Dərs bir aydan çoxdur başlayıb, amma kitablar paylanmayıb
Orta məktəblərin rus bölmələrində 7-ci siniflərə hələ də dərsliklər paylanmayıb.
Axşam.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə valideynlər məlumat yayıblar.
Onlar şikayətlənirlər ki, tədris ilinin başlamasından bir aydan çox vaxt keçsə də, əsas fənlərdən, o cümlədən, riyaziyyat, Azərbaycan dili, ingilis dili, ümumi tarix, coğrafiya kitabları uşaqlara paylanmayıb. Hətta köhnə - ötənilki dərsliklər belə şagirdlərə istifadə üçün verilməyib. Əvəzində məktəblilər telefon vasitəsilə kitabların PDF variantından istifadə etmək məcburiyyətində qalırlar.
Oxşar problem Azərbaycan bölməsinin bəzi siniflərində də yaşanır. Məsələn, bu bölmədə elə məktəblər var ki, 5-ci siniflərə yeni dərsliklər ötən həftə paylanıb. Artıq bir neçə ildir ki, şagirdlər ildə iki dəfə - hər yarımilin əvvəlində bu problemi yaşayırlar.
Məsələ ilə əlaqədar "Qafqazinfo" Elm və Təhsil Nazirliyinə müraciət edib. Nazirlikdən bildirilib ki, dərsliklərin çatışmazlığı halları mütəmadi olaraq araşdırılır və aradan qaldırılır:
"Bildiyiniz kimi, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri Elm və Təhsil Nazirliyi tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilirlər. Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1003 Tarix: 27 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 31° isti olacaq
Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq
15 oktyabrAysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə
15 oktyabrLerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu
Lerikdə tanışını başından güllələyərək meyitini dərəyə atmaqda və digər cinayət əməllərində təqsirləndirilən Elşən Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökm
16 oktyabr"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?
"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -
15 oktyabrRəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır
Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün
15 oktyabr"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi
Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan və dron hücumu nəticəsində öldürülən 58 yaşlı lənkəranlının nəşi doğulduğu rayona gətirilib. APA-ya istinadla xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev bu gün doğulduğu kənddə dəfn edilib
16 oktyabrBakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə
16 oktyabrSabah 31 dərəcə isti olacaq
Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər
16 oktyabr