Vüqar Qurbanovun vəzifəli qohumunun bıçaqlanmasının şok təfərrüatı
Abşeronda direktor müavininin bıçaqlanması ilə nəticələnən hadisənin detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Elçin Balayevə nizam-intizam məsələlərinə görə bir neçə dəfə direktor müavini Orxan Ənvərli tərəfindən xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara məhəl qoymayan E.Balayev bir müddət əvvəl direktor müavininin otağına gələrək əməkdaşların yanında onu təhqir edib. Bildirilir ki, təhqirlərə baxmayaraq direktor müavini onu işdən çıxarmayıb.
Bu gün səhər saatlarında isə Orxan Ənvərli maşından düşdüyü anda Elçin Balayevin hücumuna məruz qalıb. İkinci bıçaq zərbəsini vurmaq istəyərkən xəstəxananın mühafizəsi bunun qarşısını alıb.
Hazırda bıçaqlanan şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
13:32
Abşeronda bıçaqlanan direktor müavininin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, hadisə oktyabrın 8-i səhər saatlarında qeydə alınıb.
Belə ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasında Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib:
"Hadisə zamanı xəsarət alan direktorun inzibati işlər üzrə müavininə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
İnsidentlə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə olunub, bu hallarla bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib".
12:02
Abşeronda bıçaqlanan direktor müavininin kimliyi bilinib.
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, bıçaq xəsarətləri alan şəxs xəstəxananın direktor müavini Orxan Ənvərlidir.
Qeyd edək ki, mediada yayılan məlumatlara görə, Orxan Ənvərli TƏBİB-in sabiq sədri Vüqar Qurbanovun qohumudur. O, bundan əvvəl TƏBİB-in Daxili Nəzarət və Monitorinq Departamentinin rəhbəri olub və həmin vaxt Qurbanov soyadını daşıyıb.
Bildirilir ki, Vüqar Qurbanov vəzifəsindən kənarlaşdırıldıqdan sonra Orxan qohumluq əlaqəsini gizlətmək məqsədilə soyadını dəyişərək Ənvərli edib. Buna baxmayaraq, o, əvvəlki rəhbər vəzifəsindən azad olunaraq Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor müavini təyin edilib.
11:24
Abşeronda bıçaqlanma hadisəsi baş verib.
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Baş həkimin müavini işdən çıxarılan əməkdaş tərəfindən bıçaqlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elçin Balayev tutularaq, istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Azərbaycanda yağ kəskin bahalaşdı
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Süni intellekt indi də oğurluq etdi
Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar