə və havadarlarına tarixi dərs verdik. Biz son 200 ildə ilk dəfə torpaqlarımızı işğaldan azad etmişik. Ən önəmlisi isə düşmənin "Böyük Ermənistan" xəyalını puç etdik. Ümumiyyətlə tarixdə belə bir dövlət olmayıb. Bu tarix tamamilə saxtalaşdırılıb. Ermənistan sadəcə bu xalqın yaşadığı yer adı olub. Bu, sadəcə ermənilərin uydurmasıdır. Düşünürəm ki, ermənilər bizim təklif etdiyimiz 5 baza prinsipi əsasında sülh müqaviləsini mütləq imzalayacaqlar. Biz Ermənistana bu sülh müqaviləsini imzalatmaqla həm də gələcəkdə onların bir daha ərazi davası qaldırmaması ilə bağlı hüquqi qarant alacağıq. Mən buna tam əminəm.

- Bu gün Ermənistan təxribatları ilə hansısa ölkələrin sifarişini icra edir. Sonuncu təxribatda Paşinyanın zəng etdiyi ölkə başçılarına baxsaq, bunu aydın görərik. Makronun sonuncu açıqlaması da buna sübutdur. Bu gün müzakirə olunan məsələrdən biri də Azərbaycan-Fransa münasibətlərinin bundan sonra necə davam edəcəyidir.

- Biz müstəqil dövlətik və siyasətimizi, hansı ölkə ilə diplomatik əlaqələr quracağımızı da özümüz təyin edirik. Cənab Prezident İlham Əliyev hər dəfə bunu çıxışlarında da vurğulayır. Fransa ilə də müttəfiqliyimiz və əməkdaşlığımız ola bilər. Təbii ki, ermənipərəst mövqelərindən çəkinsələr. Əlbəttə, Makronun sonuncu müsahibəsindən sonra Fransa danışıqlarda iştirak edə bilməz. Cənab Prezident İlham Əliyev də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının sonuncu zirvə görüşündə bildirdi ki, biz bundan sonra Fransanın Qarabağla bağlı aparılan danışıqlarda iştirakını məqbul hesab etmirik.

- İltizam bəy, bir neçə gün öncə Fransadakı Azərbaycan səfirliyinə ermənilər hücum etmişdi. Makronun bu açıqlaması oradakı səfirliyimizə yeni təhlükə yarada bilərmi?

- Makronun bu açıqlaması oradakı diplomatlarımız üçün müəyyən təhlükə yaradır. Amma Fransa beynəlxalq hüquq və normaları unutmamalıdır. Azərbaycan səfirliyi Fransada Azərbaycanın bir hissəsidir. Diplomatlarımızın təhlükəsizliyinə Fransa birbaşa məsuliyyət daşıyır.

- Bu gün əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizinin açılması Azərbaycanla yanaşı, digər qonşu ölkələrə də nələri qazandıracaq?

- Zəngəzur dəhlizinin açılması yeni alternativ dəhlizinin açılması deməkdir. Bu dəhlizinin açılması bir nəfəslik kimi daha çox Ermənistana lazımdır. Zəngəzur dəhlizinin açılması böyük türk dünyasının birləşməsi deməkdir. Amma digər ölkələr üçün də Zəngəzur dəhslizinin açılmasının iqtisadi əhəmiyyəti var. Zəngəzur dəhlizinin açılmasından biz və bütün dünya qazanacaq. Artıq regionda yeni reallıq yaranıb. Bu reallıq iqtisadi inkişaf və sülhdür. Biz tezliklə Zəngəzur dəhlizini açacağıq. Ermənistan və havadarları da bu reallığı qəbul etməlidir.

- İltizam bəy, Ermənistan Azərbaycana vurduğu ziyanı torpaqla ödəyə bilərmi?

- Beynəlxalq hüquqda belə bir həll variantı mövcuddur. Lakin bu gün dünyada dövlətlər qəbul olunmuş sərhədlər çərçivəsində mövcuddurlar və qəbul olunublar. Düzdür, bugünkü Ermənistan dövləti Azərbaycanın tarixi torpaqlarında qurulub və biz nə vaxtsa o ərazilərə geri qayadacağıq. Ermənilər də bu 30 ildə bizə vurduğu maddi və mənəvi zərərə görə cavab verməli, səbəbkarlar cəzalandırılmaldır. Biz sona qədər bu məsələdə tələbimizi irəli sürəcəyik. Ermənistan bizə vurduğu zərəri mütləq ödəməlidir.

- Döyüş meydanında qaçan erməni terrorçuları sivil vətəndaşları hədəf seçib və müxtəlif vəhşiliklər törədiblər. 44 günlük Vətən müharibəsində də belə oldu. Belə ki, döyüş meydanında biabır olan ermənilər Gəncədə, Bərdədə və digər rayonlarda müxtəlif terrorlar törədiblər. Bu gün Xocalı soyqırımı ilə yanaşı Bərdə, Gəncə və digər rayon, şəhərlərdə vətəndaşlarımıza qarşı müxtəlif teror aktı törədən erməni barbarları beynəlxalq səviyyədə öz cəzalarını almayıb. Bu da Azərbaycana qarşı illərdir davam etdirilən ikili münasibətin sübutudur.

