Hərbçilərdən rüşvət alıb hospitala göndərən hərbi həkim həbs olunub
Hərbi qulluqçulardan rüşvət alan N saylı hərbi hissənin zabiti, həkim Vəli Quliyev həbs olunub.
APA-nın əldə etdiyi xəbərə görə, hərbi hissənin tibb məntəqəsində həkim işləyən Vəli Quliyev müxtəlif vaxtlarda hərbi qulluqçulardan pul alaraq onları müalicə adı ilə hospitala göndərib.
Hüquq-mühafizə orqanları tərəfindən keçirilən araşdırma zamanı Vəli Quliyevin əməllərinin üstü açılıb. Xəstəlik sənədi verilən hərbçilərin əksəriyyətinin müalicəyə ehtiyacının olmadığı, rüşvət verməklə hospitala göndərildikləri məlum olub.
Vəli Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Quliyev Vəli Bəkir oğlu Vətən müharibəsindəki xidmətlərinə, Qubadlının və Füzulinin azad olunmasına görə medallarla təltif olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1613 Tarix: 27 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Makler bibi" ləqəbli Zeynəb Qaraşova vəfat etdi
"TikTok"da "Makler bibi" ləqəbi ilə məşhurlaşan Zeynəb Qaraşova vəfat edib. xəbər verir ki, bu barədə onun şəxsi sosial şəbəkə hesabında məlumat paylaşılıb. Qeyd edək ki, Z.Qarasova uzun sürən xəstəlikdən dünyasını dəyişib
5 martÜç ildən sonra oğlu ilə eyni taleyi yaşadı... - Foto
Dünən səhər saatlarında Bakı-Quba yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində baş verən yol qəzasında ağır yaralanan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, iki yük maşınının toqquşması nəticəsində ağır xəsarətlər alan Siyəzən rayon sakini 1977-ci il təvəllüdl
5 martBu ərazilərdə 4 saat işıq olmayacaq
Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, bu gün Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/6 kV-luq 360 saylı yarımstansiyada Transformato
5 martSabahın hava proqnozu açıqlandı
Martın 5-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərd
4 mart