Astarada "Qırmızı Kitab"a düşən ağaclar kəsilib
Astarada "Qırmızı Kitab"a düşən ağaclar kəsilib, təbiətə 102 min manatlıq ziyan dəyib.
Bu barədə Sonxeber.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, xidmətin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Astara rayonu, Səlivə kəndi ərazisində Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına düşən Azat ağaclarının kəsildiyi və zədələndiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Hidayət Məlikzadə tərəfindən qanunsuz kəsildiyi və zədələndiyi, təbiətə 102200 manat məbləğində ziyan dəydiyi məlum olub: "Faktla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib".


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 939 Tarix: 27 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 8-ci mərtəbədən yıxılan oğlan öldü
Bakının Xətai rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 10 radələrində 1998-ci il təvəllüdlü Elxan Orduxanov yaşadığı Gəncə prospektindəki binanın 8-ci mərtəbəsindəki evin eyvanından yıxılıb. O aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Xətai Rayo
5 martŞəhid atası vəfat etdi - Foto
Ağdaş rayonunda şəhid atası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Vətən müharibəsi şəhidi Sadiq Vəliyevin atası Ayaz Vəliyev dünyasını dəyişib. Qeyd edək ki, S.Vəliyev 2001-ci ildə Ağdaşın Xosrov kəndində anadan olub. 2020-ci ilin oktyabrın 3-ü Füzuli rayonu ərazisində döyüş tapşırığın
4 martAbituryentlərin imtahan qorxusunu azaltmağın hansı üsulları var? - AÇIQLAMA
Abituriyentlik dövrü gənclər üçün həyatda böyük bir mərhələni simvolizə edir. Bu dövrdə yalnız bilik yox, həm də emosional dözümlülük, stres idarəsi və qərarvermə qabiliyyəti sınanır. Buna görə də imtahan qorxusu, yəni test və qiymətləndirmə qarşısında yaranan narahatlıq, çoxsaylı gənclərin təcrübə etdiy
4 mart"Gənc ailələr maliyyə planlamasını diqqətlə qurmalıdırlar" - AÇIQLAMA
Müşahidələr göstərir ki, ailədaxili maliyyə problemləri təkcə maddi çətinliklərlə məhdudlaşmır, eyni zamanda münasibətlərdə gərginlik yaradır və bəzi hallarda boşanmalara da səbəb olur. Bəs, maliyyə çətinlikləri ailədaxili münasibətlərə və tərəflərin psixoloji durumuna necə təsir edir? Ailələr madd
4 mart"Est. Etik Clinix and Spa Center"də qanunsuz işçilər çalışdırılıb
Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə "Est. Etik Clinix and Spa Center" MMC cərimələnib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsini
4 mart