- 200 il ərzində biz işğala, terrora və soyqırımlara məruz qalmışıq. Amma bu gün Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü bərpa edən, dünyada söz sahibi olan güclü dövlətdir. Təbii ki, bu digər ölkələr tərəfindən qıcıqla qarşılanır. Bugünkü zəfərimiz Ulu Öndər Heydər Əliyevlə başlayan cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun və böyük zəhmətin hesabınadır. Bu zəfər bir gündə qazanılmayıb. Biz 44 günlük Vətən müharibəsində nəinki Xocalı qurbanlarının bütün şəhidlərimizin qisasını aldıq. Onların ruhları artıq rahatdır. Biz Qarabağımıza geri qayıdırıq.

- Ölkə başçısı cənab İlham Əliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə işğaldan azad etdiyimiz rayon və şəhərimizə səfərlər təşkil edir, orada açılış və təməlqurma mərasimlərində iştirak edirlər. Həmin anları hər birimiz qürurla izləyirik.

- Cənab prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Qrabağa səfəri bizi qürurlandırır. Ölkə başçısının hər səfəri bizi Böyük Qayıdışa daha da yaxınlaşdırır. Qarabağda bünövrəsi qoyulan infrastrukturların bir neçə ildən sonra biz açılışına şahidlik edəcəyik. Bilirsiniz ki, Böyük Qayıdışın ilk təməli Zəngilan rayonunun Ağalı kəndinə oldu. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının açılışı oldu. Qarabağda bərpa işləri zamanı yeni texnologiyaların tətbiqi ilə müasir yanaşmalar sonradan digər bölgələrdə də tətbiq ediləcək. Şəhərsalmaya yeni baxış və bu yaxınlarda Ağdamda keçirilən böyük tədbir, bütün bunlar düşünülmüş addımlardır, bizim gələcək planlarımızın tərkib hissəsidir.

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1195   Tarix: 27 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cinayət işlərində həbs qərarlarına YENİLİK

İstintaq orqanları və məhkəmələrin həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələni obyektiv araşdırması üçün onlar arasında ağlabatan vaxt bölgüsü müəyyənləşdiriləcək. Konstitusiya Məhkəməsi bununla bağlı Milli Məclisə müvafiq tövsiyələr verib. Cinayət-Prosessual Məcəlləyə əsasən, maliyyə əməliyyatları

2 may
.

Üç gün ardıcıl iş olmayacaq - TARİXLƏR

Bu il Faşizm üzərində qələbə günü (mayın 9-u) ilə əlaqədar Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq. "Yeni Sabah" xəbər verir ki, bu il mayın 9-u şənbə gününə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə

3 may
.

Yuri Qusev: "Qarabağdakı sürətli bərpa işləri Ukrayna üçün nümunə ola bilər"

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində Qarabağa səfəri ilə bağlı paylaşım edib. xəbər verir ki, səfir paylaşımında regionda aparılan bərpa işlərinin yüksək tempinin Ukrayna üçün olduqca faydalı bir təcrübə olacağını qeyd edib. "Azərbaycan Prezidenti Administrasiyasını

2 may
.

Evində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK

Həyət evlərinin qarşısındakı boş sahələri şəxsi mülkiyyəti hesab edən sakinlər gözlənilməz cərimələrlə üzləşə bilərlər. Qapı ağzında gül əkmək və ya avtomobil saxlamaq üçün xüsusi yer ayırmaq hər zaman qanuni hesab olunmur. Hüquqşünas Əkrəm Həsənov -a bu məsələnin birbaşa mülkiyyət hüququ ilə bağlı olduğun

3 may
.

Maaşlarla bağlı dəyişiklik təsdiqləndi - BUNDAN SONRA BELƏ OLACAQ

Milli Məclis əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı dəyişiklikləri son oxunuşda qəbul edib. Bununla bağlı Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakir

3 may
.

Bakıda hava KƏSKİN DƏYİŞİR: Temperatur enəcək, GÜCLÜ KÜLƏK XƏBƏRDARLIĞI!

Azərbaycanda may ayının ilk günləri hava şəraitinin qeyri-sabit keçəcəyi ilə diqqət çəkir. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, paytaxt Bakıda və Abşeron yarımadasında yaxın üç gün ərzində temperatur dalğalanmaları və güclü külək gözlənilir. Bu gün Bakıda havanın temperatur

2 may
.

"Bakı Marafonu 2026" başladı - FOTO

"Bakı Marafonu 2026" başlayıb. xəbər verir ki, paytaxtda Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan, "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarış üçün 25 min iştirakçı qeydiyyatdan keçib. Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan

3 may
.

Azərbaycan toylarında DƏYİŞİKLİK

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu artıq toylarda bəy və gəlinin "Vağzalı" istəmədiyini deyib. O, muğam ifaçılarının da buna şərait yaratdığını bildirib. "Artıq neçə toydur "Vağzalı" ifa etmirik. Müəyyən mahnılar seçilir. Muğam ifaçılarının ifasında xarici, mənşəyi bilinməyə

3 may
.

Türkiyəyə gedənlər üçün şad xəbər: Ərdoğan qərar imzaladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cari ilin 31 dekabrınadək yerləşmə (yaşayış) vergisinin mövcud olan 2 faizdən 1 faizə salınması haqqında sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, müvafiq sənəd 1 may cümə günü hökumətin rəsmi mətbuat orqanı sayılan "Resmi Gazete"də yayımlanı

2 may