Buzovnadakı dəhşətli qətlin tək şahidi danışdı: "Hamını qan içində görüb.." - FOTO

Buzovnadakı dəhşətli qətlin tək şahidi danışdı: "Hamını qan içində görüb.." - FOTOÖtən gün Xəzər rayonu, Buzovna qəsəbəsində bir ailədən 2 nəfərin qətli, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən dəhşətli hadisənin təfərrüatı üzə çıxıb.

Sonxeber.az xəbər verir, Qafqazinfo-nun əməkdaşları qətlin baş verdiyi Buzovna qəsəbəsi, Naxçıvani küçəsində olub, müəmmalı cinayətlə bağlı bəzi detalları əldə edib. Məlum olub ki, təxminən iki həftə əvvəl 1939-cu il təvəllüdlü Elbrus Muradovun mənzilindən 10 min manata yaxın pul oğurlanıb. Ailə bununla bağlı polisə müraciət edib və araşdırmalara başlanılıb. Dünən, yəni noyabrın 29-da axşam saat 20 radələrində isə naməlum şəxs həmin evin qapısını döyüb. Qapını 83 yaşlı E. Muradov açıb. Həmin şəxs kəsici alətlə hücum edib, E.Muradovun baş və boyun nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək onu qətlə yetirib. Həmin şəxs daha sonra mənzilə daxil olaraq onun ikinci qrup əlil olan oğlu Rahil Muradova zərbələr endirib və boğaz nahiyəsinə öldürücü xəsarətlər yetirib. Mənzildə digər otaqda olan yataq xəstəsi, E.Muradovun həyat yoldaşı 77 yaşlı Şahirə Muradovaya da çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər yetirən həmin şəxs onun da öldüyünü düşünərək evi tərk edib. Bu zaman o, qonşuluqda yaşayan və işdən gəldikdən sonra nənəsigilə yeməyə gedən E.Muradovun 25 yaşlı nəvəsi Elbrus Ağalarovla qarşılaşıb.

Hadisə nəticəsində baş və boyun nahiyəsindən çoxsaylı xəsarətlər alan və dəhşətli cinayətin əsas şahidi olan Elbrus Ağalarov söhbətində həmin şəxsin maskalı olduğunu deyib:

"Mən həyətə daxil olanda babamın qan içində yerdə qaldığını gördüm, həmin vaxt maskalı şəxs evdən çıxırdı. Hündür, yekəpər bir insan idi, mənə hücum edərək vurmağa başladı. Ona dedim ki, sənin arxanca düşməyəcəyəm, qoy nənəmə-babama kömək edim. Məni buraxıb qaçdı. Tez evə daxil oldum, hamının qan içində qaldığını görüb qonşulardan kömək istədim. Xahiş edirəm, həmin adam tezliklə tutulsun".
Buzovnadakı dəhşətli qətlin tək şahidi danışdı: "Hamını qan içində görüb.." - FOTOHadisədən sonra xəstəxanaya yerləşdirilən və xəsarətləri nisbətən yüngül olduğundan evə buraxılan 25 yaşlı Elbrus həmin şəxsin özü ilə hər hansı əşya və sair aparmasını yaxşı xatırlaya bilmədiyini qeyd edib.

Hadisə barədə danışan qonşular Elbrus Muradovun və ailəsinin çox sakit, mədəni və ünsiyyətcil insan olduğunu bildiriblər. Onlar yaşadıqları ərazidə əvvəllər də oğurluq hadisələrinin olduğunu, baş vermiş cinayətin də tamah məqsədilə və ya 2 həftə əvvəl baş vermiş oğurluq cinayətilə bağlı ola biləcəyini ehtimal edirlər.

Xatırladaq ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. R.Muradov xəstəxanada vəfat edib.

Baş vermiş cinayətin üstünün açılması məqsədilə əraziyə istintaq qrupu cəlb edilib və intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Buzovnadakı dəhşətli qətlin tək şahidi danışdı: "Hamını qan içində görüb.." - FOTO


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3927   Tarix: 30 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həbsxandan qan donduran etiraf: "Öldürüb hissələrə bölmüşəm"

İstanbulun Şişli rayonunda 24 yanvar gecəsi Özbəkistan vətəndaşı Durdona Xokimovaya məxsus parçalanmış meyitin tapılması ilə bağlı aparılan istintaqda yeni və şokedici detallar üzə çıxıb. türk mediasına istinadən xəbər verir ki, iş üzrə əsas fiqur hesab olunan və hazırda həbsdə saxlanılan Gofurjon Akmalkhonovi

13 fevral
.

7 yaşlı uşağa 19 bıçaq zərbəsi vurulubmuş

"Axşam saatlarında 2019-cu il təvəllüdlü uşağı evlərinin yanında oynadığı yerdə bıçaqlayıblar". xəbər verir ki, bu sözləri -a bıçaqlanan birinci sinif şagirdinin təhsil aldığı Ağcabədi rayonu Avşar kənd məktəbinin direktoru Elşən Quliyev deyib. O bildirib ki, məktəbli hazırda xəstəxanadadır

5 fevral
.

Azər Qasımlıya hökm oxunub

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəməsi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib, Azər Qasımlı 12 il azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuro

11 mart
.

"Zəng etdilər ki, Saqibi öldürüb dərəyə tullayıblar" - Video

Xəbər verdiyimiz kimi, Göygölün Molla Cəlilli kəndi ərazisində dərədən üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, cansız bədənin 1986-cı il təvəllüdlü Saqib Quliyevə məxsus olduğu müəyyən edilib. Yaxınları onun qətlə yetirildiyini iddia edir:

4 fevral
.

Qardaşı övladlarını baltalamaqda ittiham edilən əminin fotosu

Bir neçə gün öncə öz qardaşı övladlarını baltalamaqda ittiham edilən Əli Nağıyevin fotosu yayılıb. -a istinadən həmin fotonu təqdim edir:. Qeyd edək ki, Əli Nağıyev bir neçə gün əvvəl qardaşı övladları Hüseyn və Həqiqət Nağıyevlərə balta ilə xəsarətlər yetirmişdi. Aldığı ağır xəsarətlərdən Həqiqət Nağıyev

4 fevral
.

21 yaşlı oğlan sosial şəbəkədə əxlaqsız təkliflərinə görə - Həbs olundu

Sosial şəbəkələrdə intim xidmətlər təklif edən şəxs inzibati məsuliyyətə cəlb olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, paytaxtda yaşayan İsmayıllı rayon sakini 2005-ci il təvəllüdlü M.Məmmədovun (şərti) "TikTok" və instaqramda cinsi azlığı və əxlaqsızlığı təbliğ edən videola

13 mart
.

Şəhidlər xiyabanında nalayiq hərəkət edən ərəblərin işi icraata verildi

Şəhidlər xiyabanında nalayiq hərəkətlər edərək video çəkən, sosial şəbəkələrdə yayan və polis tərəfindən saxlanılan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alğabr Mohammad Hussain və Alğabr Mahdi Mohammadın barəsində hökmdən apellyasiya şikayəti hakim icraatına verilib. "Teleqraf"

3 fevral
.

Müəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən "İdrak" liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib. Qeyd edilib ki, Binəqədi rayonunda yerləşən özəl "İdrak"

6 fevral
.

Hövsanda müəllim qətlə yetirildi - Əri saxlanıldı

Suraxanı rayonunda qətl hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. 35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının qətlində həyat yoldaşı, 43 yaşl

21 mart