"Azdrama"nın günlük icarə haqqı AÇIQLANDI: Bütün xərcləri çıxdıqdan sonra qalan 100 min manat hara getdi?

"Azdrama"nın günlük icarə haqqı AÇIQLANDI: Bütün xərcləri çıxdıqdan sonra qalan 100 min manat hara getdi?Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayının təşkilinə büdcədən 203 min manat ayrıldığını açıqladığı gündən etibarən məsələ böyük rezonans doğurub. AYB üzvləri bu vəsaitin Azərbaycan Akademik Milli Dram Teatrının icarəsinə, qurultay üçün hazırlanan posterlərə, qonaqlar üçün təşkil edilən kofe-breykə və xarici qonaqların təyyarə bileti ilə Bakıda qonaqlanmasına xərcləndiyini bildirirlər. Sadaladığımız faktorların 203 min manatlıq bir xərc tələb etmədiyini düşündüyümüz üçün kiçik bir araşdırma etmək istədik.

Oxu.Az-ın məlumatına görə, tədbirə təxminən 20 nəfər xarici qonaq dəvət edilib. Tədbirdəki müşahidələrimizə əsasən isə qurultaya Türkiyədən üç, Pakistandan bir, Rusiyadan da bir nəfər təşrif buyurmuşdu. "Google"da Bakıdakı beşulduzlu hotellərin bir gecəlik qiyməti barədə araşdırma apardıqda məlum olur ki, günlük icarə haqqı 100-200 manat aralığındadır. Qonaqların Bakıda iki-üç gün gecələyəcəklərini, eləcə də yemək və yol xərclərini nəzərə alsaq, bir nəfər üçün təxminən üç min manat civarında vəsait xərclənir. Yəni ümumilikdə 60 min manatın 20 nəfər xarici qonaq üçün xərcləndiyini deyə bilərik.

Geriyə qalan əsas məsələ qurultayın keçirildiyi məkanın - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının icarə haqqıdır. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Azdrama"nın günlük kirayəsi beş-altı min manat civarındadır.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanın məşhur məkanlarından olan "Hilton Baku"da 150-200 nəfərlik bir günlük icarə haqqı 5 000, yarım günlük isə 3 500 manatdır. Həmin qiymətə zalda proyektor, ekran, iki ədəd mikrofonla birlikdə səs sistemi, mineral sular və konfrans üçün avadanlıqlar daxildir. Kofe-breyk isə adambaşı 17 manat təşkil edir.

"JW Marriott Absheron"da da məbləğ çox fərqlənmir. Belə ki, burada 200 nəfərlik zalın icarə haqqı altı min manatdır. Qiymətə proyektor, ekran, səs sistemi daxildir. Kofe-breyk isə bir nəfər üçün 15 manata nəzərdə tutulub.

"Azdrama"da kofe-breykə ayrılan vəsait isə nəinki adambaşı 15-17 manat, heç 10 manat məbləğində də olmazdı. Ən maksimal məbləğdən hesabladıqda bunun üçün də iki min manat xərcləndiyini ehtimal edə bilərik. Kitab və poster çapına isə nə qədər pul sərf olunduğu bəlli deyil. Amma güman edirik ki, 135 min manat xərclənməyib. 35 min manatın da kiçik işlər üçün xərcləndiyini düşünsək, sual olunur: Yerdə qalan 100 min manat hanı?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1320   Tarix: 27 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

15 oktyabr
.

Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi

Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə

15 oktyabr
.

Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu

Lerikdə tanışını başından güllələyərək meyitini dərəyə atmaqda və digər cinayət əməllərində təqsirləndirilən Elşən Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökm

16 oktyabr
.

Bakıda "The World of Adrenaline" adlı yeni beynəlxalq sirk proqramı başlayır

Oktyabrın 17-dən etibarən Circus Sea Breeze arenasında ilin ən həyəcanlı və ekstremal sirk proqramlarından biri - "The World of Adrenaline" tamaşaçılara təqdim olunacaq. xəbər verir ki, yeni beynəlxalq proqram əsl sirk sənətinin ən təsirli nömrələrini bir araya gətirərək tamaşaçılara sürət

16 oktyabr
.

"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?

"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -

15 oktyabr
.

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün

15 oktyabr
.

"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan və dron hücumu nəticəsində öldürülən 58 yaşlı lənkəranlının nəşi doğulduğu rayona gətirilib. APA-ya istinadla xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev bu gün doğulduğu kənddə dəfn edilib

16 oktyabr
.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr
.

Sabah 31 dərəcə isti olacaq

Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər

16 oktyabr