Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinib.
Bu hadisə Azərbaycanın rayonlarından birində baş verib. Ə.X. ilə A.A. məktəbdə tanış olublar. Həmin vaxt oğlan 9, qız 6-cı sinifdə oxuyub.
İstintaqla müəyyən edilib ki, Ə.X. qızın 14 yaşından 16 yaşı olana kimi onunla münasibətdə olub. Bu münasibət nəticəsində qız 14 yaşında olarkən hamilə qalıb. Amma cinayətin üstü oğlan hərbi xidmətə gedəndən sonra açılıb. Bu səbəbdən o, xidmətdə olarkən həbs edilib.
Əsgər məhkəmədə əməlini etiraf etsə də, qızla 14 yaşı tamam olana kimi münasibətdə olmadığını deyib. O, həmçinin A.A. ilə sevgili olduğunu, evlənmək istədiklərini bildirib.
Qız özü də məhkəmədə oğlandan şikayətçi olmayıb. Yeniyetmə bu məsələ ilə bağlı atasının şikayətçi olduğunu, özünün isə oğlandan heç bir şikayət və tələbinin olmadığını bildirib. Hazırda 32 həftəlik hamilə olduğunu qeyd edib. Onun qanuni nümayəndəsi olan anası da oğlanın tutulmasının mənasız olduğunu əlavə edib.
Məhkəmə yekunda təqsirləndirilən əsgəri 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirli bilib. Ona 6 il 6 ay həbs cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 530 Tarix: 02 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Toyda qohumlar dalaşdı, xəsarət alan var
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb
12 oktyabrBakıda kişi arvadını dişlədi, tava ilə döydü
Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü İsa Sərdarov (ad və soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr
5 oktyabrQubada 21 yaşlı oğlan müəmmalı şəkildə öldü
Qubada gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 29-u saat 01 radələrində Birinci Nügədi kəndində baş verib. 2005-ci il təvəllüdlü Cəfərov Səbuhi Azər oğlu yaşadığı evdə naməlum səbəbdən ölüb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyi
29 sentyabrBakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd
7 oktyabrFatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək
7 oktyabr