Azərbaycanda ölüm cəzası yenidən tətbiq oluna bilər? - AÇIQLAMA

Azərbaycanda ölüm cəzası yenidən tətbiq oluna bilər? - AÇIQLAMAÖlüm hökmü cinayət törədən insana verilən ən ağır cəza növüdür. Tarixdə geniş yayılmış bu cəza tətbiqi dövrümüzdə hələ də qalmaqdadır. Bir sıra ölkələrdə həbs olunan şəxsi cəzalandırmaq üçün bu yoldan istifadə edilir. Vaxtilə Azərbaycanda da cinayətkarları cəzalandırmaq üçün ölüm hökmü tətbiq olunub. Ölkədə ölüm hökmü 1998-ci ildə ləğv edilib. Hazırda da ölkədə ağır cinayətlər törədilsə də, ölüm cəzası aktiv deyil.

Bəs Azərbaycanda ölüm hökmü yenidən gündəmə gələ bilərmi və buna ehtiyac varmı?

Mövzuyla bağlı BiG.AZ-a danışan hüquqşünas Sahib Məmmədov bildirib ki, konstitusiyamızda ölüm hökmü müəyyən hallarda nəzərdə tutulur:

"Hazırda dünyada ölüm hökmünü tətbiq edən 58 ölkə var. 108 ölkə ölüm hökmünü ləğv edib, 35- i moratorium qoyub, 7 ölkənin qanunvericiliyində olsa da, tətbiq etməyib. Əslində ölüm hökmü ağır cəza olduğuna görə yaxud qeyri-adekvat cəza olduğuna görə ləğv edilmir. Onun ləğv olunmasının bir səbəbi var. Bu, yeganə cəza növüdür ki, tətbiq olunandan sonra dəyişmək olmur. Yəni müəyyən olunsa ki, şəxsin günahı yox idi, yaxud günahı edam olunacaq dərəcədə deyildi, daha yüngül cəza almalı idi, bu zaman səhvi düzəltmək artıq mümkün olmur.

Amerikada belə hallar çox olur. Məsələn, şəxs 10 il cəza alır və daha sonra onun günahsız olduğu üzə çıxır. Dəfələrlə olub ki, hətta ömürlük cəza alan insan 20-30 il cəza çəkdikdən sonra məlum olub ki, onun günahı yoxdur və bəraət alıb. Amma ölüm hökmündə bu, mümkün deyil. Buna görə də belə cəza növü ləğv edilib.

Məsələn, elə qəddar cinayətlər var ki, ölüm cəzası onun üçün tam adekvatdır. Sadəcə burada istintaq, məhkəmə səhvi, siyasi sifarişlər ola bilər. Zaman keçdikcə bəlli olanda ki, həmin imsanların günahı yox idi, yaxud günahları o dərəcədə deyildi, artıq gec olur.

Bizim konstitusiyamızda ölüm hökmü müəyyən hallarda nəzərdə tutulur. Yəni ölkəmizə qarşı müharibə edəndə biz düşməni öldürə bilərik və s. Amma qanunvericiliyimizdə 1993-cü ildən 1998-ci ilə qədər Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölüm hökmünə moratorium qoyuldu. 1998-ci ildən isə artıq ölüm hökmünü ləğv etmişik. Eyni zamanda ölüm hökmünün ləğvinə dair Birləşmiş Millətlər Təşkilatının Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın ikinci Fakultativ protokoluna qoşulmuşuq. Həmçinin, biz Avropa Şurasına üzv olduqdan sonra orada ölüm hökmünün ləğvi ilə bağlı müvafiq protokola da qoşulmuşuq. Yəni ikiqat beynəlxalq öhdəliyimiz var ki, ölüm hökmünü tətbiq etməyək. Ona görə hesab edirəm ki, dediyim səbəblərdən buna lüzum yoxdur".

Hüquqşünas Ramil Süleymanovun fikrincə, ölüm hökmünün aktivləşdirilməsinə ehtiyac yoxdur. Ekspert bildirib ki, bu cəzanın tətbiqi ölkədə kriminogen vəziyyətdən asılıdır:

"Azərbaycan Konstitusiyasında ölüm hökmü ləğv olunmayıb, qanunla məhdudlaşdırılıb. Lakin əvvəllər Azərbaycan qanunvericiliyində ölüm hökmü olub. Qanunvericiliklə bizim Cinayət Məcəlləmiz qüvvəyə minəndə ölüm hökmü daxil olmadı.

Dünya dövlətləri cəza siyasətini artıq daha çox humanistləşdirməyə doğru addımlar atırlar. Nəticə etibarilə, dünyanın bir çox ölkələrində ölüm hökmü ləğv olunub. Dünyanın ən demokratik ölkəsi olan Amerikada belə, bəzi ştatlarda ölüm hökmü qalmaqdadır. Bununla bağlı hüquqşünasların fikri tamamilə fərqlidir. Bir qrup hüquqşünas hesab edir ki, cəza siyasəti nə qədər ağır olsa, insanlar həmin cinayətlərdən daha çox çəkinmiş olacaqlar. Nəticədə, ölkədə kriminogen vəziyyət idarə olunar vəziyyətdə olacaq. Bir qrup insanlar isə fikirləşirlər ki, insanın həyatına müdaxilə etmək dövləti kriminallaşdırmağa gətirib çıxara bilir və nəticədə şəxsi cəzalandırmaq üçün onun azadlığının əlindən alınması daha məqsədəuyğundur.

