Rəşad Dağlı həbs olundu - YENİLƏNİB
Bakıda qətl törədən tanınmış meyxana ustası Rəşad Dağlının məhkəmədə ifadəsi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Rəşad Dağlı bu gün Qaradağ rayon Məhkəməsində verdiyi ifadəsində bildirib ki, o hadisə zamanı qətl törətmək fikrində olmayıb.
O qeyd edib ki, hadisə vaxtı bıçaq İsgəndər Mehtiyevdə olub və o, Rəşad Dağlını öldürməyə cəhd edib. Rəşad isə əlbəyaxa zamanı həmin bıçağı ondan alıb və İsgəndər Mehtiyevi qətlə yetirib.
21:10
Qaradağ rayon məhkəməsində qətldə təqsirləndirilən meyxana ustası Rəşad Əmirovun (Dağlı) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Oxu.Az xəbər verir ki, prosesdə təqdimat təmin edilib və Rəşad Dağlı barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, tanınmış meyxana ustası Rəşad Dağlı noyabrın 9-u saat 05 radələrində Bakının Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi qətlə yetirib.
Qaradağ rayon prokurorluğunun yaydığı məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 8990 Tarix: 10 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bıçaqlanan ata öldü - 15 yaşlı qızı saxlanıldı
Bakıda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bıçaqlanan 49 yaşlı Rüfət Haşımovun həyatını xilas etmək mümkün olmayıb. Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. Cinayəti onun 15 yaşlı qızının törətməsinə əsaslı şübhələr müəyyən edilib. Yeniyetmə saxlanılıb. Qeyd edə
4 fevralTərtərdə qəzada sərnişin öldü
Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub. "Qafqazinfo" xəbər verir ki, qəza rayonun Seydimli kəndi ərazisində qeydə alınıb. Tərtər rayon sakini İxtiyar Cəfərovun sükanı arxasında olduğu "JAC" markalı avtomobil hərəkətdə olarkən sürücü idarəetmən
10 fevralAzərbaycanda insan alverində təqsirləndirilən iki nəfər axtarışa verilib
Azərbaycanda iki nəfər insan alverinə görə axtarışa verilib. -a istinadən xəbər verir ki, onlar Ağsu rayon sakini, 28 yaşlı Ayşən Araz qızı Əzizxanlı və Qax rayon sakini, 29 yaşlı Əbdül Ruslan oğlu Musayevdir. Onların barəsində Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə cinayə
11 martBakıda restoranda aktrisa ilə dostlarının başına iş gəldi - 4 nəfər tutuldu
Aktrisa Üzel Kərimovanın ötən gün bayram qeyd etmək üçün getdiyi məkanların birində dava düşüb. "Qafqazinfo" xəbər verir ki, restoranda bir qrup şəxs Ü.Kərimovanın rəfiqəsinin ərinə hücum edərək ona xəsarətlər yetirib. Aktrisanın paylaşdığı videoda həmin şəxsin başından xəsarət aldığı və yerd
19 martQaçırdığı qızı zorla videoya çəkdi - Dostları ilə birgə tutuldu
Ağdaşda qısqanclıq zəminində ayrıldığı qızı qaçıran oğlan və ona kömək edən qardaşlar uzunmüddətli həbsə göndərilib. "Qafqazinfo"nun məlumatına görə, cinayət hadisəsi ilə bağlı 28 yaşlı Seyran, dostları olan iki qardaş - Elvin və Səxavət (bütün ad-soyadlar şərtidir) birgə mühakimə edilib. Hadisəni
10 martEvində boğazı kəsilərək öldürülən qadının qatili tanışı çıxdı
Kocaeli vilayətinin Körfez rayonu ərazisində Gül Dağ adlı qadının evində boğazı kəsilmiş halda cansız bədəni tapılıb. türk mediasına istinadən xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, qadının öldürülməsində şübhəli şəxs onun qonşusu olub. Qatil, Gül Dağı öldürdükdən sonra qolundakı 3 qolbağ
12 mart18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri - Video
Gürcüstanın Qardabani rayonunda azərbaycanlı gəncin yol qəzasında həlak olmasını əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, hadisə 18 yaşlı Aydə Qurbanova yolu keçərkən sürətlə hərəkət edən avtomobilin onu vurması səbəbindən baş verib. Həmin görüntülər
29 yanvar