Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası
2016-cı ildə Cəlilabadda itkin düşən, 9 il sonra isə qətlə yetirildiyi üzə çıxan 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb.
Oxu.Az Xitab24.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elnur Eynullayevə hökm oxunub.
Hökmə əsasən, Cinayət Məcəlləsinin 120.2.6, 120.2.9 və 149.1-ci maddələri təqsirləndirilən E.Eynullayev 19 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, E.Eynullayev 2016-cı ildə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Göytəpə Ailə Sağlamlıq Mərkəzinin həyətyanı sahəsində yerləşən köhnə və istifadəsiz binanın otaqlarının birinin içərisində olarkən əvvəldən tanıdığı, əqli və fiziki qüsuru olması ona aşkar surətdə məlum olan Xəyalə Xəlilovaya təcavüz edib, daha sonra cinayət əməlini gizlətmək üçün onu boğaraq qətlə yetirib.
E.Eynullayev hadisəni törətdikdən bir gün sonra Xəyalənin meyitini elə həmin tikilinin içərisində basdırıb. Meyitin basdırılmasında ona həmin vaxt yeniyetmə olan Vaqif adlı dostu kömək edib.
Maraqlıdır ki, Elnur Eynullayev cinayətlə bağlı saxlanılarkən Xəyaləni dostu Vaqifin öldürdüyünü deyib. İllər sonra guya Vaqif ona cinayəti öz üzərinə götürməyi, bunun müqabilində 50 000 manat verəcəyini deyib. Elnurun cinayəti Vaqifin üzərinə yıxmasına səbəb isə onunla birlikdə saxlanılacaqları təcridxanada dostuna verəcəyi ifadə ilə məsləhətləşmə aparmaq istəyi olub. Belə ki, Elnur Xəyalənin öldürülməzdən əvvəl özü tərəfindən təcavüzə məruz qalmasının bilinməməsini istəyib.
Buna səbəb isə daha əvvəlki məhkumluq həyatında bu cinayətlə məhbus həyatı yaşayanlara xoş münasibətin sərgilənməməsi olub.
Qeyd edək ki, 2025-ci ildə Daxili İşlər Nazirliyinin və Penitensiar Xidmət əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində uzun illər bağlı qalmış cinayətin üstü açılıb. Həmin ilin noyabrında E.Eynullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 711 Tarix: 09 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub. -ya istinadən xəbər verir ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək
15 oktyabrToyda qohumlar dalaşdı, xəsarət alan var
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb
12 oktyabrÖtən gün qəzada yaralanan sürücü vəfat etdi
Ötən gün Xəzər rayonunda baş verən qəzada yaralanan sürücü vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Belə ki, Elmar Hüseynovun idarə etdiyi "Daewoo" markalı avtobus Elçin Qədimovun idarə etdiyi "Lada Granta" markalı avtomobillə toqquşub
8 oktyabrMehriban Rəhimliyə hökm oxundu
ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonr
7 oktyabrBacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs
7 sentyabrNigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"
18 sentyabrŞəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsus
22 sentyabrƏrindən borc istəyən qadın döyülüb
Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro
3 sentyabr