Bildiyimiz kimi, bizdə qanunlar Milli Məclis tərəfindən qəbul olunur, onun icra olunması isə hökümət tərəfindən həyata keçirilir. Təbii ki, bununla bağlı dövlətin hüquq aparatında qanunvericilik təşəbbüsü ilə çıxış edə biləcək şəxslər bu təklifi verə bilərlər. Bu, 40 min səsvermə hüququ olan şəxslər tərəfindən təqdim olunan layihələr nəticəsində ola bilər. Bundan sonra ümumi müzakirələr aparıb, həmin cəzanın Cinayət Məcəlləsinə daxil olub-olunmaması ilə bağlı qərar verilə bilər. Hesab edirəm ki, ölüm hökmünün ölkəmizdə tətbiqinə ehtiyac yoxdur.

Bir insanın yaşaya-yaşaya azadlığının, azadlıq hüququnun əlindən alınması özü elə ölüm hökmünə bərabərdir. Düşünün ki, insanlar ömrünün sonuna qədər 4 divar arasında qapalı həbsxanada cəza çəkirlər. Bu, elə ölümə bərabər bir şeydir. Öləndə nə var ki? Ölüb canını qurtarır. Bu, hökümətlərin cəza siyasətindən asılıdır. Nəzərə almaq lazımdır ki, bu gün hüququn inkişaf etdiyi və hüququn ali yerdə durduyu ölkələrin çoxunda ölüm hökmü yoxdur. Bizim də ölüm hökmünü tətbiq etməməyimiz bu gün beynəlxalq hüququn prinsiplərinə uyğundur.

Amma Konstitusiyamızda qeyd olunub ki, Azərbaycan Respublikası ölüm hökmünün tətbiqini istisna etmir. Tutaq ki, sabah ölkədə kriminogen vəziyyət yaranarsa, dövlət üçün həmin qanunu dəyişmək, yaxud Cinayət Məcəlləsinə ölüm hökmünü əlavə etmək mümkündür. Nəticədə, bu da tətbiq olunacaq. Ölüm hökmünün bir sıra növləri var: edam, tibbi yolla ölüm hökmü, güllələnmə. Yəni bunlar artıq tarixin səhifəsində qalıb və onlara artıq lüzum yoxdur. Ümumiyyətlə, dövlətlər daha çox hüquqla idarə olunursa, cəzalandırma da humanizm prinsiplərinə uyğun olaraq olmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1607   Tarix: 29 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızıl almaq istəyənlərə PİS XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,32% artaraq 4 644.50 ABŞ dollarına bərabər olub. COMEX-d

2 may
.

Evində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK

Həyət evlərinin qarşısındakı boş sahələri şəxsi mülkiyyəti hesab edən sakinlər gözlənilməz cərimələrlə üzləşə bilərlər. Qapı ağzında gül əkmək və ya avtomobil saxlamaq üçün xüsusi yer ayırmaq hər zaman qanuni hesab olunmur. Hüquqşünas Əkrəm Həsənov -a bu məsələnin birbaşa mülkiyyət hüququ ilə bağlı olduğun

3 may
.

Sürücülük vəsiqəmizi hansı ölkələr tanıyır?

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı olaraq tanıyacaq. Bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılan və artıq Prezident İlham Əliyev tərəfindən təsdiqlənən qanun layihəsində əksini tapıb. Sazişin məqsədi iki ölkə arasında nəqliyyat sahəsində hüquqi mexanizmlərin sadələşdirilməsi, vətəndaşları

2 may
.

Elçin Əmirbəyov: "Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür"

Azərbaycan təbii qazının Avropa İttifaqı (Aİ) ölkələrinə ixracının ikiqat artırılması prinsip etibarilə mümkündür. "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın portalına müsahibəsində deyib. Onun sözlərinə görə, ən əsas

2 may
.

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ baş verib. xəbər verirki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ mayın 2-si yerli vaxtla saat 09:50-də qeydə alınıb. Yeraltı təkanlar 3 maqnitudada, 27 km dərinlikdə olub

2 may
.

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Braziliyanın Bakıdakı səfiri Manuel Monteneqro Azərbaycanın Qarabağ regionundakı bərpa işlərinin tempinə heyran qaldığını bildirib. Bu barədə səfir "Report"un Laçına ezam olunmuş əməkdaşına bildirib. Xarici diplomatik korpusun səfəri çərçivəsində regionda olan M.Monteneqronun sözlərinə görə

2 may
.

Slovakiyanın Azərbaycandakı səfiri: Qarabağın bərpa miqyası heyranlıq doğurur

Azərbaycanın Qarabağ bölgəsinin bərpa templəri dəyərli biliklər verir. "Report" xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Həmkarlarımla (xarici diplomatik korpusun nümayəndələri mayın 1-2-də bölgəy

2 may
.

Azərbaycanda müavinətlərlə bağlı YENİ QAYDA

Mayın 1-dən hamiləliyə və doğuma görə müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq. Trend-in əldə etdiyi məlumata görə, məsələ ilə bağlı müvafiq qərar 2026-cı il mayın 1-dən etibarən qüvvəyə minəcək. Belə ki, hamiləliyə və doğuma görə müavinət tibbi müəssisəsi tərəfindən elektron sənəd formasınd

3 may
.

Şəkidə canavarlar qoyun-quzunu parçaladı (FOTO)

Şəki rayonunun ucqar Qozlubulaq kəndində canavarların təsərrüfatlara hücumu nəticəsində 30 başa yaxın qoyun-quzu tələf olub. AZƏRTAC-a istinadən xəbər verir ki, hücum kənd sakini Orxan Babayevə məxsus təsərrüfat da daxil olmaqla bir neçə sakinin mal-qarasına ciddi ziyan vurub. İlkin məlumata görə, yırtıcıla

2 may