Ayan iki yaşından xərçənglə mübarizə aparır: Qolları göyərib, bədəni şişib - FOTO

Ayan iki yaşından xərçənglə mübarizə aparır: Qolları göyərib, bədəni şişib - FOTOYeddi yaşlı Ayan İmamverdiyeva leykozdan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Ruhəngiz İmamverdiyeva məlumat verib.

O bildirib ki, Ayana 2019-cu ildə bir dəfə sümük iliyi köçürülüb:

"Övladım 1 yaş 7 aylığından bu xəstəlikdən əziyyət çəkir. Bu xəstəliklə yanaşı, Hepatit C ilə də mübarizə aparır. Ona sümük iliyi nəql edilsə də, xəstəlik bir il sonra yenidən baş qaldırdı.

Hazırda vəziyyəti orta ağırdır. Bədəni şişib. Bizim bir kurs müalicəmiz 2 500 manata başa gəlir. İllərdir bu xəstəliklə mübarizə apardığımız üçün artıq maddi olaraq tükənmişik. Ayan isə artıq çox yorulub, iynələr bütün qollarını göyərdib. Onu belə gördükcə biz də məhv oluruq. Heç bir valideynə belə günlər yaşamağı arzu etmirəm. İmkanlı şəxslərdən xahiş edirik, bizə kömək etsinlər".

Əlaqə nömrəsi (Ayanın atası Orxan İmamverdiyev): 055-928-84-89.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən İmamverdiyeva Ayan Orxan qızının valideyni ilə əlaqə saxlanılıb:

"Valideyn övladının kəskin leykoz qan xəstəliyindən əziyyət çəkdiyini və müalicəsinə köməklik göstərilməsini xahiş edib. Qeyd edək ki, vətəndaş TƏBİB-in tabeliyindəki Milli Hematologiya və Transfuziologiya Mərkəzində dispanser qeydiyyatındadır. 2019-cu ildə vətəndaşın müayinə və müalicəsi Heydər Əliyev Fondu hesabına həyata keçirilib. Valideynə tibbi xidmətin hazırda "Qanın bədxassəli xəstəlikləri ilə mübarizəyə dair Tədbirlər Proqramı" çərçivəsində Hematologiya İnstitutunda ödənişsiz həyata keçirildiyi barədə ətraflı məlumat verilib. Lakin valideyn Proqram çərçivəsində icra olunan tibbi xidmətdən imtina edərək müalicənin yalnız Talassemiya Mərkəzində aparılmasını xahiş edib".

Ayan iki yaşından xərçənglə mübarizə aparır: Qolları göyərib, bədəni şişib - FOTOAyan iki yaşından xərçənglə mübarizə aparır: Qolları göyərib, bədəni şişib - FOTOAyan iki yaşından xərçənglə mübarizə aparır: Qolları göyərib, bədəni şişib - FOTOAyan iki yaşından xərçənglə mübarizə aparır: Qolları göyərib, bədəni şişib - FOTOAyan iki yaşından xərçənglə mübarizə aparır: Qolları göyərib, bədəni şişib - FOTOAyan iki yaşından xərçənglə mübarizə aparır: Qolları göyərib, bədəni şişib - FOTOAyan iki yaşından xərçənglə mübarizə aparır: Qolları göyərib, bədəni şişib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1420   Tarix: 27 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

15 oktyabr
.

Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi

Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə

15 oktyabr
.

Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu

Lerikdə tanışını başından güllələyərək meyitini dərəyə atmaqda və digər cinayət əməllərində təqsirləndirilən Elşən Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökm

16 oktyabr
.

Bakıda "The World of Adrenaline" adlı yeni beynəlxalq sirk proqramı başlayır

Oktyabrın 17-dən etibarən Circus Sea Breeze arenasında ilin ən həyəcanlı və ekstremal sirk proqramlarından biri - "The World of Adrenaline" tamaşaçılara təqdim olunacaq. xəbər verir ki, yeni beynəlxalq proqram əsl sirk sənətinin ən təsirli nömrələrini bir araya gətirərək tamaşaçılara sürət

16 oktyabr
.

"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?

"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -

15 oktyabr
.

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün

15 oktyabr
.

"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan və dron hücumu nəticəsində öldürülən 58 yaşlı lənkəranlının nəşi doğulduğu rayona gətirilib. APA-ya istinadla xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev bu gün doğulduğu kənddə dəfn edilib

16 oktyabr
.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr
.

Sabah 31 dərəcə isti olacaq

Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər

16 oktyabr