21 yaşlı oğlan sosial şəbəkədə əxlaqsız təkliflərinə görə - Həbs olundu
Sosial şəbəkələrdə intim xidmətlər təklif edən şəxs inzibati məsuliyyətə cəlb olunub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, paytaxtda yaşayan İsmayıllı rayon sakini 2005-ci il təvəllüdlü M.Məmmədovun (şərti) "TikTok" və instaqramda cinsi azlığı və əxlaqsızlığı təbliğ edən videolar paylaşması müəyyən olunub. Onun pul müqabilində müxtəlif şəxslərə intim xidmətlər təklif etməsi və virtual olaraq əxlaqsız yazışmalar həyata keçirməsi də məlum olub.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 21 yaşlı şəxs Nəsimi rayonunda saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 524-cü (fahişəliklə məşğul olma) və 510.2-ci (xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib və rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə M.Məmmədov 30 sutkalıq həbs olunub.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 701 Tarix: 13 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Anasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin BƏZİ DETALLARI
67 yaşlı anasını yad kişilərlə yüngül həyat keçirməsini bəhanə edərək qətlə yetirən Emil Ağayevin cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadla xəbər verir ki, hadisə 2026-cı il yanvarın 24-də Sabunçu rayonu, Ramana qəsəbəsi, "Gülçülük sovxozu" ərazisində baş verib
12 mayAzərbaycanlı qadın 7 yaşlı oğlunu qətlə yetirdi
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Bolnisi rayonunda azərbaycanlı qadın övladını qətlə yetirib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu F.Əhmədova qayçı ilə zərbələr endirərək onu qətlə yetirib
2 iyunQayınata gəlinindəki kartı almaq üçün evə çağırıbmış…
Ötən gün Sabunçu rayonu Ramana qəsəbəsində şəhid Səxavət Məmmədovun 60 yaşlı atası Adıgözəl Məmmədovun 31 yaşlı gəlini Gülüzar Məmmədovanı qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, Məmmədovların qonşuları -a hadisənin tamah məqsədilə törədildiyin
2 iyun22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi
Bakı şəhər Nizami rayon sakini 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə paylaşım edib. Gənc qız bildirib ki, bir müddət əvvəl 33 yaşlı əmis
6 mayŞəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı-Foto
Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub. APA-ya istinadən xəbər verir ki, hadisə bu gün "Şuşa şəhərciyi"ndə qeydə alınıb. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb. Adıgözəl Məmmədov saxlanılıb
1 iyunƏli Kərimlinin HƏBS MÜDDƏTİ uzadıldı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti uzadılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə cinayət işi üzrə əlavə sübutların toplanmasının zəruriliyini nəzərə alaraq vəsatəti təmin edib. Qərar
10 iyunHəmin 15 yaşlı məktəbli saxlanıldı
Aprelin 18-i sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfl
21 aprel10 yaşlı məktəblini dərsə gedərkən it qapdı
Biləsuvar rayonunda məktəbli oğlan sahibsiz itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Belə ki, 10 yaşlı Q.Y. məktəbə gedərkən yolda it ona hücum edib. Uşaq ayaq nahiyəsindən xəsarət alıb. Yaralı dərhal rayon xəstəxanasına çatdırılıb, ona zərur
2 aprel