Dırnaq qaynağının hansı zərərləri var? - AÇIQLAMA
Son illərdə estetik baxımdan baxımlı görünmək istəyən qadınlar arasında dırnaq qaynağı və gel dırnaqlar xüsusilə geniş yayılıb. Uzun, formalı və rəngarəng dırnaqlar artıq bir çox xanım üçün gündəlik gözəllik rutininin ayrılmaz hissəsinə çevrilib.
Lakin bu prosedur nə qədər estetik görünüş qazandırsa da, düzgün aparılmadıqda və gigiyenik qaydalara əməl olunmadıqda sağlamlıq üçün müəyyən risklər yarada bilər.
Bəs görəsən bu risklər nələrdir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən dermatoloq Dr. Vaqif Abdullayev bildirib ki, dırnaq qaynağı zamanı istifadə olunan materialların keyfiyyəti və prosedurun aparıldığı salonun gigiyenik vəziyyəti çox önəmlidir. Onun sözlərinə görə, əks halda həm dəridə, həm də ümumi orqanizmdə müxtəlif fəsadlar ortaya çıxa bilər.
Həkim qeyd edir ki, ən çox rast gəlinən problemlərdən biri keyfiyyətsiz gel və boyaların istifadəsi nəticəsində yaranan allergik reaksiyalar və dırnaq yatağının zədələnməsidir. Bir çox hallarda salonlarda müştərinin allergiya riski əvvəlcədən yoxlanılmır, alətlər isə lazımi səviyyədə sterilizə edilmir. Bu da infeksiya riskini artıran əsas amillərdən biridir.
Dermatoloqun sözlərinə görə, istifadə olunan kimyəvi maddələr dəri ilə uzun müddət təmasda olduqda müəyyən hissəsi orqanizmə sorula bilər və bu da ümumi sağlamlığa mənfi təsir göstərə bilər.
Digər mühüm məqam isə prosedur zamanı istifadə edilən ultrabənövşəyi (UV) lampalardır. Bu lampalar gelin bərkiməsi üçün vacib olsa da, uzunmüddətli və tez-tez istifadədə dəridə erkən qocalma, incə qırışların yaranması və hətta gələcəkdə dəri xərçəngi riskinin artması ilə əlaqələndirilir.
Mütəxəssis tövsiyə edir ki, qadınlar belə prosedurlardan istifadə edərkən dərilərini qorumaq üçün SPF tərkibli qoruyucu kremlərdən istifadə etməli, həmçinin yalnız etibarlı və gigiyenik standartlara uyğun salonlara müraciət etməlidirlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1873 Tarix: 01 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaytaxtda ölən motosikletçinin fotosu
Bakıda qəzada həyatını itirən motosiklet sürücüsünün kimliyi məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu, Moskva prospekti, 45 ünvanında tunelin girişində baş verib. Qismət Maxsud oğlu Qaçayev "Toyota" markalı avtomobil ilə hərəkətdə olarkən Asif Əliheydər oğlu Ağaverdiyevi
18 noyabrUşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Fövqəladə Hallar Nazirliyi tərəfindən əhali arasında aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsind
17 noyabrQədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi
"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind
16 noyabr"20 Yanvar"da qəza - Motosikletçi öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb
17 noyabrAzərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin
16 noyabrRəşid Mahmudovun evində partlayış baş verib?
Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki
17 noyabrDin xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya
"Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Mövcud qanunvericilik aktları nəzərə alınmada
17 noyabr